Bəzi hərbçilər cərimələnəcəklər
Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər.
Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun məsuliyyəti artırılır.
Layihəyə əsasən, zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi bir gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə 200 manatdan 300 manatadək məbləğdə cərimə ilə nəticələnəcək.
Bununla bərabər, işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Qüvvədə olan qanunvericiliyə görə, bu xəta üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə 20 günədək müddətə inzibati həbs tətbiq olunurdu.
Yuxarıdakı maddədə nəzərdə tutulmuş əməllərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Bu müddəada işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Qüvvədə olan qanuna əsasən isə 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunurdu.
Layihədə vurğulanıb ki, həmin şəxslərin bir gündən artıq hərbi hissədə və ya xidmət yerində olmaması onların inzibati məsuliyyətinə səbəb olacaq. Məsuliyyətin artırılması ilə yanaşı sanksiyanın yumşaldılması və alternativ cəza (cərimə) növünün müəyyənləşdirilməsi mütərəqqi addım hesab edilə bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 123 Tarix: 31 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBəzi hərbçilər cərimələnəcəklər
Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə
14:54 0 Polşada dövlət çevrilişi iddiası: Hakimin binaya girişinə mane olundu
Polşada dövlət çevrilişinə cəhd baş verdiyi iddia olunur. Bu barədə mühafizəkar Hüquq və Ədalət (PiS) partiyasından olan Avropa Parlamentinin üzvü Arkadiuş Mularçik polis əməkdaşlarının Konstitusiya Tribunalının binasına girişi məhdudlaşdırmasından sonra açıqlama verib. xəbər verir ki, məhkəmənin rəsm
10:38 192 Ata-anasını öldürdü, məhkəməyə belə gətirildi
ABŞ-də qətldə ittiham olunan 31 yaşlı Daniel Consun məhkəməyə çıxarılması zamanı qeyri-adi hadisə yaşanıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Ohayo ştatının Oberlin şəhərində qeydə alınıb. Oberlin Kollecində incəsənət və fotoqrafiya professoru işləyən 64 yaşlı Pipo Nquyen-Duy və onun 5
30.10.2026 345 Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb
Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb
30.10.2026 359 Məryəm Üzərli Azərbaycana gələcək
"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək
12:21 176 Gəncədə "BakuBus"un avtobusu qəza törətdi - Foto
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə şəhərin F. Xoyski ilə Rüzigar Qasımov küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, 19 saylı marşrut üzrə hərəkət edən "BakuBus"a məxsus avtobus KIA markalı minik maşını ilə toqquşub
15:05 0 Prezident oyunu stadiondan izlədi - Video
Xəbər verdiyimiz kimi, bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatına yekun vurulub. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və FIFA prezidenti Canni İnfantino final matçını izləyiblər. Qeyd edək ki, A liqasının həlledici final oyununda İspaniya millisi Çexiy
30.10.2026 328 İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. Dövlətimizin başçısı daha sonra qaliblərin mükafatlandırılması mərasimində iştirak edib. Prezidentin Mətbuat Xidməti tədbirdən videomaterial hazırlayıb
00:51 352 10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" yeni nazir müavininin dosyesini təqdim edir:. Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratur
30.10.2026 408