Azərbaycanın görkəmli generalı- Əliağa Şıxlınski
Əliağa İsmayıl ağa oğlu Şıxlinski 15 mart 1863-cü il tarixdə Qazax qəzasının Qazaxlı kəndində anadan olub. Əliağa Şıxlinski 1883-cü ildə Tiflis hərbi gimnaziyasını, 1886-cı ildə Peterburqda artilleriya məktəbini əla qiymətlərlə bitirir. Əliağa Şıxlinski 1904-1905-ci illərin rus-yapon müharibəsində batareya komandiri olaraq ön cəbhədə qəhrəmancasına vuruşub. O, Port-Artur qalasının müdafiəsində göstərdiyi xüsusi şücaətinə görə "Qızıl qılınc"mükafatına layiq görülüb.Onun hərb sənətinin daha dərindən mənimsənilməsi məqsədilə 1910-cu ildə yazdığı və dərs vəsaiti kimi istifadə edilən "Səhra toplarının cəbhədə işlədilməsi" kitabı ixtisaslı hərbi kadrların hazırlanmasında böyük töhfə verdi.
Onun "Şıxlinski üçbucağı","Şıxlinski formulu" adlı əsərləri topçu zabitlər üçün nəzərdə tutulan dərsliklərə daxil edilib.1912-ci ildə "Şıxlinski üçbucağı" əsəri Varşavada nəşr olunandan sonra o, Avstriya, Fransa, Norveç və digər ölkələrdə daha yaxşı tanınmağına səbəb olub. Həmin il Əliağa Şıxlinskinin təşəbbüsü ilə Peterburqda ilk dəfə "Artilleriya Zabitləri Məktəbinin jurnalı" çap olundu. Dərin zəkası, iti ağlı, hərb elminin mahir bilicisi və qeyri-adi bacarığı ilə seçilən Ə. Şıxlinskiyə 1912-ci ildə general-mayor rütbəsi verildi. 1914 cü ildə Birinci dünya müharibəsi zamanı Petroqrad şəhərinin artilleriya müdafiəsi general Ə.Şıxlinskiyə tapşırılıb. O, sonralar Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi vəzifəsində çalışıb.1917-ci il aprelin 2-də general-leytenant rütbəsi alan görkəmli hərbçi sentyabr ayında 10-cu ordunun komandanı təyin olunub.
O, Azərbaycanın ilk hərbi generallarından biri olub. Nazirlər Şurasının 1918-ci il 25 dekabr tarixli qərarı ilə artilleriya generalı Səməd bəy Mehmandarov Hərbi nazir, dekabrın 29-da Azərbaycan korpusunun komandiri, general-leytenant Əliağa İsmayılağa oğlu Şıxlinski isə hərbi nazirin köməkçisi təyin edildi. Şıxlinski rus ordusu sıralarında xidmətinə görə "Müqəddəs Stanislav" ordeninin hər üç dərəcəsi , "Müqəddəs Anna" ordeninin hər dörd dərəcəsi , "Müqəddəs Vladimir" ordeninin 2, 3 və 4-cü dərəcələri ilə, "Müqəddəs Georgi" ordeninin 4-cü dərəcəsi, xarici orden və medallarla, qiymətli hədiyyələr ilə təltif olunub.
Səfərova Sevda
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3319 Tarix: 18 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...
Noyabrın 2-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy
12:53 193 Tramp Niki Minajın Ağ Evin mətbuat katibi olmasına qarşı deyil - Video
ABŞ Prezidenti Donald Tramp rep ifaçısı Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə gətirilməsi fikrinə zarafatla müsbət reaksiya verib. xəbər verir ki, bloqer Benni Conson ABŞ liderindən götürdüyü müsahibə zamanı "Niki Minaj növbəti mətbuat katibi ola bilərmi?" deyə soruşub. Prezident cavabınd
12:10 119 Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək
Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə tender elan edib. Tenderdə iştirak haqqı 1 00 manat təşkil edir. Tenderin ehtimal olunan qiyməti 3,386 milyon manat təşkil edir. Tenderd
11:15 145 Yanğında ölən Könül Hümbətovanın qızının acı taleyi: "Bir stəkan su içmək belə çətindir" - Video
Bir il əvvəl Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirən üç nəfərdən biri Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətova olub. Onun qızı Ləman Qulamova isə hadisədən sonra aldığı xəsarətlərdən hələ də sağala bilməyib. BİG.AZ "Xəzər" TV-y
00:39 435 Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb
31.10.2026 289 Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA
Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə
00:11 308 Trampın "Nobel" arzusu xanımına nəsib ola bilər
ABŞ-nin birinci xanımı Melaniya Trampın adı gələn il Nobel Sülh Mükafatına namizədlər sırasında yer ala bilər. Böyük Britaniyanın "Teleqraf" nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun Ukraynada humanitar yardımların həyata keçirilməsi istiqamətində göstərdiyi diplomatik cəhdlərdir. Məlumat
10:30 161 Azərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
00:19 348 15 yaşlı Məryəmin cəsarəti, alovların içindən uşağı xilas etdi - Milyonluq mükafat! - VİDEO
Dağıstanın Xasavyurt şəhərində 15 yaşlı məktəbli Məryəm Akavova yanan avtomobildə köməksiz qalan azyaşlı uşağı ölümdən xilas edib. Yeniyetmənin göstərdiyi cəsarət böyük əks-səda doğurub. xəbər verir ki, hadisə oktyabrın 27-də baş verib. Şəhərin 5 nömrəli məktəbinin 9-cu sinif şagirdi Məryəm küçədən keçərkə
01:08 428