Ermənilərin niyyətləri siyasi "oyun" olaraq tarixdə qalacaqdır

Ermənilərin niyyətləri siyasi "oyun" olaraq tarixdə qalacaqdırArtıq XXI əsrin dörddə biri sona çatmaq üzrədir. Lakin görənən odur ki, qudurğan millətçi erməni-daşnak qüvvələri hələ də özləri üçün tarixdən ibrət dərsi götürməyiblər. XIX əsrin sonlarından başlayaraq xarici dövlətlərin, ilk növbədə Rusiyanın köməkliyi ilə millətçi erməni daşnak qüvvələri dinc azərbaycanlı əhaliyə qarşı misli görünməmiş vəhşiliklər edib və kütləvi qırğınlar törədiblər. 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə ermənilər xarici havadarlarının köməyi ilə indi Ermənistan adlandırılan qədim türk torpaqlarında, İrəvan mahalında, Zəngəzurda, Naxçıvanda, Dağlıq Qarabağda, onun ətraf rayonlarında və digər ərazilərimizdə azərbaycanlılara qarşı soyqırımı törədiblər.

Azğınlaşmış millətçi erməni qüvvələri və onların havadarları XX əsrin sonlarında xalqımıza qarşı yenə də terror və soyqırımını davam etdirdilər. Cinayətkar erməni quldur qüvvələri və onların havadarları bu dəfə xüsusilə Xocalıda misli görünməmiş dəhşətli qırğınlar törətdilər. 1992-ci il fevralın 29-da Respublikamızda üç gün müddətində ümummilli matəm elan edildi. Xocalı faciəsi Qarabağda elan olunmamış müharibənin qanlı salnaməsinə yazıldı. Xalqımızın tarixi yaddaşına qanlı faciə kimi həkk olundu.

Azərbaycan Respublikası 1991-ci ildə yenidən müstəqillik qazandıqdan sonra xalqımızdan uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş tarixi həqiqətlər, təhrif edilmiş hadisələr açılmağa və öyrənilməyə başlandı. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindəndir. Separatist erməni-daşnak millətçiləri və onların havadarlarının vəhşiliklərini özündə əks etdirən tarixi sənədlər məlum səbəblər ucbatından uzun müddət "əksinqilabi burjua-mülkədar"damğası altında gizli saxlanılmıb. Mahiyyətcə millətimizə qarşı törədilmiş soyqırımı olan mart qırğını Azərbaycanda vətəndaş müharibəsi kimi qələmə verildi. Tarixi sənədlər təsdiq edir ki, həmin qırğınlar Azərbaycanda sovet hakimiyyətinin qurulması adı altında tərkibi əsasən ermənilərdən ibarət olan "erməni-daşnak- bolşevuk" silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş ən ağır cinayətlərdən biri olub. Bolşevik cildinə girmiş millətçi erməni-daşnak qüvvələrinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım siyasətini özündə əks etdirən sənədlərin elmi surətdə araşdırılması istiqamətində artıq hazırki dövrdə Respublikamızın bir sıra tarixçi-alimləri tərəfindən müəyyən mühüm işlər görülüb, bir neçə elmi işlər yazılıb və kitablar dərc edilib.

XX əsrdə azğın erməni-daşnak silahlı qüvvələri və onların havadarları tərəfindən azərbaycanlıların kütləvi qırğınlara və repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi, didərgin salınması XX əsrin bəşər tarixinə qanlı və acınacaqlı səhifələrdən biri kimi yazılıb. Bu soyqırımı Azərbaycan xalqının və onun dövlətçiliyinin tarixində baş vermiş ən faciəli hadisələrdən biri kimi xalqımızın tarixi qan yaddaşına həkk olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncamda qeyd edilirdi:

"Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdıldı, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edildi. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib. Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirib".

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratdı. Komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görülüb. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılıb, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi. 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edildi. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplandı və Quba şəhərində kütləvi məzarlıq aşkar olundu. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib.

