Bu heyvanlar cinayət əməllərinə görə edam edilib

Bu heyvanlar cinayət əməllərinə görə edam edilibƏvvəllər edam cəzası təkcə insanlara deyil, heyvanlara şamil olunurdu. Bir çox heyvan insanlar tərəfindən mühakimə olunaraq ölümə məhkum edilirdi. Tutuquşudan arıya, xoruzdan filə kimi bir çox heyvanların edam olunaraq ölümü qeydə alınıb. Tarixin keçmiş səhifələrinə yazılan bu hadisələr hər zaman müzakirə mövzusu olub.

1789-cu ildə Fransada Monarxiyanın süqutu nəticəsində Cümhuriyyət dövrü qurulur. Cümhuriyyət dövrünün qurulmasından 3 il sonra Paris küçələrində bir tutuquşu "Yaşasın kral" deyə qışqırır. Paris camaatı quşu tutaraq hakimiyyətə təhvil verir. Dövlət rəsmiləri tutuquşunu əksinqilab cinayəti ilə məhkəməyə verirlər. Məhkəmə tutuquşunu inqilabi şüarları təbliğ etməsinə görə, haqqında edam cəzasına qərar verir. Qərara görə, tutuquşu gilyotinlə edam olunmalı idi. Lakin edam cəzasına qədər tutuquşunun hökümət lehinə şüarları əzbərləməsi onu edamdan xilas edib.

1906-cı ildə isə İsveçrədə iki oğru bir itlə birlikdə bir adamın qarşısını kəsiblər. Oğrular kişinin bütün pulunu alıblar və iddialarına görə, it də kişiyə hücüm edib. Kişi itin bu hücumu nəticəsində qan itkisindən ölüb. Oğrular qısa müddətdə tutularaq məhkəmə qarşısına çıxarılıb. Məhkəmədə oğrular itin adamı öldürdüyünü iddia edərək yalnız oğurluqda mühakimə olunmalarını tələb ediblər. Məhkəmə tələblərini haqlı görərək onlara yalnız oğurluğa görə cəza veriblər. İt qəsdən adam öldürməyə görə edam edilib.
Yenə 1864-cü ildə Avropada baş verən hadisədə bir hadisədə bu dəfə qatil arılar oldu. Gənc oğlanı küçədə gedərkən arı sancıb və xəstələnib. İddialara görə, gəncin arılara qarşı allergiyası olub. Düzgün müalicə olunmadığına görə, qısa müddət ərzində dünyasını dəyişib. Gəncin ailəsi arılardan şikayət edib. Hadisə ilə bağlı hakimiyyət orqanları araşdırmalara başlanılıb. Məhkəmənin təyin etdiyi məmurlar arının hansı pətəkdən gəldiyini müəyyən ediblər. Məhkəmənin qərarı ilə bu pətəkdəki arılara ölüm hökmü çıxarılıb. Bütün pətəkdəki arılar isə boğularaq öldürülüb.

Osmanlı donanmasında meymunlar gəmilərdə gözətçi kimi istifadə olunurdu. Meymunlar İstanbulda ev heyvanı kimi saxlamağa başlayanda, bir qrup şəxs bundan narahat olub. Qrupun başında İmam Əbdülkərim Əfəndi idi. Əbdülkərim Əfəndi cümə xütbəsində qeyri-müsəlmanların cinsi əlaqədə meymunlardan istifadə etdiyini iddia edərək camaatı ayağa qaldırıb. Bununla da, büyün meymun dükanlarına basqın edilib və meymunlar ağacdan asılıb.

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2013   Tarix: 22 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Müctəba Xamenei İrana qarşı istənilən təhdidlərə dərhal cavab verilməsini əmr edib

İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı ayətullah Seyid Müctəba Xamenei, coğrafi mövqeyindən asılı olmayaraq, düşmən tərəfindən gələn istənilən potensial təhdidlərə dərhal və effektiv cavab verilməsini tapşırıb. "Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə Xameneinin İsla

31.10.2026 231
.

Azərbaycanda MÜƏMMALI ÖLÜM: Ailənin yeganə övladının MEYİTİ TAPILDI - FOTO

Göyçayda 28 yaşlı kişinin meyiti şəhər ərazisində yerləşən köhnə yarımtikilidə aşkarlanıb. BİG.AZ -a istinadən xəbər verir ki, meyiti tapılan şəxs şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizovdur. Məlumata görə, mərhum subay olub və ailənin yeganə övladı imiş. O, Fövqəladə Hallar Nazirliyini

31.10.2026 262
.

Ərdoğan Zelenski ilə görüşdən sonra Ukraynada sülh üçün hansı addımı təklif etdi?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada davamlı sülhün təmin olunması üçün tərəflərin razılığa gəlməsinin vacibliyini vurğulayıb. "Haber Global"a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib. İki lider Dolmabahçe sarayınd

31.10.2026 260
.

Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 5 gün sonra yeni qaydalar qüvvəyə minir

Azərbaycanda qaz plitələri, kombilər və su qızdırıcılarının təhlükəsizliyinə dair yeni tələblər tətbiq olunacaq. -ın məlumatına görə, qazla işləyən qurğular partlayış riskini istisna etməli, qaz yollarının birləşmələri hermetik olmalı və yanmamış qazın təhlükəli səviyyədə toplanmasının qarşısını almalıdır

10:00 129
.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31.10.2026 217
.

Şuşada kişi araq almağa pul verməyən arvadını döydü

Şuşada arvadını döyən kişi həbs edilib. BİG.AZ -a istinadla xəbər verir ki, 51 yaşlı Məmməd Əhmədov (ad və soyad şərtidir) evdə yaranan mübahisə zamanı arvadı Əsməri (ad şərtidir) döyərək, çoxsaylı xəsarətlər yetirib. Fakt əsasında Məmməd polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində müvafiq protoko

31.10.2026 261
.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyi

31.10.2026 246
.

Göygöldə avtomobil dərəyə aşıb: Xəsarət alan var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, minik avtomobilin idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü, 1963-cü il təvəllüdlü T.Yolçuyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

31.10.2026 222
.

Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA

Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə

00:11 285
.