2 min ildir ölməyən qadın
Xin Zhui Han sülaləsi dövründə zadəgan çinli kişinin yoldaşı idi. Bütün günü heç nə etmədən oturur və ya yemək yeyirdi. Lakin bu qadınla bağlı maraqlı faktlar var. Leydi Dai olaraq tanınan bu qadının mumyası indiyə qədər sağlam qalıb. Lady Dai-nin məzarı 1960-cı illərdə Çinin Çanşa şəhəri yaxınlığındakı Mavanqdui şəhərində tikinti işçiləri tərəfindən təsadüfən tapılıb. Arxeoloqlar 1970-ci illərin əvvəllərində ərazidə qazıntı apararaq qərbi Han sülaləsinə məxsus 3 məzar aşkar edilib. Onlardan biri bu məşhur qadına məxsusdur. Eramızdan əvvəl 163-cü ildə vəfat edən həyat yoldaşı Ledi Dai-nin sərdabəsində minlərlə əşya, o cümlədən qədim Han sülaləsindən qalma zərif ipək əlyazmalar, cilalanmış qablar, darçın, maqnoliya qabığı və qara bibərdən hazırlanmış bitki mənşəli dərmanlar qoyulub.
Əsas maraqlı məqam odur ki, təxminən 2100 il yaşı olan qadının mumiyası çox qəribədir. Onun damarları hələ də laxtalanmış qanla və yumşaq toxumalarla doludur. Bu vaxta qədər qadının bədənində bir çox hissələr salamat qalıb. Qırışmış bədəni köhnə mumiyadan daha çox təzə meyid kimi görünür. İllər ərzində qadının bədənin yaxşı vəziyyətdə qaldığına dair bir neçə fərziyyələr meydana gəldi. Leydi Dai-in meyidi gözəl ipək rəsmlə örtülmüş dörd laklı tabutun ən içəri hissəsində baramalanmış vəziyyətdə tapılıb. Bundan əlavə, bədəni 18 qat ipək və kətan paltarla bükülüb. Bütün bu amilləri nəzərə aldıqda meyidin necə salamat qaldığı bəlli olub. Bununla yanaşı qadının tabutu hava ilə təmas etdikdən sonra qəhvəyi rəngə çevrilən şəffaf maye ilə dolu olub. Bəzi mütəxəssislər bu mayenin onun bədəninə aid olduğuna inanır, lakin bəziləri isə mayenin qorunma prosesinə kömək edən ənənəvi çinlilərin bitki mənşəli məhlulu ola biləcəyindən şübhələnir.
Çin alimləri tərəfindən meyidin ətraflı yarılması qadının səhhətinin əslində pis olduğunu göstərdi. Araşdırmalar nəticəsində, onun 50 yaşlarında yemək yedikdən az sonra infarktdan öldüyü görünür. Tədqiqatçılar yazır ki, bu problemlər qadının artıq çəkiyə və diabet xəstəliyinə tutulmasına səbəb olan tənbəl həyat tərzinin nəticəsidir. Bədəninin müayinəsi Leydi Dai-nin son qəbul etdiyi qidanı müəyyən edib. Onun yemək borusu və mədəsində 100-dən çox qovun toxumu tapılıb. Araşdırmaçılar, bu qidaları onun tələsik qəbul etdiyini deyib. Leydi Dai-nin mumyası indiyə qədər çinlilər tərəfindən xüsusi olaraq qorunur. Hətta insanlar bu qadının uzun yaşadığına inanır və tez-tez onu ziyarət edirlər.
Sevda Səfərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1782 Tarix: 24 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda MÜƏMMALI ÖLÜM: Ailənin yeganə övladının MEYİTİ TAPILDI - FOTO
Göyçayda 28 yaşlı kişinin meyiti şəhər ərazisində yerləşən köhnə yarımtikilidə aşkarlanıb. BİG.AZ -a istinadən xəbər verir ki, meyiti tapılan şəxs şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizovdur. Məlumata görə, mərhum subay olub və ailənin yeganə övladı imiş. O, Fövqəladə Hallar Nazirliyini
31.10.2026 208 Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video
Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması
31.10.2026 212 Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi
Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund
31.10.2026 136 Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Noyabr ayında va bəzi ərazilərdə aylıq yağıntının miqdarı iqlim normasından çox olacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir. Tutqun və buludlu günlərin sayı çoxalır. Soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olmas
31.10.2026 259 Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…
Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də
00:23 107 Rusiya dizel ixracına qoyulan qadağanın müddətini uzatdı
Rusiyanın Nazirlər Kabineti dizel məhsullarının ixracına qoyulan qadağanın müddətini daha üç ay uzadıb. TASS-a istinadən xəbər verir ki, yeni qərar 2027-ci ilin yanvarın 31-dək qüvvədən qalacaq. Bildirilir ki, qadağa ölkənin daxili yanacaq bazarında sabitliyin qorunması məqsədilə tətbiq edilir. Nəzər
31.10.2026 191 Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy
31.10.2026 229 Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Sosial şəbəkələrdə Prezident İlham Əliyevin foto və videolarını paylaşan müxtəlif hesablarla qarşılaşmaq mümkündür. Lakin bu görüntülərdən istifadə edilməsi həmin səhifələrin rəsmi olduğu anlamına gəlmir. Bu gün istənilən şəxs sosial şəbəkədə hesab aça, video yükləyə, görüntüləri montaj edə və səsi dəyişdir
31.10.2026 259 Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb
31.10.2026 135