Dünyada yayımı qadağan edilən filmlər

Dünyada yayımı qadağan edilən filmlərKinematoqrafiya həm adi tamaşaçılar, həm də peşəkar tənqidçilər tərəfindən yaxından izlənilir və hər dəfə də birmənalı qarşılanmır.

OLAY yazır ki, sevilən və tarixə yazılan ekran işləri ilə bərabər dünyanın bir çox ölkəsində yayımı qadağan edilən filmlər də yetəri qədərdir.

Bu filmlərdə sarsıdıcı, həddən artıq təhqiredici və ya siyasi ittiham yer ala bilər.

Bu tip kinolar sərhədləri aşmaq, çox vaxt ictimai normaları alt-üst etmək, mübahisəli mövzulara toxunmaq məqsədi ilə çəkilir.

"Avtomatik portağal" yayımı qadağan edilən filmlərdəndir. Ekran işində evsiz insanları öldürən və qadınlara təcavüz edən yetkinlik yaşına çatmayan cinayətkarlar dəstəsindən bəhs edir.

Film İrlandiya, Sinqapur, Malayziya, Cənubi Koreya və İspaniyada da qadağan edilib.

İkinci yeri mişarla qurbanlarını öldürən bir qrup gəncdən bəhs edən "Texas qətliamı" filmi tutub. Filmin Finlandiya, Böyük Britaniya, Braziliya, Avstraliya, Çili, İrlandiya və bir sıra başqa ölkələrdə nümayişi qadağan edilib.

Reytinqdə üçüncü yeri iblis qüvvələrin ələ keçirdiyi 12 yaşlı qızdan və onları qovmağa çalışan iki keşişdən bəhs edən "The Exorcist" qorxu filmi tutur. Film 10 "Oskar" mükafatına namizəd olub, onlardan ikisini qazanıb. Yayımı Malayziya, Böyük Britaniya və Sinqapurda qadağandır.

Dördüncü yerdə Braynın həyatıdır. Film dini mövzularda sərt satiradır və müxtəlif vaxtlarda İrlandiya, Norveç və Sinqapurda qadağan edilib.

Reytinqdə beşinci yer "Parisdə sonuncu tanqo" filminə məxsusdur. Film açıq-saçıq səhnəsi ilə məşhurlaşıb. İtaliya, Sinqapur, Yeni Zelandiya, Portuqaliya və Cənubi Koreyada yayımı qadağandır.

Qadağan olunmuş filmlərin tam siyahısı aşağıdakı kimidir:

1. "Avtomatik Portağal"

2. "Texas qətliamı"

3. "Şeytanı qovan"

4. "Brayanın həyatı"

5. "Parisdə sonuncu tanqo"

6. "Qərb Cəbhəsində hər şey sakitdir"

7. "Kaliqula"

8. "Solda sonuncu ev"

9. "Əcaib"

10. "Şər ölülər"

11. "Salo Respublikası və ya Sodomun 120 günü"

12. "Mayki"

13. "Mən sizin qəbirlərinizə tüpürürəm"

14. "Kannibal Holokost"

15. "Ekstaz görüntüləri"

16. "Ölüm üzləri"

17. "Doktor Mabuse"

18. "Nəticələr"

19. "Şeytanlar"

20. "Saman itləri"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2143   Tarix: 23 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda MÜƏMMALI ÖLÜM: Ailənin yeganə övladının MEYİTİ TAPILDI - FOTO

Göyçayda 28 yaşlı kişinin meyiti şəhər ərazisində yerləşən köhnə yarımtikilidə aşkarlanıb. BİG.AZ -a istinadən xəbər verir ki, meyiti tapılan şəxs şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizovdur. Məlumata görə, mərhum subay olub və ailənin yeganə övladı imiş. O, Fövqəladə Hallar Nazirliyini

31.10.2026 208
.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

31.10.2026 212
.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31.10.2026 136
.

Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ

Noyabr ayında va bəzi ərazilərdə aylıq yağıntının miqdarı iqlim normasından çox olacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir. Tutqun və buludlu günlərin sayı çoxalır. Soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olmas

31.10.2026 259
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

00:23 107
.

Rusiya dizel ixracına qoyulan qadağanın müddətini uzatdı

Rusiyanın Nazirlər Kabineti dizel məhsullarının ixracına qoyulan qadağanın müddətini daha üç ay uzadıb. TASS-a istinadən xəbər verir ki, yeni qərar 2027-ci ilin yanvarın 31-dək qüvvədən qalacaq. Bildirilir ki, qadağa ölkənin daxili yanacaq bazarında sabitliyin qorunması məqsədilə tətbiq edilir. Nəzər

31.10.2026 191
.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

31.10.2026 229
.

Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin

Sosial şəbəkələrdə Prezident İlham Əliyevin foto və videolarını paylaşan müxtəlif hesablarla qarşılaşmaq mümkündür. Lakin bu görüntülərdən istifadə edilməsi həmin səhifələrin rəsmi olduğu anlamına gəlmir. Bu gün istənilən şəxs sosial şəbəkədə hesab aça, video yükləyə, görüntüləri montaj edə və səsi dəyişdir

31.10.2026 259
.

Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda

Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb

31.10.2026 135
.