Yeni tədris ili, yoxsa yenidən tıxac problemi? - ARAŞDIRMA

Yeni tədris ili, yoxsa yenidən tıxac problemi? - ARAŞDIRMAPaytaxt Bakının yol problemi bitmək bilmir. Elə ki yay mövsümü gəlir, insanlar istirahətə yollanırlar. Bakının də dərdi bir az azalır. Yeni mövsüm, yeni tədris ili yaxınlaşdıqca yenə paytaxt yollarında nəqliyyatın hərəkəti çətinləşir. Bakı kimi böyük şəhərlərdə yaşayan hər kəs, yəqin ki, tıxaca bir dəfə belə olsa, düşüb. Hazırda tıxac problemi əsas problemlərdən birinə çevrilib.

İstər avtobus və ya taksidən istifadə edən insanlar, istərsə də öz şəxsi avtomobili ilə ünvan başına çatmağa çalışanlar səhər və axşam saatlarında tıxacda qalırlar.

Bir evdən eyni ünvana çıxan iki nəfər fərqli avtomobillərlə gedərsə, əlbəttə ki, tıxac qaçılmaz olacaq. Bəzən bu da nəzərə alınmır. Hər kəs öz rahatlığını komfortunu düşünür, lakin unutmayaq ki, belə davam edərsə, bir yerdən sonra özümüz də o komfortu tapa bilməyəcəyik.

15 sentyabrı yaxınlaşır və artıq hamı yollarda onları nələrin gözləyəcəyini təxmin edə bilir.

Bəs görəsən, aidiyyəti qurumlar yollarda tıxacların nisbətən də olsa azalması üçün hansı tədbirləri görürlər?

Məsələ ilə bağlı kiçik araşdırma etdik.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsi agentliyin tənzimləmə sahəsinə daxil ediləndən sonra paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirilir:

"İctimai nəqliyyatın əlçatanlığının təmin olunması AYNA üçün əsas məqsədlərdəndir. Belə ki, bütün marşrut xətləri təhlil edilib, avtobusların daşınma imkanlarının artırılması üçün kritik marşrutlara avtobuslar əlavə edilir. Marşrut xətlərində avtobusların sayı gündəlik nəzarətə götürülüb.

Yolların buraxılış imkanlarının artırılması üçün avtobus zolaqları təşkil edilir. Hazırda zolaq dəhlizinin yaradılması istiqamətində iş aparılır.

Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına xidmət edir. Parklanmanın düzgün idarəedilməsi şəhər yollarında xaosun qarşısını alır və küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən effektiv istifadə etməyə imkan yaradır. Eləcə də nəqliyyat axınının tənzimlənməsinə, şəhərin nəqliyyat infrastrukturuna, piyadaların və sürücülərin təhlükəsizliyinə, şəhərin əlçatanlığının və ümumilikdə dayanıqlı şəhər mobilliyinin inkişafına təkan verir.

Rəqəmsal transformasiyanın və istifadə rahatlığının təmin olunması istiqamətində görülən işlər çərçivəsində "BakıKart" və "AzParking" mobil tətbiqləri istifadəyə verilib. Bununla da bir sıra xidmətdə ödənişlərin nağdsızlaşdırılmasına nail olunub".

Məlumatda o da qeyd edilib ki, həyata keçirilən kompleks işlər çərçivəsində "Bakı Metropoliteni"nin "Nəriman Nərimanov" və "Gənclik" stansiyalarının buraxılış qabiliyyətinin artırılması və sərnişin axınının tənzimlənməsi məqsədilə yoxlama avadanlıqlarının sayı artırılıb:

"Azərbaycan Dəmir Yollarına aid Sumqayıt-Bakı sürət qatarlarının qrafikində də dəyişikliklər olunub".

Sıxlıq müşahidə edilən nəqliyyat növlərindən biri də metrodur. "Bakı Metropoliteni" QSC-nin 15 sentyabr yeni tədris ilinin başlanmasına hansı formada hazır olduğunu isə qurumun Mətbuat Xidmətinin rəisi Bəxtiyar Məmmədov cavablandırıb.

B.Məmmədov deyir ki, yeni tədris ilinin başlanması nəzərə alınaraq optimal hərəkət qrafiki hazırlanıb:
"Bu qrafikin tətbiqi ilə bağlı işlər aparılır yaxın günlərdə daha ətraflı məlumat veriləcək. Təbii ki 2019-2022-ci illərdə xüsusi tənzimləmələr məhz pandemiya ilə bağlı tətbiq edilirdi. Tez-tez fərqli dəyişikliklər olurdu. Amma sonuncu dəfə "Bakı Metropoliteni" 2019-cu ilin sentyabr ayında payız-qış qrafikini tətbiq etmişdi. Yalnız 2023-cü ilin aprelində müəssisələrin, tədris ocaqlarının fəaliyyətində sabitləşmə müşahidə edildiyindən metroda stabil hərəkət qrafiki tətbiq edilib.

Həmin qrafikin yenidən tətbiq edilməsi üçün bir sıra dəyişikliklər edilir. Tədris ili başlayanda yekun qrafik elan ediləcək. Qrafikin tərtib edilməsi üçün bir sıra monitorinqlər - tədris yerlərinin sıxlığı, növbələr və s. aparılır. Onu deyə bilərik ki, "Bakı Metropoliteni" bu gün bütün texniki imkanlarından istifadə edərək, ən optimal tənzimləmələr tətbiq edir".

