Avropada sərt qış vəd edən qədim təqvim
XVII əsrə aid müşahidələr əsasında tərtib edilən alman 100 illik təqvimi qarşıdan gələn qışın şaxtalı və qarlı keçəcəyini proqnozlaşdırır. Lakin müasir iqlim modelləri bunun əksinə olaraq, qış aylarının nisbətən mülayim və yağıntılı olacağını göstərir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Agroforum" nəşri məlumat yayıb.
Proqnozlara görə, 2026-cı ildə Avropada kənd təsərrüfatı ciddi çətinliklərlə üzləşib. Bir sıra bölgələrdə uzunmüddətli quraqlıq, torpaqda rütubətin azalması və 40 dərəcəni aşan istilər məhsuldarlığa mənfi təsir göstərib. Xüsusilə Macarıstanın cənub-şərqində qarğıdalı əkinləri zərər görüb və bəzi ərazilərdə bu məhsulun yetişdirilməsi iqtisadi baxımdan əlverişsiz hala gəlib.
Mövcud meteoroloji modellər isə qarşıdakı qışın daha yumşaq keçə biləcəyini göstərir. ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) qiymətləndirməsinə əsasən, dekabr və yanvar aylarında temperatur iqlim normasından 2-3 dərəcə yüksək ola bilər. Eyni zamanda, yağıntıların miqdarının artacağı gözlənilir. Bu isə quraqlıqdan əziyyət çəkən kənd təsərrüfatı üçün müsbət amil sayıla bilər.
Bununla belə, XVII əsrdə yaşamış abbat Mauritsius Knauerin müşahidələrinə əsaslanan alman 100 illik təqvimi fərqli mənzərə təqdim edir. Həmin təqvimə görə, ilk qar dekabrın 1-də yağa bilər. Bir neçə küləkli və fırtınalı gündən sonra dekabrın 5-də qar yağışının təkrarlanacağı, ayın 19-dək isə kəskin soyuqların davam edəcəyi bildirilir.
Təqvimdə Milad bayramı ərəfəsində yağışlı hava, qarın isə əsasən Avropanın dağlıq ərazilərində müşahidə olunacağı proqnozlaşdırılır. Həmçinin yaz aylarında tırtıl və digər zərərvericilərin çoxalacağı, havanın isə mart ayınadək isinməyəcəyi iddia edilir.
Qeyd edək ki, 100 illik təqvim elmi meteoroloji proqnozlaşdırma metodu deyil. Buna görə də onun qışla bağlı ehtimallarını dəqiq hava proqnozu kimi qəbul etmək olmaz.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 112 Tarix: 31 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDirektor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı-Video
Bakının Səbail rayonu, Badamdar qəsəbəsində fəaliyyət göstərən "EOS uşaq inkişaf mərkəzi"ndə azyaşlılara qarşı fiziki zorakılıqla bağlı görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğl
30.10.2026 527 Deşam dünyanın əfsanəvi klublarından birinin baş məşqçisi ola bilər
2026-cı ilin yayında ölkəsinin milli komandasının baş məşqçisi vəzifəsindən ayrılan məşhur fransız məşqçisi Didye Deşam tezliklə işə qayıda bilər. -ın xarici mediaya istinadən məlumatına görə, 2026-cı il Dünya çempionatından bəri işsiz qalan 58 yaşlı Deşam yaxın günlərdə çox cəlbedici bir təklif al
30.10.2026 335 ABŞ-da iki helikopter toqquşdu: ölənlər var
ABŞ-ın Oreqon ştatında iki helikopterin toqquşması nəticəsində üç nəfər həlak olub. xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. "Oktyabrın 29-da yerli vaxtla təxminən saat 14:10-da Makminvilla şəhərinin şimalında, Emiti-Deyton şosesi ilə Krinkshenk yolunun kəsişməsi yaxınlığında "Robinso
30.10.2026 383 Polşada dövlət çevrilişi iddiası: Hakimin binaya girişinə mane olundu
Polşada dövlət çevrilişinə cəhd baş verdiyi iddia olunur. Bu barədə mühafizəkar Hüquq və Ədalət (PiS) partiyasından olan Avropa Parlamentinin üzvü Arkadiuş Mularçik polis əməkdaşlarının Konstitusiya Tribunalının binasına girişi məhdudlaşdırmasından sonra açıqlama verib. xəbər verir ki, məhkəmənin rəsm
10:38 192 Prezident oyunu stadiondan izlədi - Video
Xəbər verdiyimiz kimi, bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatına yekun vurulub. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və FIFA prezidenti Canni İnfantino final matçını izləyiblər. Qeyd edək ki, A liqasının həlledici final oyununda İspaniya millisi Çexiy
30.10.2026 328 Tarixdə ilk yaşıl ulduz aşkarlandı
Astronomlar qeyri-adi yaşıl çalara malik ola bilən ağ cırtdan müəyyən ediblər. Araşdırma göstərir ki, bu ulduz qalıqlarının rəngi yalnız temperaturdan deyil, atmosferlərinin kimyəvi tərkibindən də asılıdır. xəbər verir ki, alimlər Yerə yaxın 151 ağ cırtdanı araşdırıblar. Onların diqqətini xüsusilə W
30.10.2026 341 Məryəm Üzərli Azərbaycana gələcək
"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək
12:21 176 İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. Dövlətimizin başçısı daha sonra qaliblərin mükafatlandırılması mərasimində iştirak edib. Prezidentin Mətbuat Xidməti tədbirdən videomaterial hazırlayıb
00:51 352 Bəzi hərbçilər cərimələnəcəklər
Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə
14:54 0