Kəlbəcərdə hərbçimizin erməni atəşi nəticəsində yaralanması ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB + VİDEO

Kəlbəcərdə hərbçimizin erməni atəşi nəticəsində yaralanması ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB + VİDEOMüdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu Ramiz İsmət oğlu Nəzərovun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması ilə bağlı cinayət işi açılıb.

Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, Hərbi prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

Bildirib ki, daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

12:01

Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu Ramiz İsmət oğlu Nəzərov qarşı tərəfdən açılan atəşin rikoşet etməsi nəticəsində yüngül yaralanıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yaralı hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün heç bir təhlükə yoxdur.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.

Bildiririk ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1935   Tarix: 22 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Hibrid ipoteka" Azərbaycanda mənzil problemini həll edə bilərmi?

"Azərbaycanda mənzil məsələsinin həllində artıq yalnız klassik ipoteka modelinə baxmaq kifayət deyil. Bir çox ailə üçün əsas problem aylıq ödənişdən daha çox ilkin ödənişi formalaşdırmaqdır". Bunu BİG.AZ-a açıqlamasında iqdisadçı Asif İbrahimov bildirib. O, qeyd edib ki, bu səbəbdən dövlə

13.08.2026 199
.

Keçmiş arvadından intiqam almaq üçün iki oğlunu yandırdı

Avstraliyanın Tasmaniya ştatında kişi arvadından intiqam almaq üçün iki uşağını diri-diri alova atıb. xarici mediaya istinadla xəbər verir ki, illər öncə baş vermiş qandonduran hadisənin təfərrüatları indi açıqlanıb. Paul Konnelli adlı şəxs ayrıldığı həyat yoldaşından qisas almaq məqsədilə iki oğlun

13.08.2026 184
.

Süni intellekt ən gizli sirlərinizi üzə çıxara bilər - XƏBƏRDARLIQ

Gizli münasibətlər, şəxsi yazışmalar, maliyyə məlumatları və ya sağlamlıqla bağlı məxfi detallar demək olar ki, hər kəsin başqaları ilə bölüşmək istəmədiyi məlumatlar var. Mütəxəssislər xəbərdarlıq edirlər ki, süni intellekt texnologiyalarının inkişafı belə məlumatların aşkarlanmasını və bir-biri il

13.08.2026 131
.

Ermənistanın AİB taleyi ilə bağlı İrəvandan açıqlama

Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxarılması üçün heç bir mexanizm yoxdur. xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasının parlament üzvü Arman Yeqoyan portalının "YouTube" kanalında yayımlanan brifinqdə bildirib. "Ermənista

13.08.2026 189
.

Rəqəm və ədəd arasındakı əsas fərqlər

Gündəlik ünsiyyətdə bu sözləri tez-tez sinonim kimi işlətsək də, əslində onlar müxtəlif anlayışları ifadə edirlər. Qayda olaraq nə vaxt "ədəd", nə vaxt "rəqəm" demək lazımdır? Rəqəm və ədəd arasındakı fərq nədən ibarətdir?. xarici mediaya istinadən rəqəm və ədəd arasındakı fərqi

13.08.2026 166
.

İpoteka, yoxsa kirayə? Ev almaq istəyənlər bunu hesablamalıdır

Mənzil bazarında vətəndaşların qarşısında duran ən aktual maliyyə suallarından biri budur: aylıq gəlirin bir hissəsini illərlə kirayəyə ödəmək daha doğrudur, yoxsa həmin vəsaiti ipotekaya yönəldərək mənzil sahibi olmaq?. İlk baxışda cavab sadə görünür: kirayə ödəyən şəxs sonda ev sahibi olmur, ipotek

13.08.2026 239
.

Müəllim imtahanda, şagird repetitorda, valideyn çıxılmaz vəziyyətdə

"Yayın isti günləri arxada qalır, payızın sərin nəfəsi hiss olunmağa başlayır. Tətilin başa çatmasına sayılı günlər qalıb. Amma bu, cəmiyyətin və təhsil ictimaiyyətinin yeni dərs ilinə tam hazır, sakit və rahat ab-havada qədəm qoyduğu anlamına gəlmir. Əksinə, məktəblərin açılmasına az vaxt qalmasın

13.08.2026 218
.

Şamil Əliyevə Naxçıvanda yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Şamil Məmmədsaleh oğlu Əliyev Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini təyin edilib. xəbər verir ki, bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əmr imzalayıb. Əmrə əsasən, Şamil Əliyev, həmçinin Naxçıvan Regional DOST Mərkəzinin direktorunun səlahiyyətlərini icra edəcək

13.08.2026 178
.

"Qadınları güclü görmək istəmirəm"

Xalq artisti Nazpəri Dostəliyeva həyatından və keçdiyi çətinliklərdən danışıb. Axşam.az xəbər verir ki, sənətçi "Günə uğurla" verilişində həyatının filmə sığmayacaq qədər hadisələrlə zəngin olduğunu bildirib:. "Həyatım bir filmə sığışmaz. Həyatımda Allahımdan verilən hər şeyi qəbul edib

13.08.2026 199
.

TOP MP3