"Yalanları ilə cəmiyyətimizi zəhərlənməyə çalışan "no war"çılarla mübarizədə hər birimiz aktiv olmalıyıq"- DEPUTAT
"Son zamanlar anti-Azərbaycan qüvvələrin aktivləşməsi müşahidə olunur".
Bunu Sonxeber.az-a danışan Müşfiq Cəfərov bildirib.
Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsindəki möhtəşəm zəfərimiz tək düşməni və onun havadarlarını məyus etməyib. 30 illik işğala 44 gündə son qoymağımız bəzi sapı özümüzdən olan baltaları da narahat etməkdədir:
"Yenidən fəallaşmağa başlayan "no war"çılar xarici anti-Azərbaycan dairələrin təsiri altında olan, öz dövlətinə və xalqına qarşı xəyanət yolunu tutmuş, milli hissləri olmayan ünsürlərdir.Bu şəxslər üçün vətən və xalq anlayışı yoxdur. Onlar yalnız öz xeyirlərinə güdən ünsürlərdir. Azərbaycanın "işğalçı dövlət", "aqrerssor", Azərbaycan xalqının isə "işğalçı rejimi dəstəkləyən kütlə" adlandırmaqları, şəhid və qazı ailələrini təhqir etməkləri bu insanların cəmiyyətimiz üçün təhlükə olduğunu göstərir. Bu cür şəxslərə qarşı cəmiyyətimiz sərt təpki göstərməlidir".
Deputat qeyd edib ki, təcrübə göstərir ki, "müharibəyə müqavimət" ideyası hər zaman "Açıq Cəmiyyət İnstitutu", "Soros Fondu" kimi qlobal təşkilatlar tərəfindən ayrı-ayrı ölkələrdə manipulyasiya aləti kimi istifadə edilib:
"Bu gün də cəmiyyətdə daxili qarşıdurmalar yaradıb siyasi hakimiyyətə təsir etmək, müharibə olmayan yerlərdə belə "müharibəyə müqavimət göstərmək" cəhdləri aktualdır:
Xarici qüvvələrin erməni lobbisinin bir ovuc azərbaycanlı "no war"çının əli ilə ölkədə qeyri-sabitlik yaratmaq cəhdləri hələ 2016-cı ilin aprel döyüşləri zamanı açıq şəkildə hiss edildi. O zaman bu "sülh göyərçinləri" Ermənistanın təxribatına cavab verən, anti-terror əməliyyatı keçirən ordumuzu "terrorçu", Azərbaycan dövlətini isə "işğalçı" dövlət adlandırırdılar.
Azərbaycandakı bir ovuc saxta leberalın milli və dövlət maraqlarına açıq aşkar düşmən münasibəti ölkə xaricində də ikrahla qarşılanır".
Deputat vurğulayıb ki, 3 ildir ki, öz gücümüzə ərazi bütövlüyümüzü bərpa etmişik:
"Ermənistan belə müharibənin nəticələrlə barışıb və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bütün bunlara baxmayaraq, yerli "no war"çılar hələ də Azərbaycanı aqressiv ritorikada günahlandırır, Qərbi Azərbaycan İcmasının tarixi torpağına geri qayıtmaq istəyini rədd edir, faktiki olaraq cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd göstərirlər.
Bu kimi çağırışlarla "no war"çılar Ermənistan və Azərbaycan arasında sülh prosesinə də zərbə vururlar. Azərbaycandakı "no war"çılar sülhə, sabitliyə yox, erməni lobbisinə, Corc Sorosun "xaos yaratmaqla təsir etrmək" ideyasına xidmət edirlər. Bu işdə isə beyni yuyulmuş, liberal dəyərləri yanlış qavramış, qərb yaşam tərzinə düşkün bir ovuc azərbaycanlıdan aktiv şəkildə istifadə edilir. Uydurduqları yalanları ilə cəmiyyətimizi zəhərlənməyə çalışan "no war"çılarla mübarizədə ziyalılarımız, ictimai fəallar, müharibə iştirakçıları, şəhid ailələri aktiv olmalı və milli mənəviyyatımızı, dəyərlərimizi, mənliyimizi ayaq altına atan belə ünsürlərə qarşı sərt mövqe sərgiləməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 637 Tarix: 25 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda "Apple" istifadəçilərinin hesabları KÜTLƏVİ ŞƏKİLDƏ ƏLƏ KEÇİRİLİR
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "Apple" şirkətinin məhsullarında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi məlumat yayıb. Bildirilib ki, "iOS", "iPadOS" və "macOS"
31.10.2026 245 Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb
31.10.2026 135 Azərbaycanda MÜƏMMALI ÖLÜM: Ailənin yeganə övladının MEYİTİ TAPILDI - FOTO
Göyçayda 28 yaşlı kişinin meyiti şəhər ərazisində yerləşən köhnə yarımtikilidə aşkarlanıb. BİG.AZ -a istinadən xəbər verir ki, meyiti tapılan şəxs şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizovdur. Məlumata görə, mərhum subay olub və ailənin yeganə övladı imiş. O, Fövqəladə Hallar Nazirliyini
31.10.2026 208 Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video
Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması
31.10.2026 212 Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb
Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu
31.10.2026 195 Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…
Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də
00:23 107 Donald Tramp ona qarşı aksiyaların Corc Soros tərəfindən maliyyələşdirildiyini açıqladı
ABŞ Prezidenti Donald Tramp ona qarşı təşkil edilən etiraz aksiyalarının milyarder Corc Soros tərəfindən maliyyələşdirildiyini iddia edib. -ın məlumatına görə, bu barədə "The Wall Street Journal" nəşri yayıb. "Yenə bir etirazçı. Onlara Soros pul ödəyir. Üstəlik, bu adam ucuz başa gəli
31.10.2026 169 Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli
00:25 93 Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy
31.10.2026 229