Həbsxanalar dustaqların "evinə"çevrilir: çıxanlar niyə yenə qayıdır...

Həbsxanalar dustaqların "evinə"çevrilir: çıxanlar niyə yenə qayıdır...Son illər ölkədə residiv, yəni təkrarlanan cinayət sayında artım var; Əliməmməd Nuriyev vəziyyətin dəyişəcəyinə ümid edir

Dövlət Statistika Komitəsi (DSK) ötən il Azərbaycanda istintaqı tamamlanmış və ya yekun protokolu təsdiqlənmiş cinayətləri törədən şəxslərlə bağlı bilgiləri açıqlayıb. Bəlli olur ki, ən çox cinayət törədənlər əvvəllər də məhkum olunmuş şəxslərdir. Ötən il belələrinin sayı 6 min 811 nəfər olub. 2015-2019-cu illərdə bu say təxminən 3 min nəfərə yaxın idi. 2020-ci ildən bəri təkrar cinayət törətmək halları çoxalıb. Rəsmi rəqəmlərdən aydın olur ki, bu artım, əsasən, narkotik maddələrin dövriyyə və istifadəsindən qaynaqlanır.

Milli.Az musavat.com-a istinadən bildirir ki, son illər ölkədə residiv, yəni təkrarlanan cinayət sayında artım gözə çarpır. Ötən il Azərbaycanda 532 təkrarlanan cinayət qeydə alınıb. Əvvəlki 10 ildə - 2011-2021-ci illərdə ölkədə hər il ortalama 335 belə cinayət qeydə alınmışdı. "AzadlıqRadiosu" xəbər verir ki, Azərbaycandakı cəzaçəkmə müəssisələrində baş verən problemlər tez-tez media gündəminə gəlir. Belə müəssisələrdə qidaların aşağı keyfiyyəti, hər şey üçün rüşvət tələb edilməsi adi hala çevrilib. Məhbusların ən çox narazılığını bildirdiyi məqamlar arasında həbsxanalardakı sıxlıq ayrıca diqqət çəkir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə məruzəsində açıqladığı rəqəmlər də bu fikirləri təsdiqləyir. Ombudsman və onun Milli Preventiv Qrupunun (MPQ) araşdırmasına görə, 2 min 500 nəfər üçün nəzərdə tutulmuş Bakı İstintaq Təcridxanasında bir başçəkmə zamanı 3 min 300-dən, digər başçəkmə zamanı isə 3 min 500-dən çox şəxsin olduğu üzə çıxıb. Başqa deyimlə, təcridxananın tutumundan təxminən 40 faiz daha çox adamın saxlandığı müəyyənləşdirilib. Gəncədə 700 nəfər üçün nəzərdə tutulmuş 2 saylı İstintaq Təcridxanasında 800 nəfərin, Şüvəlanda 1 min 50 nəfər üçün nəzərdə tutulmuş 3 saylı İstintaq Təcridxanasında 1 min 400 nəfərin saxlandığı üzə çıxıb. Ombudsmanın açıqlamasında da cəzaçəkmə müəssisələrinin islah prosesini düzgün qurmadığı bildirilir. Başçəkmə günü 935 məhkumun saxlanıldığı 1 saylı Cəzaçəkmə Müəssisəsində 14; 1 min 77 nəfərin saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsində 37; 1 min 88 nəfərin saxlanıldığı 17 saylı Cəzaçəkmə Müəssisəsində isə 34 nəfərin cərimə təcridxanasında olması müəyyənləşdirilib. Açıqlamada vurğulanır ki, daxili intizam qaydalarını pozan şəxslər tənbeh tədbiri olaraq, çox vaxt cərimə təcridxanasına salınırlar. Bu da həbsxanalarda islah işlərinin effektivliyinin qənaətbəxş səviyyədə olmamasından xəbər verir.

