İlk dərs günlərini xatırladılar
Bu gün Azərbaycanda "Bilik günü"dür.
Axşam.az xəbər verir ki, "Sabahın xeyir, Azərbaycan!" verilişi sənət adamları arasında sorğu apararaq, məktəb xatirələrini soruşublar.
Xalq artisti, müğənni Gülyaz Məmmədova ilk dərs gününü "Şəki rayonu, Böyük Dəhnə kəndinin 1 nömrəli tam orta məktəbində təhsil almışam. 1977-ci ildə dayımın həyat yoldaşı Flora müəllimə bizə gəldi söylədi ki, istəyirəm Gülyaz mənim sinfimdə oxusun. Ən maraqlısı odur ki, o, bütün qohumlarını bir sinfə yığmışdı. Orada dayı, xala, bibi qızları bir sinifdə idi. Ən yaxşı günlərim o idi ki, gəlib bizim səsimizə qulaq asıb Bakıya müsabiqələrə yollayırdılar. Səsimi isə mən beşinci, Gülyanaq isə ikinci sinifdə oxuyanda kəşf etdilər" sözləri ilə xatırlayıb.
Xalq artisti Zemfira Əbdülsəmədova isə açıqlamasında "8-ci kilometr qəsəbəsində 70 nömrəli tam orta məktəbdə oxumuşam. Sonradan isə orta təhsilimi 250 nömrəli tam orta məktəbdə davam etdirdim. Məktəb illərini xatırladıqda, insanın ən birinci yadına saf, təmiz xatirələr düşür. Anamın ütülədiyi ağ köynəyi, göy ətəyi, ağ uzunboğaz corabları və eyni rəngdə ayaqqabılarını geyinib dərsə gedirdim. Məktəbli formamı hər gün anama ütülətdirirdim. O qədər məsuliyyətli idim ki... Hər zaman məktəbə hazır şəkildə getmək istəyirdim" sözlərini söyləyib.
Əməkdar artist Nicat Kazımov isə məktəb vaxtı başına gələn hadisədən söz açıb:
"Hər dəfə məktəb başlamazdan əvvəl mənə çox qəribə həyəcan gəlmişdi. Sevinirdim ki, bir yaş da böyüdüm. Məktəbi bitirmək üçün isə çox təlaşlanırdım. Gözləyirdim ki, axı nə zaman məktəbi bitirəcəyəm və ali məktəbə qəbul olacağam. Ceyranbatan ərazisində yerləşən 8 nömrəli məktəbə getmişəm. İki il orada oxumuşam. Daha sonra isə Sumqayıt Şəhər Hacı Zeynallabdin Tağıyev qəsəbəsində yerləşən 6 nömrəli tam orta məktəbdə təhsil almışam və həmin məktəbi də uğurla bitirmişəm. İlk dərs günüm 1979-cu ildə sentyabrın 1-də olub. Məktəbə getməzdən iki gün əvvəl məni tok vurmuşdu və bu səbəbdən uzun müddət yazı yaza bilmirdim. Barmağımın da bir hissəsi yoxdur".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"
Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz
17.09.2021 5564 Zamiqin oğlunun ad günündən - FOTO
Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı
18.09.2021 5961 İkinci əl geyimlər aldığını etiraf etdi
Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad
18.09.2021 6939 "Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16.09.2021 2120 Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO
Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas
16.09.2021 7167 Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"
"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy
16.09.2021 2063 "Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO
Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz
16.09.2021 4761 Pandemiyada ikinci restoranını açdı
Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını
17.09.2021 3697 Əməkdar artist vəfat etdi - FOTO
Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf
16.09.2021 7387