Nazirlikdən əhaliyə VACİB MÜRACİƏT

Nazirlikdən əhaliyə VACİB MÜRACİƏTGözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə təkrar müraciət edib.

Musavat.com-un xəbərinə görə, müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Bundan əlavə, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 686   Tarix: 09 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"İdrak" liseyində güllələnən müəllimənin vəziyyəti - Açıqlandı

Bu gün Bakıdakı "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) üzərində boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub. Bu barədə "Qafqazinfo"ya Kliniki Tibbi Mərkəzdə

06.02.2026 904
.

Növbəti məktəb zorakılığı: Şagird döyülərək xəstəxanalıq oldu

Məktəbdə baş verən hadisələr bitmək bilmir. Növbəti belə insident Sumqayıt şəhərində yerləşən 33 nömrəli tam orta məktəbdə 7-ci sinif şagirdləri arasında baş verib. Mübahisə zamanı şagirdlərdən biri digərinə fiziki xəsarət yetirilib. xəbər verir ki, məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsində

06.02.2026 251
.

Orta məktəblər publik hüquqi şəxsə çevrilir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda orta məktəblərin publik hüquqi şəxsə çevrilməsi təhsil sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu dəyişiklik məktəblərin idarəetmə mexanizmlərinin yenilənməsi, maliyyə və inzibati müstəqilliyin artırılması, eyni zamanda fəaliyyətə nəzarət mexanizmlərinin fərqli mode

06.02.2026 312
.

"Gold Rezidens" vətəndaşın əmlakın zəbt edib - Video

Bakıda binanın həyətindəki 50-dən çox qaraj sökülüb. Ancaq sahibkarlardan biri ona təklif olunan kompensasiya məbləği ilə razılaşmır. XALQ-ın məlumatına görə, paytaxtın Fətəli Xan Xoyski küçəsi, 132 ünvanında, söküntü işləri aparılan və hasarlanan ərazidə 16 kvadratmetr sahədə qarajı olan sahibkar Əfqa

06.02.2026 238
.

Pakistanda cümə namazı zamanı məsciddə güclü partlayış baş verib! Çoxsaylı ölüm və yaralanma halları qeydə alınıb

Pakistanın paytaxtı İslamabadda məsciddə cümə namazı zamanı törədilən partlayış nəticəsində çoxsaylı insan həlak olub və yaralanıb. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Pakistanın paytaxtı İslamabadda məscidin yaxınlığında partlayış baş verib. Yerli mənbələrin məlumatına görə, partlayış cümə namaz

06.02.2026 223
.

Səudiyyə Ərəbistanından diqqət çəkən addım: Dəvələrin pasportu olacaq

Səudiyyə Ərəbistanı yerli dəvə populyasiyası üçün dünya miqyasında diqqət çəkəcək "dəvələrə pasport" tətbiqini təqdim edib. Qaynarinfo xəbər verir ki, Səudiyyə Ərəbistanı Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, heyvandarlıq sektorunun məhsuldarlığını artırma

06.02.2026 131
.

Rusiyaya ağır zərbə

Ukrayna qüvvələrinin gecə atəşləri nəticəsində Rusiyanın sərhəd şəhəri Belqorod ciddi şəkildə zərər görüb, elektrik enerjisi kəsintiləri qeydə alınıb. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, bəzi enerji obyektlərinə qarşı HIMARS raketləri və dronlar vasitəsilə də zərbələr endirildiyi bildirilir

06.02.2026 301
.

Ən dərin metro stansiyaları haradadır?

Sərnişinlər nadir hallarda qatarların yerin nə qədər dərinliyindən keçdiyini düşünürlər. Lakin bəzi şəhərlərdə metroya eniş əsl səyahətə çevrilir. xarici mediaya istinadla xəbər verir ki, stansiyaların dərinliyi relyefdən və tikinti xüsusiyyətlərindən asılıdır. Bəzən metro xətləri çayların, təpələri

06.02.2026 269
.

İqlim və viruslar: Arıçılıqda itkilər rekord həddə

"Son iki-üç ildə arı təsərrüfatlarında itkilər əhəmiyyətli dərəcədə artıb. Gənələr və digər zərərvericilər, onların yaydığı viruslar, iqlim dəyişikliyi və digər səbəblər arı itkilərinə yol açır. Bəzən itkilərin 40-50%-ə çatdığı qeyd olunur". Bunu BİG.AZ-a açıqlamasında arıçılıq üzrə eksper

06.02.2026 219
.

TOP MP3