"Ermənistanın sülhlə bağlı addımları Azərbaycan qalib tərəf kimi onlara məcbur elətdirir"-AÇIQLAMA

"Ermənistanın sülhlə bağlı addımları Azərbaycan qalib tərəf kimi onlara məcbur elətdirir"-AÇIQLAMASon zamanlar Ermənistanda siyasi erməni müşahidəçiləri Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara toxunub. Bununla yanaşı,Nikol Paşinyan sülh müqaviləsinin yenilənən variantını Azərbaycana təqdim etdiyini deyib. Bu siyasi prosesdə Ermənistana etibar etmək nə dərəcədə doğrudur? Məsələ ilə bağlı BiG.AZ-a danışan Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib ki, heç bir halda Ermənistana güvənə bilmərik. Politoloq Ermənistanla ən yüksək formada yekun sülh müqaviləsi imzalansa belə, bu ölkənin Azərbaycan əleyhinə fəaliyyət göstərməyi gözlənilən bir hadisə olduğunu qeyd edib:

"Bu gün əslində Ermənistanın sülhlə bağlı atacaqları addımları Azərbaycan qalib və güclü tərəf kimi onlara məcbur elətdirir. Ermənistanın öz xoşuna qalsa, bu gün xarici güc faktorlarının əlində oyuncağa çevrilən bu ölkə dayanmadan müharibəyə hazırlaşdırılır. Son dövrlər Ermənistanın ciddi formada silahlandırlması, Azərbaycanla şərti sərhədlərdə hərbi aktivliyini gücləndirməsi prosesin nə qədər aqressiv həyata keçirildiyini göstərir. Eyni zamanda rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən hələ də qanunsuz erməni silahlı birləşmələrinin çıxarılmaması, müxtəlif dərəcələrdə "hərbi təlim"lərə cəlb edilməsi sülh müqaviləsinin yubanmasına şərait yaradır. Təbii ki, Ermənistanda xalqın arasında bir yekdillik mövcud deyil. Siyasi qüvvələr balansı itib. Mərkəzi dövlət aparatı demək olar ki, çox kövrəkdi. Belə olan vəziyyətdə, Ermənistanın əslində qurtuluş yolu Azərbaycanla sülh müqaviləsi imzalamaqdır. Artıq Ermənistanda həm siyasi qüvvələr, həm də ictimaiyyət uzun müddət Azərbaycan və Türkiyə düşmənçiliyi ilə zəhərlənib. Bu saxta faşist-fiziolji təbliğat imkan vermir ki, xalqın arasında sülhlə bağlı Ermənistan hakimiyyəti normal maarifləndirmə aparsın. Burada hazırki hakimiyyətində çox böyük günahı var. Onlar hakimiyyətə gəldikdən sonra özündən əvvəlki Köçəryan, Sarkisyan dövründəki nifrət leksikonunu siyasətindən qaldırmadı. Eyni zamanda, Ermənistanın tədris-təbliğat vasitələrində hələ də Azərbaycan əleyhinə etnik, düşmənçilik tezisləri yayılıb. Bütün bunlara baxmayaraq, Azərbaycan Ermənistana sülh üçün vaxt qoyub. Bu gedişlə ya Ermənistan öz xoşluğu ilə bu sülh müqaviləsini imzalayacaq, ya da Azərbaycan Ermənistanı sülh müqaviləsi imzalamağa məcbur edəcək".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1075   Tarix: 24 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nazir müavini: "Startaplar iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir"

Startaplar yalnız innovasiya yaradan subyektlər deyil, həm də iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir. "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan"

31.10.2026 196
.

İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı

ABŞ-nin Tennessi ştatında iki doza ölümcül iynə vurulmasına baxmayaraq sağ qalan 50 yaşlı edam məhkumu Krista Payk yaşadığı qorxunc təcrübə haqda ilk dəfə danışıb. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəxanada uzunmüddətli müalicədən sonra həbsxanaya qaytarılan Payk hər gün şiddətli fizik

31.10.2026 235
.

Qızılın qiyməti xeyli ucuzlaşdı

"Comex" birjasında dekabr ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 3 900 dollardan aşağı düşüb. xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub. Bakı vaxtı ilə saat 21:08-də qızılın qiyməti 3.27% azalaraq bir trua unsiyası üçün 3 899.6

31.10.2026 154
.

Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli

00:25 93
.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31.10.2026 136
.

Müctəba Xamenei İrana qarşı istənilən təhdidlərə dərhal cavab verilməsini əmr edib

İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı ayətullah Seyid Müctəba Xamenei, coğrafi mövqeyindən asılı olmayaraq, düşmən tərəfindən gələn istənilən potensial təhdidlərə dərhal və effektiv cavab verilməsini tapşırıb. "Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə Xameneinin İsla

31.10.2026 206
.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

31.10.2026 229
.

COP18-ə ev sahibliyi edəcək ölkə bilindi

Ekvador BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasını (COP18) qəbul edəcək. xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, müvafiq qərar İrəvanda təşkil olunan COP17-ni

31.10.2026 211
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31.10.2026 184
.