Fuad qalan ömrünü həbsdə keçirəcək...

Fuad qalan ömrünü həbsdə keçirəcək...Beyləqanın Tatarlı kəndində 4 nəfəri öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Fuad Cəlilzadə barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Şirvan Apellyasiya Məhkəməsində keçirilən ikinci iclasda F.Cəlilzadə şikayətdən imtina etdiyini elan edib.

O, verilmiş cəza ilə razılaşıb, əlavə araşdırmaya ehtiyac görməyib. Təqsirləndirilən şəxsin istəyi yerinə yetirilərək, yekun məhkəmə aktı çıxarılıb.

Bu qərarla 27 yaşlı F.Cəlilzadə barəsindəki hökm qanuni qüvvəyə minib. O, qalan ömrünü Qobustanda yerləşən qapalı tipli cəzaçəkmə müəssisəsində keçirəcək.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında baş verib. Fuad Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir Quliyev, həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqları evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələmişdi.

Məlumata görə, Fuadın atası Loğman Cəlilov 2009-cu ildə münaqişə zəminində Nadir Quliyevə yaba ilə ağır xəsarət yetirib. N.Quliyevin şikayətçi olması ilə məhkəmə ona 6 il yarım həbs cəzası verib. O, həbsxanadan çıxdıqdan sonra qonşu ailələr arasında münasibətlər daha da pisləşib və mütəmadi olaraq dava edirlərmiş. Hadisədən bir müddət sonra F.Cəlilzadənin atası L. Cəlilov özünü asaraq intihar edib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Cəlilzadə ömürlük azadlıqdan məhrum edilib. Hökmdən verilmiş şikayətdə ömürlük azadlıqdan məhrum etmənin müddətli cəza ilə əvəzlənməsi xahiş edilmişdi.

Fuad qalan ömrünü həbsdə keçirəcək...


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2676   Tarix: 29 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Söyərəm də, o tərəfə də keçərəm" - "Boulevard Hotel"dəki qətl İŞİ

Bakı Ağır Cinayətlər Məhkəməsində iş yoldaşını bıçaqla qətlə yetirməkdə təqsirləndirilən Seymur Manafovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən Seymur Manafov özün

20:45 1
.

Zəhərli qurdlar bu şəhəri "işğal edir" - sakinlərə xəbərdarlıq

ABŞ-ın Tennessi ştatının sakinlərinə zəhərli çəkicbaş qurdlarının yayılması ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, bu barədə "People" jurnalı məlumat yayıb. İnvaziv çəkicbaş yastı qurdlar ABŞ-da yayılmaqda davam edir. İlanabənzər görünüşə malik bu qurdların uzunluğu 40 santimetrə qədə

11:23 219
.

Keçmiş arvadından intiqam almaq üçün iki oğlunu yandırdı

Avstraliyanın Tasmaniya ştatında kişi arvadından intiqam almaq üçün iki uşağını diri-diri alova atıb. xarici mediaya istinadla xəbər verir ki, illər öncə baş vermiş qandonduran hadisənin təfərrüatları indi açıqlanıb. Paul Konnelli adlı şəxs ayrıldığı həyat yoldaşından qisas almaq məqsədilə iki oğlun

19:15 106
.

Tətilə gedən bir ailə yox oldu: Cəsədləri belə tapıldı

Türkiyənin Giresun vilayətinin Görele rayonunda güclü yağış ailə faciəsinə səbəb olub. yerli mediaya istinadən xəbər verir ki, Hamzalı kəndinin yüksək ərazilərində yağan leysan nəticəsində Zıva çayının su səviyyəsi qalxıb və daşqın baş verib. Çayın kənarında piknik edən Mehmet və Zekiye Kırca cütlüyü

21:30 1
.

Timsah 78 yaşlı qadını parçaladı

Malayziyada timsah çay ilbizləri toplayan 78 yaşlı qadına hücum edərək, onu öldürüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə avqustun 11-də baş verib. 78 yaşlı Sambai Anggu çayda ilbiz toplayarkən timsahın hücumuna məruz qalıb. Hadisə zamanı qızı da həmin ərazidə olub. Lakin anasını timsahı

18:45 114
.

"150-dən çox bal toplayanlar universitetə qəbul olacaqlar" - Məleykə Abbaszadə

İxtisas qrupları üzrə müsabiqə vəziyyətinə aydınlıq gətirilib. xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə 150-dən çox bal toplayanların universitetlərə qəbul ola biləcəklərini bildiribb. "I ixtisas qrupunun Riyaziyyat-Kimya altqrupunda 200 baldan yuxarı bal yığan şəxslər al

21:15 1
.

Sabah hava necə olacaq?

Avqustun 14-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-2

12:53 195
.

"Hibrid ipoteka" Azərbaycanda mənzil problemini həll edə bilərmi?

"Azərbaycanda mənzil məsələsinin həllində artıq yalnız klassik ipoteka modelinə baxmaq kifayət deyil. Bir çox ailə üçün əsas problem aylıq ödənişdən daha çox ilkin ödənişi formalaşdırmaqdır". Bunu BİG.AZ-a açıqlamasında iqdisadçı Asif İbrahimov bildirib. O, qeyd edib ki, bu səbəbdən dövlə

14:55 167
.

Müəllim imtahanda, şagird repetitorda, valideyn çıxılmaz vəziyyətdə

"Yayın isti günləri arxada qalır, payızın sərin nəfəsi hiss olunmağa başlayır. Tətilin başa çatmasına sayılı günlər qalıb. Amma bu, cəmiyyətin və təhsil ictimaiyyətinin yeni dərs ilinə tam hazır, sakit və rahat ab-havada qədəm qoyduğu anlamına gəlmir. Əksinə, məktəblərin açılmasına az vaxt qalmasın

14:36 189
.

TOP MP3