Rusiyanın ilk Ay missiyası iflasa uğrayıb

Rusiyanın ilk Ay missiyası iflasa uğrayıbAvqustun 21-də Rusiyanın "Luna-25" avtomatik planetlərarası stansiyası Ayın cənub qütbünə enməyi gözlənsə də, bu, baş verməyib.

"Report" xəbər verir ki, "Roskosmos" "Luna-25"in göyərtəsində "nəzərdə tutulmamış vəziyyət"in ortaya çıxdığını açıqlayıb.

"Bu gün (avqustun 19-da) "Luna-25"in uçuş proqramına uyğun olaraq, saat 14:10-da (Bakı vaxtı ilə 15:10) stansiyanın enişdən qabaq orbitə keçirilməsi üçün impuls verilib. Əməliyyat zamanı avtomatik stansiyanın göyərtəsində nəzərdə tutulmamış vəziyyət yaranıb və bu, verilən parametrlərlə manevr etməyə imkan verməyib", - korporasiyanın açıqlamasında qeyd olunub.

Təfərrüatlar barədə məlumat verilmir, həmçinin bunun missiyanın gələcək fəaliyyətinə necə təsir edəcəyi də aydın deyil.

Qeyd edək ki, bu, Rusiyanın bir neçə ölkənin iştirak etdiyi "Ay yarışı"ndakı ilk missiyası idi, lakin, görünür, elə başlanğıcda uğursuzluqla başa çatıb.

Missiyanın məqsədi Aya uçmaq, yumşaq eniş etmək və sonra orada bir il çalışmaq idi. Bundan əlavə, stansiya bir sıra elmi təcrübələr aparmalı, xüsusən də suyun mövcudluğunu müəyyən etməli idi. Bununla belə, əsas vəzifə gələcəkdə digər stansiyaların enişinə hazırlaşmaq idi.

Rusiyanın hələ SSRİ dövründən qalan nəhəng kosmos təcrübəsinin olmasına baxmayaraq, son illərin hadisələri bunun heç də asan olmadığını ortaya çıxarıb.

Belə ki, 2023-cü ilin aprelində özəl şirkətin ilk Ay missiyası uğursuzluqla yekunlaşıb. "iSpace" şirkətinin buraxdığı "Hakuto-R" modulu ilə bağlantı enişdən bir neçə dəqiqə öncə kəsilib.

2019-cu ildə Hindistan və İsrail missiyaları bənzər uğursuzluqla üzləşiblər.

Bununla belə, 2020-ci ildə Çinin "Çane-5" stansiyası Aya uğurlu eniş edə bilib, nümunələr götürüb və Yer kürəsinə çatdırıb.

"Roskosmos"un rəhbəri Yuri Borisov daha əvvəl bildirmişdi ki, "Luna-25" ekspedisiyasının uğur qazanma ehtimalı 70 % təşkil edir. İyul ayında bu missiya üçün aparatı quran "NPO Lavoçkina" səhmdar cəmiyyəti onu 80 % qiymətləndirib. Rusiyalı astronom Vladimir Surdin ölkənin dövlət agentliyinə müsahibəsində uğur şansını 50 % qiymətləndirib.

"Luna 25" yarandığı gündən texniki və maliyyə problemləri ilə üzləşib. "Luna-Qlob" (o vaxtlar bu stansiya belə adlanırdı) layihəsi üzərində iş hələ 2005-ci ildə başlayıb.

Bu cihaz "Roskosmos"un iddialı layihəsi olan "Fobos-qrunt" platformasında yaradılmışdı ki, bu da Marsın peyki Fobosdan torpaq nümunələrinin götürülməsi və Yerə qayıtmasını nəzərdə tuturdu.

Lakin Mars ekspedisiyası uğursuzluqla başa çatıb. 2011-ci ildə buraxılışdan sonra aparatın hərəkət sistemi işə düşməyib və o, Sakit okeanda qəzaya uğrayıb.

Bu qəzadan sonra "Luna-Qlob" proqramına yenidən baxılıb. Cihaz yenidən dizayn edildikdən sonra onun adı dəyişdirilərək "Luna-25" adlandırılıb.

Lakin layihənin uğursuzluqları bununla da bitməyib. Bu layihə davamlı olaraq ertələnirdi. Əvvəlcə "Luna-25"in 2014-cü ildə buraxılması planlaşdırılsa da, bu, yalnız doqquz il sonra mümkün oldu.

Bundan başqa, növbəti ekspedisiyaların gələcəyi də aydın deyil. Belə ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra müharibə xərcləri artıb. Bu səbəbdən hazırkı proqramın icrasına ayrılan vəsait azaldılıb: 2022-ci ildə Federal Kosmik Proqramının icrası üçün 110 856,8 milyon rubl ayrılmışdısa, ilin sonunda onun kassa icrası 75 196,08 milyon rubl təşkil edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 540   Tarix: 20 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı

00:19 336
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31.10.2026 243
.

Suriya Məkkə müdafiə alyansına qoşula bilər

Dəməşq Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın daxil olduğu Məkkə müdafiə alyansına qoşulmaq məsələsini nəzərdən keçirir. "Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şibani Bəhreyndə keçirilən "IISS Manama Dialogue"

31.10.2026 268
.

31 yaşlı diş həkimi vəfat etdi - FOTO

Həkim Orxan Cəfərov vəfat edib. -ın bölgə müxbirinin verdiyi məlumata görə, Göyçay şəhər sakini, 1995-ci il təvəllüdlü Cəfərov Orxan Çingiz oğlu xərçəng xəstəliyindən vəfat edib. Onun İranda müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişdiyi bildirilir. Xatırladaq ki, mərhum subay idi və rayond

00:25 427
.

Əl-Budeyvi: Ərəb ölkələri İranla dialoqa hazırdır, lakin qarşılıqlı addımlar gözləyir

Fars körfəzi hövzəsindəki ərəb dövlətləri İranla danışıqlara açıqdır, lakin Tehranın da qarşılıqlı addımlar atacağını gözləyirlər. "Report" "Iran International"a istinadən xəbər verir ki, bu barədə Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budeyv

10:45 136
.

Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 5 gün sonra yeni qaydalar qüvvəyə minir

Azərbaycanda qaz plitələri, kombilər və su qızdırıcılarının təhlükəsizliyinə dair yeni tələblər tətbiq olunacaq. -ın məlumatına görə, qazla işləyən qurğular partlayış riskini istisna etməli, qaz yollarının birləşmələri hermetik olmalı və yanmamış qazın təhlükəli səviyyədə toplanmasının qarşısını almalıdır

10:00 187
.

Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu

Göyçay rayonunda meyiti tapılan nazirlik əməkdaşı dəfn olunub. xəbər verir ki, ötən gün Göyçayda 28 yaşlı sakininin meyiti şəhər ərazisində meyiti tapılıb. Meyitin şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizova məxsus olduğu məlum olub. Subay və evin tək oğlu olan mərhum Fövqəladə Halla

12:04 11
.

Şuşada kişi araq almağa pul verməyən arvadını döydü

Şuşada arvadını döyən kişi həbs edilib. BİG.AZ -a istinadla xəbər verir ki, 51 yaşlı Məmməd Əhmədov (ad və soyad şərtidir) evdə yaranan mübahisə zamanı arvadı Əsməri (ad şərtidir) döyərək, çoxsaylı xəsarətlər yetirib. Fakt əsasında Məmməd polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində müvafiq protoko

31.10.2026 263
.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31.10.2026 280
.