Süni intellekt gələcək, süni insanlar gedəcək!

Süni intellekt gələcək, süni insanlar gedəcək!Qan Turalı yazır...

Bir gün Molla Nəsrəddinə gəlib deyəndə ki, dünya alt-üst olacaq, Molla Nəsrəddin də kefini pozmadan cavab verir ki, nə bilmək olar, bəlkə altı üstündən yaxşı oldu?! Bu qədim lətifə modern dövrlərin hekayəsinə də çox uyğun gəlir.

Belə ki, insanların bir çoxu dəyişiklikdən qorxur, ehtiyat edir. Makiavellinin də dediyi kimi, insanların çox azı olanı olmalı olanın xeyrinə dəyişmək istəyir. Ancaq dünya bu narahatlıqlara çox da fikir vermədən öz axarınca gedir.

Misal üçün, mobil telefonlarında foto çəkmək xüsusiyyətləri əlavə edildikdə fotoqraflar bunu narahatlıqla qarşıladılar. Bir müddətdən sonra az qala hamı foto çəkən telefonlar əldə etdi. Əvvəllər demək olar ki, hər ailədə kiçik fotoaparatlar vardı. Telefonların foto çəkməyə başlaması ilə bu fotoaparatlar tarixin arxivinə verildi. Ancaq fotoqrafiya məhv oldumu? Əsla. İndi toyların vazkeçilməz atributu "love story"lərdir. Hər nə qədər hər kəsin əlində fotoaparat olsa da fotoqrafiya sənəti əvvəlkindən də çox inkişaf edir, özü də fotoqrafların hesabına.

Əvvəllər hər kiçik şəhərdə bir fotoqraf vardısa indi bu rəqəm dəfələrlə çoxdur. Heç kim telefonla fotoşəkilləri çəkmir. Bir sözlə, telefondakı foto çəkmək imkanları bir növ fotoqrafiyada inqilab yaratdı. Söz yox ki, bu inkişafda sosial medianın xüsusilə də "Instagram"ın rolu əvəzsizdir. Əvvəllər ildə bir foto çəkdirən insanlar indi az qala hər gün foto çəkdirirlər. Bu mənada Mollanın da dediyi kimi, üstü altından yaxşı oldu. Ən azı fotoqraflar üçün...

Hollivudda ssenaristlərin tətili də bu baxımdan maraqlı notları özündə əks etdirir. Belə ki, minlərlə ssenarist süni intellektin ssenari yazmasının qadağan edilməsini tələb edir. Onlar süni intellektin işlərini əllərindən alacağından ehtiyat edirlər.

Bu hadisə XIX əsrin luddistlərini bizim yadımıza salır. Toxuculuq sənayesində maşınların istifadəsinə qarşı çıxan cərəyan üzvləri maşınları sındırıb-dağıdırdılar. Onların fikrincə, bu maşınlar toxucuları işsiz qoyurdu. Əslində, doğrudan da bu belə idi, çünki bir maşın bir neçə toxucunun gördüyü işi görə bilirdi.
Tarixi proses ərzində isə işsizliklə bağlı qorxulu ssenarilər gerçəkləşməməyə başladı. Bəli, bir qisim toxucular doğrudan da işsiz qaldılar. Ancaq nəzərə də almaq lazımdır ki, iqtisadi inkişaf prosesində yeni peşələr də yaranır və bu yeni peşələr yeni insanlar tələb edir.

Misal üçün, əvvəl faytonlar vardı, indi isə sayları onlardan min dəfələrlə artıq olan avtomobillər var. Və bir peşə kimi sürücülər ortaya çıxır. Bu da dünya nisbətində milyonlarla insanın məşğulluğu deməkdir. İndi isə avtomobillərin sürücüsüz variantları üzərində iş artıq başa çatmaqdadır. Yaxın gələcəkdə sürücü peşəsi də tarixə qovuşacaq. Ancaq yeni situasiya söz yox ki, yeni peşələr də yaradacaq.