Azərbaycan Avropa məkanında məhbuslara ən az pul xərcləyən ölkələrdən biridir. Avropa Şurasının (AŞ) hesabatına görə, 2021-ci ildə Azərbaycanda məhbusların illik xərci 64.8 milyon avro, hər məhbusun günlük xərci isə 7.97 avro olub. Bu göstərici, Ukrayna istisna, AŞ məkanında ən aşağı göstəricidir.

"Konstitusiya" Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev deyib ki, məhkumun yenidən eyni cinayət əməlinə yol verməsi əlbəttə ki, arzuolunmaz haldır: "Bu gün Azərbaycanın cəzaçəkmə müəssisələrində durumun müsbətə doğru dəyişməsi üçün çox ciddi addımlar atılır. Statistik məlumatlar ötən dövrü əhatə etdiyindən durumun o qədər də xoş olmadığı təəssüratı yaranır. Hazırda Penitensiar Xidmətə yeni rəis təyin olunub. Mirsaleh Seyidovun bu vəzifəyə təyinatı cəzaçəkmə yerlərində saxlanılan məhkumların əksəriyyəti belə xoş qarşılayıblar. Çünki işin peşəkarı vəzifəyə təyinat alıb. Hazırda cəzaçəkmə yerlərinin tam şəkildə təmiri istiqamətində çox böyük işlər görülür. Məhkumların keyfiyyətli qidalanmasının təşkili istiqamətində də təsirli addımlar atılıb. Əvvəllər məhkumların əksəriyyəti evdən gələn sovqatlar hesabına gündəlik qida rasionunu təmin edirdi. İndi isə vəziyyət dəyişib. Məhkumların keyfiyyətli qida ilə təminatı təşkil olunub. Bundan başqa məhkumların telefon danışıqlarına da xüsusi önəm verilir. Belə ki, həftə ərzində məhkumun yaxınları ilə yarım saat danışmaq imkanı var. Əvvəllər bu növbəli şəkildə olurdu. Məsələn, məhkum evinə növbəsi çatanda zəng edə bilirdi. O zaman evdə yaxınları olmasaydı, 1 həftə də gözləməli olurdu. Bu isə neqativ hallara yol açırdı. İndi isə durum dəyişib. Məhkumların hər birinə həftə ərzində yarım saat danışıq imkanı verən kartlar verilir. Həmin yarım saat danışıqdan istədiyi zaman istifadə edə bilər. Ailə üzvləri ilə görüş məsələləri də həll olunub. Bu məsələlərdə vəzifəsinə layiqincə yanaşmayan xidmət əməkdaşlarına da cəzalar verilib, hətta işdən çıxarılanlar da var".

Əliməmməd Nuriyev bildirib ki, məhkumların yenidən cəzaçəkmə müəssisələrinə qayıtmamaları üçün də önəmli addımlar atılır: "Belə ki, bu gün cəzaçəkmə yerlərində məhkumların yeni peşələrə yiyələnmələri üçün treninqlər keçirilir. Məsələn, aşpazların hazırlanması üçün treninqlər keçirilir. Bu treninqlər qida şirkətləri ilə birgə təşkil olunur. Bu da gələcəkdə cəzasını çəkib qurtaran məhkumun azadlığa çıxandan sonra həmin şirkətlərdə işlə təminatına hesablanıb. Yəni məhkum bilir ki, azadlığa çıxandan sonra onun iş yeri, dolanışığı var. Bu proses olduqca peşəkar səviyyədə təşkil olunub. Bakı Şəhər Təhsil İdarəsi bu istiqamətdə addımlar atmağa, Penitensiar Xidmətlə əməkdaşlığa hazır olduğunu bəyan edib. Bu olduqca vacib məsələdir. Məhkumların peşə təhsili almaları üçün addımlar bu istiqamətdə olduqca vacibdir. Bu gün özəl sektorun cəzaçəkmə müəssisələrində fəaliyyəti ilə bağlı maneələr də var. Bu maneələr qanunvericiliyə dəyişiklik etməklə aradan qaldırılmalıdır. O cümlədən Vergilər Məcəlləsinə də dəyişikliklər olmalıdır. Cəzaçəkmə yerlərindən iş yerləri açan özəl sektora güzəştlərin tətbiqi, ƏDV-dən azad olunma kimi güzəştlər tətbiq oluna bilər. Bu addımlar məhkumların həyatına ciddi surətdə təsir göstərə bilər. Cəzaçəkmə müəssisələrində iş yerlərinin açılması həm də məhkumların yeni peşələrə sahiblənmələri baxımından da olduqca vacib addım olar. Hesab edirəm ki, hökumət bu istiqamətdə addımlarla Penitensiar Xidmətdə aparılan islahatlara öz töhfəsini verə bilər".

