Messi özünə cangüdən tutub

Messi özünə cangüdən tutubABŞ-ın "İnter Mayami" komandasının argentinalı hücumçusu Lionel Messi özünə cangüdən tutub.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, futbolçu üçün cangüdəni Amerika klubunun həmsahibi Devid Bekem seçib. Mühafizəçi ABŞ Ordusunun xüsusi təyinatlılarının İraq və Əfqanıstanda döyüş təcrübəsinə malik və döyüş sənətində mahir olan keçmiş əsgəridir. O, həmçinin bir neçə MMA döyüşlərində iştirak edib.

Bildirilir ki, Messinin cangüdəni müştərisini hər hansı arzuolunmaz təmasdan qorumaq üçün "İnter Mayami"nin matçları zamanı meydançanın kənarı ilə qaçır.

"İnter Mayami"də səkkiz oyundan sonra Messinin hesabında 10 qol və üç məhsuldar ötürmə var. Avqustun 20-də argentinalı ilk dəfə Amerika kubokunu qazanıb. "İnter Mayami" turnirin həlledici oyununda "Neşvill"i penaltilər seriyasında məğlub edərək (10:9) Liqa Kubokunun sahibi olub.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1385   Tarix: 27 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Zlatan İbrahimoviç 7 milyonluq avtomobil aldı - Fotolar

Ulduz futbolçu Zlatan İbrahimoviç 4 milyon dollarlıq (6 milyon 800 min manat)"Ferrari F80" alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb. "Milan"da yüksək səviyyəli məsləhətçi vəzifəsində çalışan 45 yaşlı isveçli futbol əfsanəsi yeni avtomobilini

05.10.2026 837
.

Anar Hacıyev "Qarabağ"dan getdi

"Qarabağ" futbol klubunun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev vəzifəsindən ayrılıb. xəbər verir ki, bu barədə "Qarabağ" klubu məlumat yayıb. Bildirilib ki, Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb. Qeyd edək ki, 2023-cü ilin sentyabrından bu vəzifəd

12.10.2026 666
.

Aziz Yıldırım: "Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!"

"Fənərbağça"nın prezidenti Aziz Yıldırım klubun maliyyə vəziyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, o, may ayından sonra klubun qapısından bir daha içəri girməyəcəyini bildirib. "May ayından sonra mən olmayacağam, bir daha bu klubun qapısından içəri girməyəcəyəm

25.10.2026 447
.

"Qızıl top" qədər geyim tərzləri də diqqət çəkdi - Fotolar

Məlum olduğu kimi, ötən gün "Qızıl top" ("Ballon d'Or") mükafatlandırma mərasimi keçirilib. Mükafata isə "Bayern Münhen"in və İngiltərə milli komandasının ulduz hücumçusu Harri Keyn layiq görülüb. Londondakı məşhur "The London Palladium" zalında keçirilə

27.10.2026 544
.

Edin Cekonun millidə son oyunu: Ulduz futbolçu ilə belə vidalaşdılar - Video

Bosniya və Herseqovina milli komandası tarixinin ən sərrast oyunçusu, hücumçu Edin Ceko yığmadakı karyerasına yekun vurub. xarici KİV-ə istinadən xəbər verir ki, İsveçlə oyunun 11-ci dəqiqəsində Bosniya və Herseqovina azarkeşləri Sarayevodakı stadionun yaxınlığında yerləşən binada milli komandada so

03.10.2026 525
.

Əhməd Yusifov dünya çempionu oldu - YENİLƏNİB

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatının qalibi olub. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı finalda qazaxıstanlı Şerzod Davlatovu məğlub edib. Beləliklə, Azərbaycan yarışdakı ilk medalını əldə edib. 15:50. Azərbaycan cüdoçusu Əhmə

04.10.2026 743
.

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb

Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda ABŞ-dən olan Conatan Yanqa məğlub olub. B.Ağayev daha əvvəl Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırmışdı

04.10.2026 585
.

Messi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı

Əfsanəvi futbolçu Lionel Messi İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, "İnter"in (Mayami) ulduzu bu gün axşam İspaniyanın Ovyedo şəhərində Campoamor Teatrında təşkil olunacaq təntənəli mərasimd

22.10.2026 692
.

FIFA U-15 Dünya Çempionatı və Festivalının ilk iştirakçısı Azərbaycana gəlib - Foto

Oktyabrın 22-də Bakıda start götürəcək və futbol tarixində ilk dəfə təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalının iştirakçıları paytaxtımıza gəlməyə başlayıblar. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, turnir çərçivəsində Bakıya gələn ilk kollektiv artıq Azərbaycandadır

20.10.2026 648
.