Bakı metrosunun ilk xanım maşinisti işdən çıxmasının əsl səbəbini AÇIQLADI: "Artıq anladım ki..."
Xəbər verildiyi kimi "Bakı Metropoliteni" QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib. Xanım maşinistin işdən çıxarılmasına səbəb kimi qatar idarə edərkən mobil telefonla danışması göstərilmişdi.
Amma ötən gün "Bakı Metropoliteni" QSC-nin keçmiş xanım maşinisti Günay Həbibli işdən çıxarılması ilə bağlı Bizim.Media-ya səbəbin bu olmadığını açıqlamışdı.
Günay Həbibli bu dəfə Bizim.Media-ya açıqlamasında işdən çıxmasının əsl səbəbini açıqlayıb.
O, öz işinə qayıtması üçün yenidən "Bakı Metropoliteni" QSC-nin maşinist işinə qəbulla bağlı vakansiyasına müraciət etdiyini bildirib:
"2019-cu il aprel ayının 1-dən etibarən "Bakı Metropoliteni"ndə ilk xanım maşinist olaraq işə başlamışam. İyunun 17-də öz ərizəmlə işdən ayrıldım. İşdən çıxma səbəbim isə ailəvi problemlərin, konkret isə övladımın səhhətində yaranan narahatlıqlarla bağlı olub. Mən işimi, Metropoliteni çox sevirəm. İşim üçün hədsiz darıxıram. Artıq anladım ki, bu iş üçün yaranmışam.
Elə bu səbəbdən də "Bakı Metropoliteni"nin maşinist işinə qəbulla bağlı vakansiyasına yenidən müraciət etmişəm. Şükürlər olsun ki, övladımın sağlamlıq durumu da qaydasındadır. İnşallah seçim mərhələlərini keçib, kursda iştirak edib, yenidən maşinist adını qazanmaq üçün əzmlə mübarizəmi davam etdirəcəyəm. Mobil telefon filan, bunlar sadəcə dezinformasiyadır".
"Bakı Metropoliteni"nin rəhbərliyi ilə hər hansı qalmaqala gəlincə, Günay Həbibli belə cavab verib:
"Mənim Bakı Metropolitenin rəhbərliyindən heç bir şikayətim yoxdur. O kollektivin hər bir üzvü mənim üçün əziz və dəyərlidir. Hər birinin boynumda haqqı var. 2016-cı ildən metronun çörəyini yeyirəm. O çörəyə söz demək mənə yaraşmaz. Övladımın sağlamlığı üçün işdən çıxmalı oldum, yenidən müraciət etdim", - deyə Günay Həbibli əlavə edib.
Qeyd edək ki, Günay Həbibli 2019-cu il aprelin 1-də maşinist kimi işə başlamışdı.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3598 Tarix: 29 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏt məhsulları nə zaman təhlükəli olur? - Mütəxəssislər xəbərdarlıq edir
"Ət məhsulları düzgün saxlanılmadıqda, hazırlanmadıqda və bişirilmədikdə qida zəhərlənməsinin ciddi mənbəyinə çevrilə bilər. Xüsusilə isti havalarda temperatur rejiminin pozulması ətdə bakteriyaların sürətlə çoxalmasına şərait yaradır". Bunu BİG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfəro
16:28 178 "Hibrid ipoteka" Azərbaycanda mənzil problemini həll edə bilərmi?
"Azərbaycanda mənzil məsələsinin həllində artıq yalnız klassik ipoteka modelinə baxmaq kifayət deyil. Bir çox ailə üçün əsas problem aylıq ödənişdən daha çox ilkin ödənişi formalaşdırmaqdır". Bunu BİG.AZ-a açıqlamasında iqdisadçı Asif İbrahimov bildirib. O, qeyd edib ki, bu səbəbdən dövlə
14:55 167 Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...
AzTV-nin əməkdaşı Məmmədli Məqsəd Əlisahib oğlunun faciəvi ölümündən əvvəl yaşanan son anlarla bağlı bəzi detallar məlum olub. "Qafqazinfo" Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Məqsəd Məmmədli hadisədən bir gün əvvəl dostları ilə görüşə gedib. Görüş zamanı o, dostlarına dənizə girib bi
12:19 316 Şəkidə leysan yağdı, istirahət mərkəzinə gedən yolda çətinlik yarandı (VİDEO)
Ötən gün axşam saatlarında Şəki rayonunda yağan güclü leysan yağışları ciddi fəsadlara səbəb olub. Güclü sel suları Kiş kəndindən istirahət mərkəzinə gedən avtomobil yoluna bol miqdarda palçıq və çınqıl qatı gətirib. Hadisə nəticəsində ərazidə nəqliyyatın hərəkəti kəskin məhdudlaşıb. Bir neçə avtomobi
14:06 190 Ermənistan ordusunda NATO standartlı hərbi formaların tətbiqi təxirə salındı
Ermənistan Silahlı Qüvvələri NATO standartlarına uyğun hərbi formaların tətbiqinin təxirə salındığını açıqlayıb. xəbər verir ki, bu barədə "Pravda Armenia"nın məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, yeni hərbi formaların nə vaxt tam tətbiq olunacağ
12:06 178 Turistləri daşıyan mikroavtobus dərəyə aşdı - 4 ölü
Gürcüstanda turistləri daşıyan mikroavtobusun dərəyə aşması nəticəsində dörd Belarus vətəndaşı həlak olub. xəbər verir ki, bu barədə "Interpressnews" məlumat yayıb. Bildirilib ki, turistləri daşıyan mikroavtobus Qomismta kurort kəndindən Ozurgeti şəhərinə gedirmiş. İlkin məlumata görə, sürüc
11:55 206 "Söyərəm də, o tərəfə də keçərəm" - "Boulevard Hotel"dəki qətl İŞİ
Bakı Ağır Cinayətlər Məhkəməsində iş yoldaşını bıçaqla qətlə yetirməkdə təqsirləndirilən Seymur Manafovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən Seymur Manafov özün
20:45 1 Keçmiş arvadından intiqam almaq üçün iki oğlunu yandırdı
Avstraliyanın Tasmaniya ştatında kişi arvadından intiqam almaq üçün iki uşağını diri-diri alova atıb. xarici mediaya istinadla xəbər verir ki, illər öncə baş vermiş qandonduran hadisənin təfərrüatları indi açıqlanıb. Paul Konnelli adlı şəxs ayrıldığı həyat yoldaşından qisas almaq məqsədilə iki oğlun
19:15 106 Nolanın yeni filmi rekord qırdı: 1,1 milyard dollar...
Britaniyalı rejissor Kristofer Nolanın "Odisseya" filmi karyerasının ən çox gəlir gətirən ekran işi olub. xarici mediaya istinadən xəbər verir ki, Homerin qədim yunan eposu əsasında çəkilən film dünya prokatında cəmi dörd həftəsonu ərzində 1,1 milyard dollardan çox gəlir əldə edib. "Odisseya"
20:30 1