Tarixə "erməni-müsəlman qırğınları" kimi düşən bu qanlı, dəhşətli olayları, ermənilərin törətdikləri soyqırımlarına ilk dəfə hüquqi-siyasi qiymət verməyə Azərbaycan Xalq Cümhuriyyəti cəhd edib. Lakin Rusiyanın işğalı buna imkan verməyib. Dövlətimiz və xalqımız üçün həyati əhəmiyyət kəsb edən bu tarixi qiymətləndirmə Ulu öndər Heydər Əliyevə nəsib oldu.
Qudurğan erməni millətçi qüvvələri tarixdən özləri üçün ibrət dərsi götürməyərək bu gün də Qarabağda öz iyrənc fəaliyyətlərini davam etdirmək istəyirlər. Bu dəfə guya Qarabağda olan erməni əhalisi humanitar böhran yaşayır,aclıq çəkir və guya orada çörək belə tapılmır. Lakin, Azərbaycanın onlara göndərdiyi ərzaq yardımı günlərlə toxunulmaz olaraq qalıbdır və bu bir daha təsdiq edir ki, ermənilər siyasi möhtəkirliklə məşğul olaraq özlərinin iyrənc niyyətlərinə nail olmaq istəyirlər ki, buna da əlbəttə ki Azərbaycan imkan vermir və gələcək də verməyəcəkdir.

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 571   Tarix: 30 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı

00:19 115
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

00:23 107
.

Qaxda yeddi nəfərin zəhərlənməsinin səbəbi məlum oldu

Qax rayonunda baş vermiş kütləvi qida zəhərlənməsinin səbəbi məlum olub. -ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, faktla bağlı araşdırma aparılıb. İlkin araşdırmalar nəticəsində zəhərlənmənin meşəlik ərazidən toplanılan yabanı göbələkləri

31.10.2026 161
.

Şuşada kişi araq almağa pul verməyən arvadını döydü

Şuşada arvadını döyən kişi həbs edilib. BİG.AZ -a istinadla xəbər verir ki, 51 yaşlı Məmməd Əhmədov (ad və soyad şərtidir) evdə yaranan mübahisə zamanı arvadı Əsməri (ad şərtidir) döyərək, çoxsaylı xəsarətlər yetirib. Fakt əsasında Məmməd polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində müvafiq protoko

31.10.2026 224
.

Qızılın qiyməti xeyli ucuzlaşdı

"Comex" birjasında dekabr ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 3 900 dollardan aşağı düşüb. xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub. Bakı vaxtı ilə saat 21:08-də qızılın qiyməti 3.27% azalaraq bir trua unsiyası üçün 3 899.6

31.10.2026 154
.

10-dan çox ölkədən "hazır ol" ÇAĞIRIŞI: Ərzaq, su toplanılır - NƏ BAŞ VERİR?

ABŞ, Britaniya, Fransa, Almaniya, Yaponiya, Norveç, Estoniya, İsveçrə və digər bir neçə ölkədə əhaliyə fövqəladə vəziyyətlərə - müharibə, internet kəsintisi, böhran durumlarına hazırlıq görmələri ilə bağlı çağırış edilib. xəbər verir ki, hökumətlər xalqın bəzi ölkələrdə 3 gün, bəzilərində bir həftəli

00:15 124
.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

31.10.2026 212
.

Göygöldə avtomobil dərəyə aşıb: Xəsarət alan var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, minik avtomobilin idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü, 1963-cü il təvəllüdlü T.Yolçuyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

31.10.2026 202
.

Azərbaycanda MÜƏMMALI ÖLÜM: Ailənin yeganə övladının MEYİTİ TAPILDI - FOTO

Göyçayda 28 yaşlı kişinin meyiti şəhər ərazisində yerləşən köhnə yarımtikilidə aşkarlanıb. BİG.AZ -a istinadən xəbər verir ki, meyiti tapılan şəxs şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizovdur. Məlumata görə, mərhum subay olub və ailənin yeganə övladı imiş. O, Fövqəladə Hallar Nazirliyini

31.10.2026 208
.