Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı-Video
Bakının Səbail rayonu, Badamdar qəsəbəsində fəaliyyət göstərən "EOS uşaq inkişaf mərkəzi"ndə azyaşlılara qarşı fiziki zorakılıqla bağlı görüntülər yayılıb.
"Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıq faktı ilə bağlı cinayət işi başlanıb.
"Xəzər TV"də yayımlanan və bu gün sosial şəbəkələrdə yayılan görüntülərdə paytaxt ərazisində fəaliyyət göstərən özəl uşaq bağçalarından birində azyaşlı uşağın müəssisə direktoru tərəfindən fiziki zorakılığa məruz qalması əks olunub. Bununla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal hüquq-mühafizə orqanlarına müraciət edilib.
Dövlət Komitəsinə verilən məlumata əsasən, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb. Hazırda hadisənin bütün hallarının araşdırılması və faktın hüquqi qiymətləndirilməsi məqsədilə istintaq tədbirləri davam etdirilir.
Uşaqlara qarşı hər hansı formada zorakılığı qətiyyətlə pisləyirik. Hər bir uşağın təhlükəsiz mühitdə böyümək, hüquqlarının və mənafelərinin qorunması hüququ var", - qurum rəsmisi bildirib.
Qeyd edək ki, sözügedən iddialarla bağlı ötən gün mediada videogörüntülər də yayılıb. Valideynlər övladlarının bağçada ciddi psixoloji sarsıntı keçirdiyini və müəssisə rəhbərliyi tərəfindən döyüldüyünü iddia edirlər. Şikayətçilərin sözlərinə görə, hər uşaq üçün aylıq 200 manat ödəniş edilməsinə baxmayaraq, mərkəzdə övladlarına lazımi qayğı göstərilməyib. Həmçinin direktor barəsində əvvəllər də analoji şikayətlərin olduğu vurğulanıb.
Ətraflı videomaterialda:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 181 Tarix: 30 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOmbudsman vəzifəsinə 3 namizəd irəli sürüldü
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. Qaynarinfo xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən Əliyeva Səbinə Yaşar qızı, Qaracayev Ceyhu
10:23 212 Böyük Qayıdışın strateji mərhələsi: Məcburi köçkünlərin doğma torpaqlara mərhələli köçürülməsi yeni reallıqlar yaradır
Azərbaycanın müasir tarixində Böyük Qayıdış prosesi dövlətçilik, milli həmrəylik və tarixi ədalətin bərpası baxımından xüsusi yer tutur. Uzun illər doğma torpaqlarından didərgin düşmüş yüz minlərlə insanın öz yurdlarına qayıtması yalnız sosial-humanitar məsələ deyil, həm də Azərbaycanın postmüharib
12:14 177 "İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video
"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni
16:00 1 Avropa Mərkəzi Bankının rəhbəri istefa verdi
Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard vəzifəsindən erkən ayrılacağını açıqlayıb. xəbər verir ki, bu barədə AMB-nin rəsmi məlumatında bildirilib. Qeyd olunub ki, Kristin Laqard 2027-ci il fevralın 7-də vəzifəsini tərk edəcək. Onun səlahiyyət müddəti normal şəraitdə 2027-ci ilin oktyabrınd
29.10.2026 335 Ermənistan Türkiyə ilə normallaşma istəyir: Bakı-Ankara müttəfiqliyi İrəvanın hesablamalarına necə təsir edir?
İrəvan Ankara ilə münasibətlərin normallaşmasında maraqlıdır. Lakin Bakı ilə Ankaranın strateji müttəfiqliyinin yaratdığı regional reallıqları da nəzərə almaq məcburiyyətindədir. Azərbaycan-Türkiyə münasibətləri Ermənistanın siyasi dairələrində və ictimai müzakirələrində xüsusi diqqətlə izlənilən məsələlərdəndir
12:06 167 Oktyabrın son günü yağış yağacaq
Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy
12:49 201 Böyük Qayıdışın mühüm mərhələsi: Məcburi köçkünlərin doğma yurdlarına mərhələli qayıdışı dövlət siyasətinin prioritet istiqamətidir
Azərbaycanın qarşısında dayanan ən mühüm strateji vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və vaxtilə öz doğma torpaqlarından didərgin düşmüş insanların təhlükəsiz, ləyaqətli və davamlı şəkildə yurdlarına qaytarılmasıdır. Bu gün həyata keçirilən Böyük Qayıdış proses
12:02 164 Zəfər Günü və Şuşa - Azərbaycan xalqının milli qürurunun, tarixi iradəsinin və sarsılmaz dövlətçiliyinin təntənəsi
Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və Şuşa Şəhəri Günü xalqımızın yaddaşına qızıl hərflərlə yazılmış ən əlamətdar tarixlərdəndir. Bu günlər sadəcə hərbi qələbənin və tarixi hadisənin qeyd edilməsi deyil, uzun illər torpaq həsrəti ilə yaşayan bir xalqın milli iradəsinin, dövlətçilik əzminin
10:17 162 Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi ba
13:30 197