Maykl Ceksonun qızı məhkəməyə müraciət etdi: Naməlum şəxs tərəfindən təqib olunur
Maykl Ceksonun qızı, aktrisa və müğənni Peris Cekson etiraf edib ki, uzun illərdir onu naməlum şəxs təqib edir və hətta bu yaxınlarda onun həyətinə belə girib.
Peris Cekson həmin şəxsin ona yaxınlaşmasına mane olması üçün məhkəməyə müraciət edib. Cekson iddia edir ki, kişi avqustun 23-də onun evinin hasarını aşıb, bundan sonra pəncərələrdən baxmağa başlayıb. O, polisə zəng edib, lakin polis gələnə qədər kişi qaçıb.
Aktrisanın sözlərinə görə, təqib edən şəxs əvvəllər də onun evinin yaxınlığında peyda olub və bir dəfə hətta polis tərəfindən həbs edilib. Kişi həmçinin 2019-cu ilin dekabrından ona mesajlar da göndərir. Cekson etiraf edib ki, öz evində qalmaqdan qorxur, çünki kişi getdikcə daha həyasız olur.
Qeyd olunub ki, Ceksonun evində baş verən hadisədən iki gün sonra polisə daha bir məlumat daxil olub ki, aktrisanın evinin yaxınlığında naməlum şəxs peyda olub və ön qapıya yaxınlaşıb.
Peris Cekson məhkəmədən xahiş edib ki, təqib edən şəxsin ona, evinə, maşınına və ziyarət etdiyi bütün yerlərə yaxınlaşmasını qadağan etsin. O, həmçinin məhkəmədən kişinin sosial şəbəkələr vasitəsilə onunla əlaqə saxlamasına da qadağa qoyulmasını istəyib.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFahriye Karan üçün 15 dayə dəyişdi
Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"
16.09.2021 2609 Serenaya görə Umutu sildi
Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is
17.09.2021 2293 Orxan Gəncəbayın oğlu evləndi - VİDEO
Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb
16.09.2021 3352 Emre Kaya pərəstişkarını məhkəməyə verdi
Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha
17.09.2021 637 Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?
Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən
16.09.2021 1870 Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"
Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml
18.09.2021 4164 Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR
Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:
17.09.2021 3949 AzTV-nin Ceyranı ad günü etdi - Fotolar
AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy
18.09.2021 9970 Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO
4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl
16.09.2021 1693