Sumqayıtdan Bakıya gələn tələbə və məktəblilərin də sayının az olmadığını nəzərə alaraq "Azərbaycan Dəmir Yolları" (ADY) QSC də yeni tədris ilinin başlanmasına hazırlıq görüb.

"Azərbaycan Dəmir Yolları" QSC 2023-2024-cü tədris ilinin başlanması ilə əlaqədar sərnişindaşımada yarana biləcək hərəkət sıxlığının qarşısının alınması və sərnişinlərin məmnuniyyətinin təmin edilməsi məqsədilə hərəkət cədvəlini optimallaşdırır.

Belə ki, Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə səhər saatlarında iki reys, axşam saatlarında bir reys, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə axşam saatlarında bir reys əlavə olunub.

Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə səhər saatlarında iki reys, Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə isə axşam saatlarında iki reys əlavə olunub.

8 sentyabr 2023-cü il tarixindən etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən şəhərətrafı sürət elektrik qatarları yenilənmiş hərəkət qrafiki üzrə fəaliyyət göstərəcək.

Qrafikdə edilmiş dəyişikliklər həm sərnişin sıxlığının qatarlar üzrə bərabər paylanılmasına və turniketlərdən keçid zamanı yarana biləcək sıxlığın əhəmiyyətli dərəcədə azaldılmasına imkan yaradacaq, həm də gün ərzində daha çox sərnişinin daşınmasını mümkün edəcək.

Eyni zamanda ilk dəfə olaraq sərnişinlərin istəkləri nəzərə alınaraq qeyri-iş günləri üçün də xüsusi qrafik hazırlanıb. Yeni qrafikə əsasən, qatarlararası interval azaldılıb və hər iki istiqamət üzrə ümumilikdə əlavə 8 reys təyin olunub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli isə deyir ki, hər il olduğu kimi bu il də yeni tədris ilinin başlanması ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülür.

Onun sözlərinə görə, ənənəvi olaraq yeni tədris ilinin başlanması paytaxt yollarında nəqliyyatın artması və yollarda sıxlığın yaranması deməkdir:

"Tədris ilinin başlamasına sayılı günlər qalsa da, hər ötən gün paytaxt yollarında sıxlığın artması daha da intensivləşir. Bütün hərəkət iştirakçıları yollarda diqqətli olmalıdırlar. Bəzən hərəkət iştirakçıları ictimai nəqliyyatdan çox şəxsi nəqliyyat vasitəsinə üstünlük verirlər. Sürücülərə mümkün qədər şəxsi nəqliyyat vasitəsindən az istifadə etməyi tövsiyə edirik. Həm özləri, həm də digər hərəkət iştirakçılarının getdiyi ünvana daha rahat, tıxacsız, vaxtında çatması üçün bu ən optimal variantdır.

Tıxaclarda və ya nisbətən seyrəkləşən nəqliyyat axınında təhlükəli manevrlər etməmək, təhlükəsizlik kəmərindən istifadə etmək tövsiyə olunur. Təhsil müəssisələrinin qarşısında ardıcıl iki zolaqda avtomobil saxlamaq, yolda nəqliyyatın hərəkətinə süni maneələr yaratmaq olmaz. Bu kimi məqamlara diqqət edilməsi tövsiyə olunur. Eləcə də piyada keçidlərində diqqətli olmaq lazımdır. Məktəbin qarşısından keçərkən sürət həddini minimuma endirmək, ətrafda şagirdlərin, uşaqların olduğunu diqqətdə saxlamaq lazımdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 872   Tarix: 09 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

18:20 131
.

İşə bir saatdan gec çatırsınızsa - 40 faiz artıq maaş almalısınız

Böyük Britaniyada aparılan yeni tədqiqatlar gündəlik işə gediş-gəliş vaxtının işçilərin psixoloji sağlamlığına və iş məmnuniyyətinə birbaşa təsir etdiyini göstərib. "Qafqazinfo" xəbər verir ki, "Chase" maliyyə təşkilatının 200 britaniyalı işçi arasında keçirdiyi sorğuya əsasən, özün

13:30 193
.

Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq". xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Türkiyənin namizədi Feridun Sinirlioğlunu

16:40 172
.

Azərbaycanlı alim vəfat etdi - Fotolar

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. Bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texnik

11:30 232
.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

17:40 152
.

10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" yeni nazir müavininin dosyesini təqdim edir:. Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratur

30.10.2026 448
.

İşıqlı gələcəyə yol açan Şanlı Qələbə

Tarixi qələbəmizlə başa çatmış 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Qarabağın tacı olan Şuşa şəhərinin 2020-ci il noyabrı

15:24 161
.

Şahdağda qar yağıb

Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 31-i saat 10:00-a olan məlumatında qeyd olunub. Düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy

11:25 198
.

Vəfat edən Elçin FHN əməkdaşı imiş - FOTO

Xəbər verdiyimiz kimi, Göyçayda 28 yaşlı sakininin meyiti şəhər ərazisində yerləşən köhnə yarımtikilidə aşkarlanıb. -ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, dünyasını dəyişən şəxs, şəhər sakini 1998-ci il təvəllüdlü Əzizov Elçin Elman oğlu subay və evin tək oğlu imiş. Mərhum FHN-nin Göyçay Dövlə

19:31 0
.