Əliməmməd Nuriyev deyir ki, bu gün Azərbaycan Avropa məkanında Penitensiar Xidmət əməkdaşlarının sayına görə geridə qalır: "Personal sayı azdır və bu işin keyfiyyətinə təsir edir. Xidmət əməkdaşı səhərdən axşama qədər cəzaçəkmə müəssisəsində olur. Faktiki olaraq məhkumlarla bərabər cəza çəkmiş kimidirlər. Xidmət əməkdaşlarının sosial təminatının gücləndirilməsi ilə bağlı addımlar atılmalıdır. Onların güzəştli ipoteka ilə təminatı məsələsi həll edilməlidir. Cəzaçəkmə müəssisələrinin personalı 10-12 saat xidmətdə olur. Bu adamlar evlərinə yatmağa gedir və səhər işə qayıdırlar. Xidmət əməkdaşlarının iş yükünün ağırlığı onların həm də psixoloji durumuna təsir edir. Ona görə də motivasiya məsələlərinin həlli çox vacibdir. Eyni zamanda, yeni kadrların işə cəlbi, personalın sayının artırılması, iş yükünün azaldılması istiqamətində işlər görülməlidir".

Əliməmməd Nuriyev deyir ki, BMT-nin, Avropa Şurasının nümayəndələri mütəmadi olaraq cəzaçəkmə yerlərinə baş çəkirlər və bu, yaxşı bir təcrübədir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 788   Tarix: 09 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

18:20 131
.

İşə bir saatdan gec çatırsınızsa - 40 faiz artıq maaş almalısınız

Böyük Britaniyada aparılan yeni tədqiqatlar gündəlik işə gediş-gəliş vaxtının işçilərin psixoloji sağlamlığına və iş məmnuniyyətinə birbaşa təsir etdiyini göstərib. "Qafqazinfo" xəbər verir ki, "Chase" maliyyə təşkilatının 200 britaniyalı işçi arasında keçirdiyi sorğuya əsasən, özün

13:30 193
.

Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq". xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Türkiyənin namizədi Feridun Sinirlioğlunu

16:40 172
.

Azərbaycanlı alim vəfat etdi - Fotolar

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. Bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texnik

11:30 232
.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

17:40 152
.

10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" yeni nazir müavininin dosyesini təqdim edir:. Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratur

30.10.2026 448
.

İşıqlı gələcəyə yol açan Şanlı Qələbə

Tarixi qələbəmizlə başa çatmış 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Qarabağın tacı olan Şuşa şəhərinin 2020-ci il noyabrı

15:24 161
.

Şahdağda qar yağıb

Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 31-i saat 10:00-a olan məlumatında qeyd olunub. Düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy

11:25 198
.

Vəfat edən Elçin FHN əməkdaşı imiş - FOTO

Xəbər verdiyimiz kimi, Göyçayda 28 yaşlı sakininin meyiti şəhər ərazisində yerləşən köhnə yarımtikilidə aşkarlanıb. -ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, dünyasını dəyişən şəxs, şəhər sakini 1998-ci il təvəllüdlü Əzizov Elçin Elman oğlu subay və evin tək oğlu imiş. Mərhum FHN-nin Göyçay Dövlə

19:31 0
.