"Qarabağın turizm destinasiyasına çevrilməsi üzrə layihələr həyata keçirilir"-AÇIQLAMA

"Qarabağın turizm destinasiyasına çevrilməsi üzrə layihələr həyata keçirilir"-AÇIQLAMATurizm ölkənin iqtisadiyyatının ən gəlirli sahələrindən biri hesab olunur. Azərbaycanda turizm sektoru əsas prioritet elan olunub. Turizm sahəsinin inkişafı üzrə mühüm addımlar atılır. Bununla bağlı BiG.AZ-a danışan Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnarə Mustafayevə bildirib ki, daxili turizm ölkə turizminin hər zaman aparıcı qüvvəsi olub:

"Bunu biz həm pandemiyadan əvvəlki, həm də sonrakı dövrə aid edə bilərik. Daxili turizm üzrə əsas turistik istiqamətlər Bakı-şimal, Bakı-şimal-qərb, Bakı-cənub turizm koridorları üzrə yerləşən istiqamətlərdir. Əlbəttə bu turizm koridorları üzrə yerləşən əsas turizm destinasiyalarına daxili turistlərlə yanaşı, xarici turistlərdə daha çox üz tuturlar. Təbiət kateqoriyası ilə seçilən ərazilər xüsusilə Bakı-şimal istiqamətində Quba, Qusar, Bakı şimal-qərb istiqamətində Qəbələ, İsmayıllı, Şəki, Zaqatala, Bakı-qərb istiqamətində Gəncə, Göygöl, Bakı- cənub istiqamətində isə Lənkəran, Lerik, Astara kimi bölgələr seçilirlər. Son zamanlar Naxçıvan turizm destinasiyası kimi diqqət cəlb etməkdədir. Bundan başqa bildiyimiz kimi, torpaqların azad olunmasından sonra Qarabağın turizm destinasiyasına çevrilməsi üzrə layihələr həyata keçirilir. Artıq mart ayından etibarən Şuşaya turistik turlar təşkil olunur. Hələ ki, həmin turistik turlarda ancaq yaşı 18-ə çatmış Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilirlər. Ümimilikdə isə bu ilin yeddi ayı ərzində ölkəmizə 1 milyon 144 mindən çox xarici ziyarətçi gəlib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 37 faiz artım deməkdir. Ən çox xarici ziyarətçilər Rusiya, Türkiyə, İran, Hindistan, Gürcüstan, Səudiyyə Ərəbistanı, Qazaxıstan, BƏƏ, Özbəkistan və digər ölkələrdən üz tuturdular. Daxili turizm pandemiyadan sonra tamamilə bərpa olunub. Hətta pandemiyadan əvvəlki rəqəmləri belə ötüb keçib. Quru sərhədlərin bağlı olması pandemiyadan sonrakı rəqəmlərin bərpa edilməsinə öz təsirini göstərir. Qeyd edək ki, pandemiyadan əvvəl 2019-cu ildə ölkəmizə 3 milyondan çox xarici ziyarətçi gəlib. Onların 58 faizi quru yolla Azərbaycana keçiblər. Ötən il isə ölkəmizə 1 milyon 600 mindən çox xarici ziyarətçi gəlib. Pandemiyadan əvvəlki rəqəmlər təxminən 50 faiz bərpa olunub. Bununla yanaşı, 2022-ci il ərzində ölkəmizə gələn həmin xarici ziyarətçilərimiz yalnız hava yolu ilə ölkəmizə gəliblər. Odur ki, biz quru sərhədlərin bağlı olmasını pandemiyadan sonra bərpa prosesinə öz təsirini göstərdiyini qeyd edə bilərik".

Səfərova Sevda


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 905   Tarix: 17 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kəlbəcərdə mina partlayıb - Xəsarət alan var

İşğaldan azad edilmiş Kəlbəcər rayonunda mina partlayışı baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və ANAMA-nın Mətbuat Xidmətləri məlumat yayıb. Məlumata görə, 1953-cü il təvəllüdlü Tərtər rayonunum Qaynaq kənd sakini Süleymanov Kamran Şükü

13.08.2026 241
.

Sabah yağışlı hava olacaq

Avqustun 15-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qər

12:35 190
.

"Global Media Group"un əməkdaşı vəfat edib

"Global Media Group"un əməkdaşı Elvin Soldatov vəfat edib. xəbər verir ki, hadisə ötən gün baş verib. Qeyd edək ki, E.Soldatov "Global Management" MMC-nin sistem administratoru kimi fəaliyyət göstərirdi

14:31 138
.

Azərbaycanda yeni informasiya sistemi yaradıldı

Azərbaycan Prezidenti İlham Əliyev "Dövlət auditi" informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb. "Qafqazinfo" xəbər verir ki, sözügedən Fərmana əsasən, "Dövlət auditi" informasiya sistemi haqqında Əsasnamə"

15:32 104
.

Ozon təbəqəsini təhdid edən yeni təhlükə - Yanan peyklər

Aşağı Yer orbitində istismar müddəti başa çatan peyklər atmosferə daxil olarkən yanaraq buxarlanır. Lakin yox olduğu düşünülən tonlarla alüminium mikroskopik toz hissəciklərinə çevrilərək atmosferdə asılı qalır. Alimlər bunun iqlim tarazlığını poza biləcəyindən narahatdırlar. Qaynarinfo xəbər verir ki

13.08.2026 203
.

Cavid Gülün qızı xəstəxanalıq oldu - Foto

Aparıcı Cavid Gülün qızı Sofiya xəstəxanalıq olub. Axşam.az xəbər verir ki, bu haqda aparıcının xanımı Nərgiz məlumat yayıb. O bildirib ki, övladlarını yüksək temperaturla xəstəxanaya aparıblar:. "40 dərəcə qızdırma ilə özümüzü xəstəxanaya çatdırdıq. Həyatımda yaşamadığım qorxunu, həyəcanı yaşadım

10:54 231
.

"Söyərəm də, o tərəfə də keçərəm" - "Boulevard Hotel"dəki qətl İŞİ

Bakı Ağır Cinayətlər Məhkəməsində iş yoldaşını bıçaqla qətlə yetirməkdə təqsirləndirilən Seymur Manafovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən Seymur Manafov özün

13.08.2026 297
.

İran-ABŞ-İsrail müharibəsi uzansa, dünya iqtisadiyyatını nə gözləyir?

"İran, ABŞ və İsrail arasında davam edən müharibənin uzanması və xüsusilə Hörmüz boğazından neft və qaz daşımalarının ciddi şəkildə məhdudlaşması qlobal iqtisadiyyat üçün böyük risklər yarada bilər. Böhran uzun müddət davam edərsə, enerji qiymətlərinin kəskin artması, inflyasiyanın sürətlənməs

14:51 124
.

Pakistan səfiri: İran və ABŞ qapalı qapılar arxasında danışıqlar aparır

Pakistanın Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi İran və ABŞ arasında qapalı qapılar arxasında danışıqların aparıldığını bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Diplomatın sözlərinə görə, tərəflər hazırda qapalı qapılar arxasında məsləhətləşmələri davam etdirirlər. Bu əlaqələrdə irəliləyişi

11:47 151
.

TOP MP3