"Anamın verdiyi ad illər sonra məni onunla görüşdürdü…"

"Anamın verdiyi ad illər sonra məni onunla görüşdürdü…"Ötən axşam Azərbaycan musiqi sənətinə ağır itki üz verdi. Xalq artisti, sevilən sənətkar Zaur Rzayev dünyasını dəyişdi.

Aparıcı Zaur Baxşəliyev sənətkarla bağlı xatirələrini, onun şəxsiyyəti və sənət yoluna dair düşüncələrini qələmə alıb.

"Qafqazinfo" həmin yazını təqdim edir:

"Bəzən insanın adı sadəcə ad olmur. Bir xatirəyə, bir dövrün sevgisinə, insanın özü ilə ömür boyu daşıdığı mənəvi bağa çevrilir. Mənim adımın arxasında da bir sənətkarın səsi, anamın sevgisi və bütöv bir dövrün yaddaşı dayanır…

Özümü tanıyandan anam həmişə xüsusi bir fəxrlə deyərdi: "Mən sənə Zaur Rzayevin adını vermişəm!"

Ötən əsrin 80-ci illərində onun ifasında səslənən "Dilbərim" dillər əzbəri idi. Zaur Rzayev o qədər sevilirdi ki, bu rəğbət, hətta yeni doğulan körpələrin adında da öz əksini tapırdı. Bibim mənə Tural adını vermək istəyirmiş. Anam isə qətiyyətlə deyib: "Yox, mənim oğlumun adı Zaur olacaq!" Beləcə, hələ dünyanı dərk etmədiyim bir vaxtda anamın sevdiyi sənətkarın adı mənim taleyimin bir parçasına çevrilib.

İllər keçdikcə anamın bu seçiminə daha fərqli gözlə baxmağa başladım. Çünki insan öz adını seçmir, amma zamanla onun mənasını, arxasındakı duyğuları kəşf edir. Mənim üçün Zaur adı həm də anamın gəncliyindən, o illərin musiqisindən, insanların sənətə bəslədiyi saf sevgidən qalan bir yadigardır.

Zaur Rzayev özünəməxsus sənətkar idi. Şöhrətin zirvəsində olsa da, şəxsi həyatını heç vaxt ön plana çıxarmadı. Çoxumuz onun ailəsi, övladları haqqında, demək olar, heç nə bilmirik. Çünki onu bizə sevdirən səsindəki doğmalıq, kövrəklik və bənzərsiz səmimiyyət idi. Gündəmdə qalmaq üçün görünməyə ehtiyacı yox idi. Sənəti buna yetirdi.

Taleyin maraqlı tərəfi odur ki, illər sonra adını daşıdığım həmin sənətkarla şəxsən tanış olmaq, onu dəfələrlə öz proqramımda qonaq etmək də mənə nəsib oldu. Uşaqlıqda anamın dilindən eşitdiyim o ad artıq qarşımda əyləşən, söhbət etdiyim, sənətinə yaxından bələd olduğum bir insan idi. Bunun mənim üçün necə xüsusi bir hiss olduğunu sözlə ifadə etmək çətindir.

Ən çox sevdiyim ifalarından biri "Cavanlığım" olub. "Kimdən küsdü cavanlığım?", - deyə oxuyardı…

İnsan qəribədir. Neçə yaşına çatırsa-çatsın, daxilindəki gəncliklə vidalaşmaq istəmir. Zamanın üzündə qoyduğu izləri görür, amma ruhunda hələ də dünənin cavanlığını yaşadır. Bu gün insanlar cavan qalmaq, illərin qarşısını almaq üçün nə qədər çalışırlar… Amma bəzən bir itki zamanın keçdiyini bizə bütün ağırlığı ilə hiss etdirir.

Zaur Rzayevin vəfatı, sanki, bütöv bir nəslin öz cavanlığı ilə üz-üzə gəldiyi an oldu. Onun mahnıları ilə sevən, sevinən, xəyallar quran insanlar bu xəbərlə bir daha anladılar ki, ömürlərinin ən gözəl çağları artıq uzaq xatirələrdə yaşayır.

Bu xəbəri eşidəndə mənim də gözümün önündən çox şey keçdi. Anamın illər əvvəl söylədiyi sözlər, uşaqlığım, sonralar Zaur müəllimlə görüşlərimiz, proqramlarımdakı söhbətlərimiz… Bir insanın ömrü bəzən başqa insanların həyatında da necə dərin izlər qoyurmuş!

Bu gün mən təkcə sevdiyim bir sənətkarla vidalaşmıram. Həm də anamın gəncliyindən mənim uşaqlığıma, oradan bugünkü həyatıma qədər uzanan bir xatirənin kövrəkliyini yaşayıram.

Bəzən bir sənətkarın ömrü başa çatır, amma onunla bağlı xatirələr neçə-neçə insanın ömründə davam edir. Zaur Rzayev də mənim həyatımda belə bir iz qoydu.

Allah rəhmət eləsin, Zaur müəllim!

Səsiniz bir nəslin cavanlığında, adınız isə mənim ömrümdə yaşayacaq…"

Qeyd edək ki, Xalq artisti Zaur Rzayev 2024-cü ilin yanvarın 28-də - öz ad günündə Zaur Baxşəliyevin aparıcısı olduğu "Zaurla günaydın" verilişində qonaq olmuşdu. Həmin proqramdan qısa hissəni təqdim edirik:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 141   Tarix: 30 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Son Xəbərlər