Qəddafiyə Fransanın onu aradan qaldırmaq planları barədə xəbərdarlıq edilibmiş
İtaliyanın keçmiş baş naziri Culiano Amato (1992-1993, 2000-2001) iddia edir ki, 1983-1987-ci illərdə İtaliyanın baş naziri olmuş Bettino Kraksi həmin dövrdə Liviya lideri Müəmmər Qəddafini Fransanın onu 1980-ci ildə aradan qaldırmaq planları barədə xəbərdar edib. Amatonun özü isə o dövrdə hökumət aparatında işləyib.
Amatonun sözlərinə görə, Qəddafinin uçduğu təyyarəyə (Liviya Hərbi Hava Qüvvələrinin təyyarəsi) zərbə endirmək planı hazırlanıb. Plan çox sayda təyyarənin cəlb olunduğu NATO təlimlərinin imitasiyasını nəzərdə tutub. Həmin təlimlər zamanı Liviya liderinə raket atılmalı olub. Daha sonra hadisənin bədbəxt hadisə kimi təqdim edilməsi nəzərdə tutulurdu. Bununla belə, Qəddafi təhlükə barədə xəbərdarlıq edilib və o, öz təyyarəsinə minməyib.
"Sonradan öyrəndim ki, heç bir sübut olmadan, Qəddafini İtaliya səmasında təhlükə barədə xəbərdar edən məhz Bettino olub. O, təbii ki, belə bir həqiqətin üzə çıxmasında maraqlı olmayıb: onu NATO-ya sədaqətsizlikdə və düşmənə casusluqda ittiham edərdilər", - deyə Amato bildirib.
27 iyun 1980-ci ildə Itavia sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 81 nəfər həlak olub. Reys təyyarəsi Apennin adalarının cənubundakı Ustika və Ponza adaları arasında dənizə düşüb. Amato faciəyə görə Fransa Hərbi Hava Qüvvələrini məsuliyyət daşıdığını bildirib. Onun sözlərinə görə, bu, "daha çox inandırıcı versiyadır". Lakin siyasətçi öz sözlərinə heç bir sübut təqdim etməyib.
Daha əvvəl Palermo məhkəməsi sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbinin başqa bir təyyarənin atdığı döyüş raketi olduğunu təsdiqləyib.
Amatonun sözləri geniş rezonansa səbəb olub. Belə ki, İtaliyanın xarici işlər naziri Antonio Tayani Amatonun öz versiyasını irəli sürdüyünü deyib. İtaliyanın baş naziri Corca Meloni bildirib ki, Amato iş üzrə materialları təqdim edərsə, hakimiyyət bütün mümkün addımları atmağa hazır olacaq.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 726 Tarix: 03 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİstanbul Rusiya-Ukrayna danışıqlarının yeni ünvanı ola bilər
Türkiyə Qara dənizdə atəşkəs danışıqlarına ev sahibliyi etməyə hazırdır və Rusiya ilə Ukrayna arasında danışıqların uğurlu nəticələnəcəyinə ümid edir. xəbər verir ki, bunu Türkiyəli politoloq, İstanbulda fəaliyyət göstərən Ussal Consultancy şirkətinin aparıcı tədqiqatçısı Həsən Səlim Özertem -ya açıqlamasınd
10:57 131 Əməliyyat zamanı ürəyi dayandı: İsa Məsihi gördüyünü iddia etdi
ABŞ-da bir kişi İsa Məsihi 24 saat ərzində iki dəfə gördüyünü iddia edib. Onun sözlərinə görə, ilk görüntü əməliyyat zamanı, ikincisi isə pnevmoniya səbəbilə reanimasiyada olduğu zaman baş verib. xəbər verir ki, bu barədə "Dangerous Minds" nəşri məqalə yayıb. Tennessi ştatından olan 54 yaşl
11:29 191 Samuxda qarayara xəstəliyi - Üç qurumdan BİRGƏ MƏLUMAT
Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi ilə bağlı ilkin epidemioloji araşdırmalara əsasən, xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib. Xəstəliyə şübhəli olan ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində qarayara xəstəliy
15:10 142 Qadağan olunmuş heyvanları ovlayanlara ağır cəza - Həbs də mümkündür
"Azərbaycan Respublikasının "Qırmızı kitab"ına daxil edilmiş və ya xüsusi mühafizə olunan heyvan və bitki növlərinin mühafizəsi ilə bağlı tələblərin yerinə yetirilməməsinə görə fiziki şəxslər 1 00 manatdan 1 300 manatadək, vəzifəli şəxslər 3 00 manatdan 4 00 manatadək, hüquqi şəxslər is
15:15 131 Ət məhsulları nə zaman təhlükəli olur? - Mütəxəssislər xəbərdarlıq edir
"Ət məhsulları düzgün saxlanılmadıqda, hazırlanmadıqda və bişirilmədikdə qida zəhərlənməsinin ciddi mənbəyinə çevrilə bilər. Xüsusilə isti havalarda temperatur rejiminin pozulması ətdə bakteriyaların sürətlə çoxalmasına şərait yaradır". Bunu BİG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfəro
16:28 113 Mobil rabitə bazarında xarici şirkətlərin qarşısını nə kəsir?
"Xarici mobil operatorların Azərbaycanda fəaliyyət göstərməməsi məsələsinə "buraxılmırlar" və ya "istəmirlər" kimi sadə yanaşmaq düzgün olmaz. Bu, daha çox bazarın həcmi, investisiya mühiti və iqtisadi hesablamalarla bağlı məsələdir". Bunu BİG.AZ-a açıqlamasında İKT üzr
15:04 116 Şamil Əliyevə Naxçıvanda yüksək VƏZİFƏ VERİLDİ - FOTO
Şamil Məmmədsaleh oğlu Əliyev Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini təyin edilib. xəbər verir ki, bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əmr imzalayıb. Əmrə əsasən, Şamil Əliyev, həmçinin Naxçıvan Regional DOST Mərkəzinin direktorunun səlahiyyətlərini icra edəcək
17:36 1 Naxçıvan regional logistika mərkəzinə çevrilə bilər - əsas şərtlər
"Zəngəzur dəhlizinin açılması və Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə daha rahat nəqliyyat bağlantısının təmin olunması regionun iqtisadiyyatında ciddi canlanma yaratmaq üçün real imkanlar yaradır. Lakin bu, avtomatik olaraq baş verməyəcək". Bunu -a açıqlamasında Liberal İqtisadçılar Mərkəzini
15:22 129 Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlandı
Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlanıb. Bu barədə İqtisadiyyat.az-a açıqlamasında Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov deyib. Onun sözlərinə görə, bütün model məktəbli formaları hazırdır:. "Bütün mağazalarımız gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Satış mərkəzlərimizdə
10:56 272