"Separatçılar Fransanı növbəti dəfə Azərbaycana qarşı məsələ qaldırması üçün əsas yaratmaq fikrindədir"-AÇIQLAMA

"Separatçılar Fransanı növbəti dəfə Azərbaycana qarşı məsələ qaldırması üçün əsas yaratmaq fikrindədir"-AÇIQLAMAXəbər verdiyimiz kimi, Sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir. Məsələ ilə bağlı BiG.AZ-a danışan politoloq Turab Rzayev bildirib ki, Qarabağ ermənilərinin Azərbaycana qarşı müharibə edə biləcək potensialı yoxdur. Qarabağda 10 min nəfərlik peşəkar ordu yaratsalar belə, yerli döyüşçüləri səfərbər etsələr də, Azərbaycan ordusu qarşısında yetərli olmayacaqlar:

Xüsusilə nəzərə almaq lazımdır ki, Paşinyan hakimiyyəti dəfələrlə etiraf edib ki, müharibə tərəfdarı deyillər. Bütün bu amillər beynəlxalq ictimaiyyətin və rəsmi İrəvandan onlara dəstək gəlməyəcəyini göstərir. Belə olan halda Qarabağdakı separatçılar müharibə elan etsə, biabırçı şəkildə məğlub olacaqları bəllidir. Nikol Paşinyan heç bir halda Azərbaycanla sərhəd toqquşmasına girmək istəmir. Paşinyan artıq bir dəfə ağır məğlub oldu. 44 günlük müharibədə biz bunu gördük. İkinci dəfə belə bir məğlubiyyət yaşamaq istəməz. Qarabağdakı separatçıların müharibə elan etməsi üçün gərək, aradakı sülhməramlıları neytrallaşdırsınlar. Buna həm cəsarətləri çatmaz, həm də ki bu rus sülhməramlıların mandatını və fəaliyyətini də şübhə altına qoyar. Üçtərəfli bəyanata görə ərazidə erməni silahlı birləşmələri mövcud olmamalı idi. Amma görürük ki Azərbaycana açıq şəkildə hücum var və təxribatlar hazırda davam edir. Bu da Rusiyanın 3 il ərzində öhdəliyini yerinə gətirmədiyinin sübutudur. Yalnız , miqyaslı şəkildə əməliyyatlar olarsa bu oradakı sülhməramlıları hədəf etmək deməkdir.

Politoloq bildirib ki, Qarabağın separatçı rejimi bir tərəfdən Rusiyadan asılıdır. Paşinyan fərqli olaraq onlar birbaşa Rusiyanın əmrlərini icra edirlər. Müharibənin genişlənməsi separatçıların özü üçün təhlükə yaradır. Rusiya bunun qarşılığında separatçı rejimi cəzalandıra bilər: Separatçı rejimin əsas məqsədi Azərbaycanı hansısa şəkildə ordakı erməni əsgərlərini döyüşçünu öldürməkdə təqsirləndirərək xaos yaratmaq istəyirlər. Beləliklə beynəlxalq ictimaiyyətin bu yolla diqqətini çəkəcəklər. İtkilərinin sayı artdıqca Azərbaycanı təcavüzkar, hücum edən tərəf kimi təqdim etmək istəyirlər. Separatçı rejim Fransanı növbəti dəfə Azərbaycana qarşı məsələ qaldırması üçün əsas yaratmaq fikrindədir. BMT təhlükəsizlik şurasında Fransa bu məsələni gündəmə gətirdi. Qarabağdaki separatçı rejimin məsələsinin müzakirələri aparıldı. Bunu nümayiş etdirməkdə məqsəd, Azərbaycanın oradakı ermənilərə qarşı soyqırımı törətmək, köçürmə və yekun humanitar böhranı ortaya qoymaqla çirkin mənzərə yaratmağa çalışırlar. Hazırki təxribat bunun sübutudur. Artıq Qarabağa beynəlxalq nəzarət olmalıdır. Separatçı rejimə qarşı beynəlxalq müdaxilə edilməlidir. Rejimin əsassız iddialarının heç bir sübutu yoxdur. Azərbaycan faktiki olaraq bölgədə fiziki olaraq heç kimin məhvinə yönəlik addım atmayıb. Artıq təxribatdan aydındır ki, çıxan atışmalar nəticəsində itkilərini hərbi itki kimi qiymətləndirir, Azərbaycanın hücumu nəticəsində qələmə verməyi planlaşdırırlar".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1785   Tarix: 01 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qızılın qiyməti xeyli ucuzlaşdı

"Comex" birjasında dekabr ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 3 900 dollardan aşağı düşüb. xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub. Bakı vaxtı ilə saat 21:08-də qızılın qiyməti 3.27% azalaraq bir trua unsiyası üçün 3 899.6

31.10.2026 154
.

Göygöldə avtomobil dərəyə aşıb: Xəsarət alan var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, minik avtomobilin idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü, 1963-cü il təvəllüdlü T.Yolçuyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

31.10.2026 202
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31.10.2026 154
.

Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə BİG.AZ-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəl

31.10.2026 384
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31.10.2026 184
.

Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli

00:25 93
.

Rusiya dizel ixracına qoyulan qadağanın müddətini uzatdı

Rusiyanın Nazirlər Kabineti dizel məhsullarının ixracına qoyulan qadağanın müddətini daha üç ay uzadıb. TASS-a istinadən xəbər verir ki, yeni qərar 2027-ci ilin yanvarın 31-dək qüvvədən qalacaq. Bildirilir ki, qadağa ölkənin daxili yanacaq bazarında sabitliyin qorunması məqsədilə tətbiq edilir. Nəzər

31.10.2026 191
.

Ərdoğan Zelenski ilə görüşdən sonra Ukraynada sülh üçün hansı addımı təklif etdi?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada davamlı sülhün təmin olunması üçün tərəflərin razılığa gəlməsinin vacibliyini vurğulayıb. "Haber Global"a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib. İki lider Dolmabahçe sarayınd

31.10.2026 127
.

Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq". xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Türkiyənin namizədi Feridun Sinirlioğlunu

31.10.2026 208
.