Hariri "Homo Deus" kitabında paradoksal bir elan haqqında məlumat verir. Belə ki, ABŞ Müdafiə nazirliyi PUA-lar, yəni pilotsuz uçuş aparatlarının idarə edilməsi üçün yeni vakansiyalar elan edir. Bəli, aparat pilotsuz uça bilir, lakin onun texniki servisi, qaldırılıb endirilməsi eləcə də PUA-ların topladığı məlumatların analizi insan əməyi tələb edir. Göründüyü kimi, inkişaf prosesi ərzində bəzi peşələr ləğv edilsə də onların əvəzinə yeniləri də yaranmaqdadır.

Ssenaristlərlə bağlı vəziyyətə gəldikdə, bəli, hər bir ssenari heç də orijinal deyil, baxdığımız filmlərin çoxunun ssenarisi bir-birinə bənzəyir. Bənzər variantları yazmaq isə süni intellektin əlində bir dəqiqəlik işdir. Çünki süni intellektin bazasına minlərlə ssenari yüklənir, o da bu ssenarilər əsasında bir şablon əldə edir. Alqoritm də ona bu şablon əsasında ssenari yazır.

Ancaq yaradıcılıq hər şeydən qabaq "sui generis"dir, yəni təkrarsız, bənzərsizdir, hər şeydən qabaq orijinallıq tələb edir. Süni intellekt Şekspirin əsərlərini öyrənib yeni bir Hamlet yaza bilər, ancaq yeni bir Şekspir yarada bilməz. O "Hamlet"ini yazarkən Şekspirin keçdiyi yollardan keçəcək, onun düşüncə mexanizmini kopyalayacaq. Bəli, süni intellekt şablon Hollivud filminin ssenarisini yaza biləcək. Ancaq Tarantino düzəltmək isə onda alınmayacaq. Söhbət də elə budur.

Yeni dünya isə hər birimizdən orijinallıq, çeviklik tələb edir...

Oxu.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1181   Tarix: 23 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda MÜƏMMALI ÖLÜM: Ailənin yeganə övladının MEYİTİ TAPILDI - FOTO

Göyçayda 28 yaşlı kişinin meyiti şəhər ərazisində yerləşən köhnə yarımtikilidə aşkarlanıb. BİG.AZ -a istinadən xəbər verir ki, meyiti tapılan şəxs şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizovdur. Məlumata görə, mərhum subay olub və ailənin yeganə övladı imiş. O, Fövqəladə Hallar Nazirliyini

31.10.2026 208
.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

31.10.2026 212
.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31.10.2026 136
.

Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ

Noyabr ayında va bəzi ərazilərdə aylıq yağıntının miqdarı iqlim normasından çox olacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir. Tutqun və buludlu günlərin sayı çoxalır. Soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olmas

31.10.2026 259
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

00:23 107
.

Rusiya dizel ixracına qoyulan qadağanın müddətini uzatdı

Rusiyanın Nazirlər Kabineti dizel məhsullarının ixracına qoyulan qadağanın müddətini daha üç ay uzadıb. TASS-a istinadən xəbər verir ki, yeni qərar 2027-ci ilin yanvarın 31-dək qüvvədən qalacaq. Bildirilir ki, qadağa ölkənin daxili yanacaq bazarında sabitliyin qorunması məqsədilə tətbiq edilir. Nəzər

31.10.2026 191
.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

31.10.2026 229
.

Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin

Sosial şəbəkələrdə Prezident İlham Əliyevin foto və videolarını paylaşan müxtəlif hesablarla qarşılaşmaq mümkündür. Lakin bu görüntülərdən istifadə edilməsi həmin səhifələrin rəsmi olduğu anlamına gəlmir. Bu gün istənilən şəxs sosial şəbəkədə hesab aça, video yükləyə, görüntüləri montaj edə və səsi dəyişdir

31.10.2026 259
.

Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda

Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb

31.10.2026 135
.