TikTokda "kreditə qızıl satılır" adı altında 150-dən çox şəxsi aldadıblar - Video

TikTokda "kreditə qızıl satılır" adı altında 150-dən çox şəxsi aldadıblar - VideoSosial şəbəkədə "kreditə qızıl satılır" adı altında kibercinayət törədən dəstə üzvləri saxlanılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, sosial şəbəkələr vasitəsilə vətəndaşların pul vəsaitlərinin kiber üsullarla talanması barədə müraciətlər üzrə DİN əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu sahədə müşahidə edilən əsas hüquqazidd hallardan biri də "kreditə qızıl satılır" başlığı adı altında, xüsusən TikTok sosial şəbəkəsində yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşların aldadılmasıdır.

Sadalanan qanunsuz hallar nəzərə alınaraq bu tipli talama əməllərində şübhəli bilinən növbəti şəbəkənin üzvləri, əvvəllər məhkum olunmuşlar - 1984-cü il təvəllüdlü Elvin Həsənov, 1988-ci il təvəllüdlü Loğman Zayidov və 1985-ci il təvəllüdlü Ceyhun Kərimov rəqəmsal texnoloji metodlardan istifadə olunmaqla polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla həmin şəxslərin feyk səhifə və profillərində talamaya məruz qalanların dairəsi müəyyən edilib və qrupun bütün qanunsuz fəaliyyəti aşkarlanıb. Saxlanılan şəxslər vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçiriblər. Dəstə üzvləri izi itirmək məqsədi ilə "kreditə qızıl" almaq üçün onlara pul köçürən şəxslərin hesablarını sonradan bloklayıblar və həmin vəsaitləri şəxsi hesablara köçürərək nağdlaşdırıblar. Dəstə üzvləri ifadələrində sosial şəbəkələrdə törətdikləri bu qanunsuz əməlləri ilə 150-dən artıq şəxsə maddi ziyan vurduqlarını etiraf ediblər.

Polis əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində paytaxt ərazisində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından müxtəlif məbləğlərdə pul oğurlayan 2001-ci il təvəllüdlü Kənan Bədirli müəyyən olunaraq saxlanılıb. Bu şəxs qeyri-qanuni vasitələrlə ələ keçirdiyi kart məlumatlarını müxtəlif mobil tətbiqlərdə qeydiyyatdan keçirib. Daha sonra Kənan Bədirli pul vəsaitlərini onlayn yolla öz hesabına transfer edərək silsilə oğurluqlar edib.

Hazırda saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir: "Elvin Həsənov, Loğman Zayidov, Ceyhun Kərimov və Kənan Bədirlinin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 939   Tarix: 29 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

COP18-ə ev sahibliyi edəcək ölkə bilindi

Ekvador BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasını (COP18) qəbul edəcək. xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, müvafiq qərar İrəvanda təşkil olunan COP17-ni

31.10.2026 211
.

31 yaşlı diş həkimi vəfat etdi - FOTO

Həkim Orxan Cəfərov vəfat edib. -ın bölgə müxbirinin verdiyi məlumata görə, Göyçay şəhər sakini, 1995-ci il təvəllüdlü Cəfərov Orxan Çingiz oğlu xərçəng xəstəliyindən vəfat edib. Onun İranda müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişdiyi bildirilir. Xatırladaq ki, mərhum subay idi və rayond

00:25 114
.

Budanov Ukrayna üzrə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir

Ukrayna ABŞ və Rusiya ilə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov amerikalı senatorlarla onlayn formatda keçirilən görüşün yekunlarına dair öz "Telegram" kanalında bildirib

31.10.2026 204
.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31.10.2026 176
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31.10.2026 184
.

Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin

Sosial şəbəkələrdə Prezident İlham Əliyevin foto və videolarını paylaşan müxtəlif hesablarla qarşılaşmaq mümkündür. Lakin bu görüntülərdən istifadə edilməsi həmin səhifələrin rəsmi olduğu anlamına gəlmir. Bu gün istənilən şəxs sosial şəbəkədə hesab aça, video yükləyə, görüntüləri montaj edə və səsi dəyişdir

31.10.2026 259
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

00:23 107
.

Rusiya dizel ixracına qoyulan qadağanın müddətini uzatdı

Rusiyanın Nazirlər Kabineti dizel məhsullarının ixracına qoyulan qadağanın müddətini daha üç ay uzadıb. TASS-a istinadən xəbər verir ki, yeni qərar 2027-ci ilin yanvarın 31-dək qüvvədən qalacaq. Bildirilir ki, qadağa ölkənin daxili yanacaq bazarında sabitliyin qorunması məqsədilə tətbiq edilir. Nəzər

31.10.2026 191
.

Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə BİG.AZ-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəl

31.10.2026 384
.