Həbsdə olarkən plan qurdu, azadlığa çıxan kimi bıçaqladı
Qəsdən adam öldürməyə cəhddə ittiham olunan 32 yaşlı F.Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
İttihamda deyilir ki, 2020-ci ildə başqa bir cinayət (qəsdən sağlamlığa ağır zərər vurma) törətdiyinə görə 1 il 6 ay müddətinə məhkum edilərək istintaq təcridxanasında saxlanılan F.Bayramov orada olarkən yeni cinayət planı qurub. Belə ki, o, telefonla danışarkən ailə üzvlərindən biri haqda xoşagəlməz hesab etdiyi məlumatı eşidib. Bundan sonra qərara alıb ki, bu hal onun ailəsinin nüfuzuna xələl gətirə bilər və məsələdə adı hallanan qonşusu A.Məmmədovu (şərti) cəzalandırmağı qarşısına məqsəd qoyub.
F.Bayramov cəzasını çəkib azadlığa buraxılan kimi qonşusunu öldürmək üçün əlverişli şərait yaranmasını gözləyib. Nəhayət ötən il dekabrın 28-də günorta saatlarında qonşusu A.Məmmədovun evdən çıxdığını görüb, onu izləməyə başlayıb. Rayon mərkəzindəki mağazaya girdiyini görüncə onun arxasında gəlib, söhbət etmək üçün çölə çağırıb. A.Məmmədov mağazadan çıxmayacağını deyib. Bu zaman F.Bayramov ona hücum edib, bıçaqla ardıcıl zərbələr endirib. Ağır dərəcəli bədən xəsarətləri alan zərərçəkmiş xəstəxanaya yerləşdirilib.
F. Bayramov məhkəmədə elan olunmuş ittihamla özünü təqsirli bilib: "Bıçaqla zərbələr endirdim. Oradan çıxıb parkda əyləşdim, polislərin gəlməsini gözlədim. Polislər gəldikdə onlara yaxınlaşdım".
Zərərçəkmiş isə ifadəsində bildirib ki, sözügedən ailə onu hədələyib: "Əgər köçüb getməsəm, evimi yandıracaqlarını deyirdilər. Buna görə hətta polisə də müraciət etmişdim. Hadisə baş verən gün işdən 5 günlük icazə alıb evə gəlmişdim. Mağazada bıçaqla mənə zərbələr endirdi. Yerə yıxılsam da, vurmağa davam etdi. İki nəfər yaxınlaşıb onun əlindən bıçağı aldılar".
Zərərçəkmiş son olaraq təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını deyib.
Hökmə əsasən F.Bayramov qəsdən adam öldürməyə cəhddə və qanunsuz soyuq islah saxlamaqda təqsirli bilinərək 10 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. O, təyin olunmuş cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1255 Tarix: 12 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKeçmişdə qalan münaqişə
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib. 1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə başlamış bu münaqiş
15:25 111 Azərbaycanlı alim vəfat etdi - Fotolar
Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. Bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texnik
11:30 216 Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd
11:01 216 İşə bir saatdan gec çatırsınızsa - 40 faiz artıq maaş almalısınız
Böyük Britaniyada aparılan yeni tədqiqatlar gündəlik işə gediş-gəliş vaxtının işçilərin psixoloji sağlamlığına və iş məmnuniyyətinə birbaşa təsir etdiyini göstərib. "Qafqazinfo" xəbər verir ki, "Chase" maliyyə təşkilatının 200 britaniyalı işçi arasında keçirdiyi sorğuya əsasən, özün
13:30 166 Türkiyədə ata təcavüzə uğramış qızını öldürmək üçün xəstəxanaya basqın etdi
Türkiyənin Adana şəhərində cinsi istismara məruz qalan qızını öldürmək istəyən ata məhkəmə zalında həbs olunub. "Haber Global"a istinadən xəbər verir ki, cinsi zorakılıq qurbanı olan qız polisə şikayət etdikdən sonra atası onu öldürmək qərarına gəlib. Polis əməkdaşları onu tibbi müayinə üçü
14:53 144 Şahdağda qar yağıb
Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 31-i saat 10:00-a olan məlumatında qeyd olunub. Düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy
11:25 183 Deşam dünyanın əfsanəvi klublarından birinin baş məşqçisi ola bilər
2026-cı ilin yayında ölkəsinin milli komandasının baş məşqçisi vəzifəsindən ayrılan məşhur fransız məşqçisi Didye Deşam tezliklə işə qayıda bilər. -ın xarici mediaya istinadən məlumatına görə, 2026-cı il Dünya çempionatından bəri işsiz qalan 58 yaşlı Deşam yaxın günlərdə çox cəlbedici bir təklif al
30.10.2026 337 "Niyə Ağdamda mənə ev düşmür?" dedi - Sahibə Qafarova etiraz etdi
"Ağdamda atamın 6 otaqlı evi olub, amma 5 bacı, 2 qardaşıq və bizə Ağdamda ev düşmür". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. "Həmkarım Bəxtiyar Əliyevə və qardaşlarına da ev düşmür. Niyə? Ağdamda böyü
30.10.2026 347 10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" yeni nazir müavininin dosyesini təqdim edir:. Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratur
30.10.2026 424