İlahiləşdirilən şairin "baltaladığı" talelər: Oğlu onu ömür boyu bağışlamadı - FOTO

İlahiləşdirilən şairin "baltaladığı" talelər: Oğlu onu ömür boyu bağışlamadı - FOTOÖlənə qədər çimməyən, qadınların ağlını başdan alan şair.

Bu mavi gözlü, sarışın, yaraşıqlı kişi yazdığı sevgi şeirləri ilə çox qadının ürəyini ovsunlamışdı, çox qadının xəyallarını bəzəmişdi. Onun həsrət dolu sevgi şeirlərinin qəhrəmanlarına həsəd aparmışdı Nazimin iç üzünü tanımayanlar. Onu ilahiləşdirdilər, o isə əslində...

Əslində o həyatına toxunduğu qadınların hamısını gözü yaşlı qoymuş, vəfadan, sədaqətdən uzaq bir insan idi. Ən pisi də yaşatdıqlarından peşman olmur, yalnız özünü düşünürdü.

Lent.az Nazim Hikmətin sevgi dünyası barədə maraqlı faktları təqdim edir.

Medalyonun o biri üzünü görəndən sonra "kimmiş o ?" sualına bir çoxları "əclaf" deyə cavab verib.

Bir dəfə aldadan hər zaman aldadar deyə məşhur bir misal var. Nazim ömrü ilə tanış olanda görürsən ki, haqlıymışlar.

Nazim Hikmət bacısının rəfiqəsi Pirayəni görəndə Pirayə ailəli və 2 uşaq anası bir qadın idi. Nazim Hikmət düz bir il onun ardınca qaçır, əldə etmək üçün dəridən-qabıqdan çıxır. Pirayə isə ailəsini dağıtmaq istəmir. Nəhayət, qadının qəlbini oğurlaya bilir. Pirayə bu barədə ərinə deyir və ondan ayrılır. Rəsmi şəkildə boşanmadığı üçün nikahsız eyni evdə yaşamalı olurlar Nazimlə. Şair Pirayənin uşaqlarını da yanına almalı olur. Çünki qadının əri xarici səfərlərə tez-tez çıxan bir məmur idi və Türkiyədə az tapılırdı. Elə bu səbəblə də ötən əsrin ortaları üçün yasaq, qorxunc sayılan bu sevgiyə (heç indi də normal qarşılanmır) maneə olan tapılmır.

Pirayə boşanan kimi cütlük evlənir, amma hekayə burda bitmir. Nazim Hikməti siyasi baxışlarına görə (kommunist idi) 28 il müddətinə həbsə atırlar.

Pirayə düz 12 il Nazimin yollarını gözləyir, dərdinə ortaq olur. Cütlük bir-birinə sevgi dolu məktublar göndərirlər.

Lakin Nazimin sevgisi həbsdə başqa birinə aşiq olana qədər davam edir. Onun özündən 16 yaş kiçik dayısı qızı Münəvvər Nazim Hikmətə baş çəkməyə gəlir. Nazim bu yaşıl gözlü gözəl qızı həyatında ikinci dəfə görürdü. İlk gördüyündə Münəvvər çox balacaydı, indi isə gözəllər gözəli bir qadına çevrilmişdi. Nazim görən kimi ona aşiq olur və Pirayəyə haqsızlıq etməmək üçün düzünü yazmaq qərarına gəlir. Aralarındakı sevginin bitdiyini, bir başqasını sevdiyini yazır.

Münəvvər də romantik şairi sevir, di gəl ki, o da evlidir, əri var.

Nazim Hikmət 1 il sonra əfv olunacağını düşünərək Münəvvəri ərindən boşanmağa inandırır. Bu bir il ərzində Münəvvər tərəddüd içində qalır, Nazimə əfv çıxmayınca ərindən boşanmaqdan imtina edir və onunla münasibətlərini dayandırır.
Nazim Hikmət tərk edilincə dərhal kağız qələmi əlinə alıb Pirayəyə məktub yazır.

"Alçaq bir adam ola bilərəm. Eləyəm. Amma sən hər şeyə rəğmən gəl", - deyə yazır. Könlü qırılmış Pirayə Nazimin görüşünə gəlmir. Aclıq elan edən şair bir neçə gündən sonra halsız düşür və xəstəxanaya aparılır. Onun səhhəti ilə problemi olduğuna görə, vəkillər Nazim Hikmətin həbsdən çıxacağına dair imkan yarandığını deyirlər. Nazim nə edir? Dərhal ikinci sevgisi Münəvvəri xatırlayır, "ərindən ayrıl, birlikdə olaq" yazır. Münəvvər razılaşır və onun görüşünə gəlir.

Nazimin ağır xəstələndiyini eşidən Pirayə keçmiş ərinə vəfa borcu olaraq onun görmək üçün ziyarətə gəlir. Bəlkə hər şey fərqli bitəcəkdi, əgər həmin anlarda qapı açılıb içəriyə yaşıl gözlü gözəl Münəvvər gəlməsəydi. Pirayə ərinin onu kimə görə tərk etdiyini öz gözləri ilə görür və qaçaraq xəstəxananı tərk edir.

Şair heç Münəvvərə də sadiq qala bilmir. Baxmayaraq ki, ondan Mehmet adlı bir oğlu olur. Nazim Hikmət həbsdən canını qurtarır, hökumət şairi əsgərliyə çağırır. Şair Münəvvəri və oğlu Mehmeti Türkiyədə təkbaşına qoyub Moskvaya qaçır. Yeni sevgilərə yelkən açır. Bir dəfə sağlığında Varşavada oğlu və Münəvvəri görür. Onların yanında qalmır, oğlunu da, Münəvvəri də tərk edib yeni sevgilisinin yanına qayıdır. Deyilənə görə, oğlu bunu ona ömür boyu bağışlamayıb.

