Hindistan indi də Günəşi öyrənmək üçün stansiya yolladı

Hindistan indi də Günəşi öyrənmək üçün stansiya yolladıHindistan "Aditya-L1" avtomatik Günəş stansiyasının uğurlu buraxılışını həyata keçirib. Bu, Nyu-Delhi tərəfindən təşkil edilən ilk genişmiqyaslı ekspedisiyadır.

Buraxılış Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) saytında canlı yayımlanıb.

Göyərtəsində stansiya olan "PSLV C57" ("Polar Satellite Launch Vehicle") daşıyıcı raketi Benqal körfəzindəki Şriharikota adasındakı milli kosmodromdan buraxılıb.

Planlaşdırılır ki, qurğu Yerdən təxminən 1,5 milyon km məsafədə Günəş-Yer sisteminin Laqranj nöqtəsi (L1 nöqtəsi) regionunda haloorbitə buraxılacaq. Oraya çatmaq üçün cihaza 125 gün lazımdır. Bu nöqtədə avtomatik stansiya Yerə və Günəşə nisbətdə hərəkətsiz qalacaq. Bu yerdə heç vaxt Günəş tutulması baş vermir, həmçinin işığı sərbəst şəkildə müşahidə etmək və onun şüalanmasını qeydə almaq mümkündür. Bundan əlavə, cihaz Yerin maqnit sahəsindən uzaqda olacaq, bunun sayəsində ölçmələrdə hər hansı bir problem olmayacaq.

Stansiya müxtəlif Günəş parametrlərini öyrənmək üçün yeddi tədqiqat sistemi ilə təchiz olunub. O, ulduzdan gələn hissəciklərin axınını araşdıracaq, maqnit sahəsini ölçəcək, Günəş tacını və tac kütləsinin atılma dinamikasını öyrənəcək. Stansiya, həmçinin, Günəşin fotosferini, xromosferini tədqiq edəcək və Günəş radiasiyasında dalğalanmaları ölçəcək.
Alınan bütün məlumatlar Yerə göndəriləcək, məlumat axınının əhəmiyyətli olacağı gözlənilir.

ISRO-nun məlumatına görə, stansiyanın görünən emissiya xətti koronoqrafı (VELC) analiz üçün yerüstü stansiyaya gündə təxminən 1 440 şəkil göndərəcək. Cihazın kosmosda beş il işləyəcəyi nəzərdə tutulur.

"Aditya-L1" layihəsi Hindistanın bu il ikinci yüksəktexnologiyalı kosmik kəşfiyyat missiyası olacaq. Avqustun 23-də ISRO Yerin cənub qütbündəki peykinə "Çandrayaan-3" missiyalı eniş aparatının yumşaq enişini həyata keçirib. Bundan təqribən bir həftə sonra rover Aydan alimləri xeyli təəccübləndirən ilk məlumatları ötürüb.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 458   Tarix: 02 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.