Rusiyadakı ilk sevgisi Qalina olur. Birlikdə olurlar, lakin tezliklə Vera adlı xanıma aşiq olan Nazim Qalinanı tərk edir. Qalina həqiqəti öyrənəndə heç nə demir və Nazimin o qadına getməyini bağışlayır. Çünki Nazim Hikmətin Veranı sevəndən sonra yaxşı şeirlər yazırdı. Qəribədir deyilmi?

Həkimlər ürək xəstəsi olan Nazimə "sevsən 3 il, sevməsən 10 il yaşayacaqsan" deyir. Veranın gözəlliyi onun başını döndərirdi. Sevgisiz qala bilmirdi, uzun ömürdənsə sevgini, ehtirası seçir. Nazim Hikmət Vera ilə birlikdə 3 il 4 ay yaşadı. Ürəyi fırtınalı sevgilərdən yorulan adam infarktdan öldü.

O, əslində qadınları yox, sevilməyi, özünü sevirdi, aldığı həzzi sevirdi.

Nazim Hikmətin dəfnində məzarı başında Qalina, Vera və Münəvvər sıra ilə dayanıb göz yaşı tökmüşdü.

Həbsdə su işgəncəsinə məruz qaldığına görə, ömrünün sonuna qədər bədəninə su vurmamış, çimə bilməmiş bu kişiyə qadınlar niyə belə heyran idilər? Sadəcə tanımadıqları üçünmü? Bu sualların cavabı isə yoxdur.

Ağlatdığı qadınlar sarıdan bəxti yaman gətirmişdi. Hamısı onu gerçəkdən sevmiş, böyük ürəkli qadınlar idilər. Əslində Nazimi var edən də onun fədailəri deyildimi?

İlahiləşdirilən şairin "baltaladığı" talelər: Oğlu onu ömür boyu bağışlamadı - FOTOİlahiləşdirilən şairin "baltaladığı" talelər: Oğlu onu ömür boyu bağışlamadı - FOTOİlahiləşdirilən şairin "baltaladığı" talelər: Oğlu onu ömür boyu bağışlamadı - FOTOİlahiləşdirilən şairin "baltaladığı" talelər: Oğlu onu ömür boyu bağışlamadı - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1640   Tarix: 12 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Arzuladığı Nobel mükafatı həyat yoldaşına qismət ola bilər

ABŞ-nin birinci xanımı Melaniya Tramp Oleşkidə humanitar atəşkəsin əldə olunmasında mühüm rol oynayıb ki, bu da potensial olaraq onun, həyat yoldaşı Donald Trampın çoxdan arzuladığı Sülh üzrə Nobel Mükafatına yolunu açır. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Telegraph" nəşr

10:17 207
.

"Fənərbaxça"dan Messiyə 50 milyonluq TƏKLİF

"Fənərbaxça"nın dünyaca məşhur argentinalı futbolçu Lionel Messiyə illik 50 milyon avro maaş təklif etdiyi iddia edilib. Messinin təklifi rədd etməsinin səbəbinin atasının xəstəliyi olduğu deyilir. -ın xarici mediaya istinadən xəbərinə görə, "Fənərbaxça"nın transfer fəaliyyəti il

30.10.2026 375
.

Bu simptomlar D vitamini çatışmazlığından xəbər verir

"Orqanizmdə D vitamini çatışmazlığı zəifləmiş immunitet və həddindən artıq yeməyə meyillilik kimi simptomlarla özünü büruzə verə bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə endokrinoloq Anton Polyakov məlumat verib. "D vitamini defisiti adətən əhval-ruhiyyənin düşməsi və qidalanmanı

14:30 49
.

Məryəm Üzərli Azərbaycana gələcək

"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək

12:21 176
.

İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. Dövlətimizin başçısı daha sonra qaliblərin mükafatlandırılması mərasimində iştirak edib. Prezidentin Mətbuat Xidməti tədbirdən videomaterial hazırlayıb

00:51 352
.

Tarixdə ilk yaşıl ulduz aşkarlandı

Astronomlar qeyri-adi yaşıl çalara malik ola bilən ağ cırtdan müəyyən ediblər. Araşdırma göstərir ki, bu ulduz qalıqlarının rəngi yalnız temperaturdan deyil, atmosferlərinin kimyəvi tərkibindən də asılıdır. xəbər verir ki, alimlər Yerə yaxın 151 ağ cırtdanı araşdırıblar. Onların diqqətini xüsusilə W

30.10.2026 341
.

Leyla və Alyona Əliyevalar "Baku Art Weekend"də - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Bakıda "Baku Art Weekend" sərgi festivalında iştirak ediblər. "Qafqazinfo" sərgidən görüntüləri təqdim edir:

10:15 252
.

Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa - Bakıya absurd ittihamlar

Türkiyə mediası və sosial şəbəkələrində Azərbaycan əleyhinə kampaniya səngimək bilmir. Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa. Dünəndən isə növbəti antiAzərbaycan dalğası başladılıb. Bundan əvvəlki dalğalar Azərbaycan-İsrail münasibətləri və "hicab" mövzuları üzərindən aparılırdı. Hə

30.10.2026 395
.

Tarixi ədalətin bərpası uğrunda haqq savaşı

Ali Baş Komandan, Prezident İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçildiyi 2003-cü ildən bəri millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalının aradan qaldırılması üçün yorulmadan çalışırdı. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlı

15:26 0
.