"Ermənistanın qoşunlarını Azərbaycandan tam çıxarmaqdan və Naxçıvana nəqliyyat əlaqəsinin təmin edilməsindən imtinası Azərbaycanla sülhün əldə ol
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ceyrançöl ərazisindəki aqroparkda Cənubi Qafqazda ilk dəfə mobil (hibrid) suvarma sistemlərindən istifadəyə başlanılıb.
Bu barədə "Report"a Agentlikdən bildirilib.
Məlumata görə, bu texnologiyanın tətbiqi su itkisinin qarşısının alınmasında və suya qənaət edilməsində mühüm rol oynayacaq.
Texnologiyanın təqdimatında mobil suvarma sistemlərinin, eləcə də paralel istifadə olunan "Strip till" əkin texnologiyasının üstünlükləri barədə məlumat verilib, bu texnologiyalarla becərilən qarğıdalı sahəsinə, həmçinin "Mzuri" əkin texnikası ilə aparılan arpa səpininə baxış keçirilib.
Diqqətə çatdırılıb ki, "Mzuri"nin üstün cəhəti 4 prosesi (dərin yumşaltma, dərinlik boyu gübrə emalı, müxtəlif çeşidli toxumların dəqiq səpini və bərkidici çarxlarla toxumların basdırılması) eyni vaxtda yerinə yetirməsidir. Bu texnikanın istifadəsinin əsas məqsədi suya və yanacağa qənaət, torpağın münbit qatının qorunub saxlanılması və havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılmasıdır.
Ceyrançöldəki aqroparkın əkinə yararlı 4 000 hektar sahəsinin 1 428,6 hektarında pivot, 17,2 hektarında sprinkler, 40 hektarında damlama olmaqla ümumilikdə 1 485,8 hektarında əkin aparılıb. Bu il aqroparkda 421,6 hektar şəkər çuğunduru, 268 hektar qarğıdalı, 55,7 hektar soya, 341,6 hektar arpa, 24,6 hektar toxumluq xardal və 320 hektar ərzaqlıq buğda əkilib. Buğda üzrə orta məhsuldarlıq 5,4 ton olmaqla ümumilikdə 1 732 ton, arpa üzrə orta məhsuldarlıq 5 ton olmaqla, ümumilikdə 1 692 ton məhsul istehsal olunub. Soya üzrə məhsuldarlıq 2,1 ton olub.
Arpa biçinindən sonra 189 ha ərazidə təkrar qarğıdalı əkinləri aparılıb. Aqroparkda 71 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 739 Tarix: 16 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Sən xəstəsən!" - Tramp jurnalistə əsəbiləşdi
ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinin jurnalistinin səhhəti ilə bağlı sualına əsəbiləşib. Tramp hətta jurnalisti və onun çalışdığı media qurumunu sərt şəkildə tənqid edib. "Sən, xəstəsən! "Reuters" isə iyrəncdir. Sadəcə bu oğlana baxın, o, dəhşətli vəziyyətdədir"
30.10.2026 361 Arvadının xəyanətini görüb dəhşətli qətl törətdi
ABŞ-də xəyanətlə üzləşən kişi dəhşətli cinayət törədib. xarici mediaya istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də Kaliforniya ştatının Anahaym şəhərində qeydə alınıb. 34 yaşlı İsmayel Pinedalopes işdən evə tez qayıdarkən həyat yoldaşını 28 yaşlı Nikolas Qarsiya ilə yataq otağında görüb. Qarsiyanı
30.10.2026 330 Deşam dünyanın əfsanəvi klublarından birinin baş məşqçisi ola bilər
2026-cı ilin yayında ölkəsinin milli komandasının baş məşqçisi vəzifəsindən ayrılan məşhur fransız məşqçisi Didye Deşam tezliklə işə qayıda bilər. -ın xarici mediaya istinadən məlumatına görə, 2026-cı il Dünya çempionatından bəri işsiz qalan 58 yaşlı Deşam yaxın günlərdə çox cəlbedici bir təklif al
30.10.2026 326 Lavrov ABŞ-a gedib
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-a gedib. APA-nın Moskva bürosu xəbər verir ki, Lavrov Atlantada G20 Xarici İşlər Nazirlərinin görüşündə iştirak edəcək. Rusiya XİN rəhbərinin bir sıra rəsmi şəxslərlə, o cümlədən ABŞ dövlət katibi Marko Rubio ilə ikitərəfli danışıqları gözlənilir
30.10.2026 334 "Niyə Ağdamda mənə ev düşmür?" dedi - Sahibə Qafarova etiraz etdi
"Ağdamda atamın 6 otaqlı evi olub, amma 5 bacı, 2 qardaşıq və bizə Ağdamda ev düşmür". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. "Həmkarım Bəxtiyar Əliyevə və qardaşlarına da ev düşmür. Niyə? Ağdamda böyü
30.10.2026 338 Bu ölkədən ABŞ-a cavab: Putin uşaqları öldürən diktatordur
Diktatorlara yaltaqlanmaq yalnız alçaldılmağa gətirib çıxarır, belə olan halda azadlıq onsuz da itirilir. xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kristen Mixal deyib. "Estoniya da digər Baltikyanı ölkələr kimi, Rusiyadan gələn təhlükə barədə açıq danışır. Biz əvvəllər də bu mövqedə olmuşuq v
30.10.2026 362 Şəhid anası vəfat etdi
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca
30.10.2026 290 Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind
30.10.2026 372 Prezident onları təltif etdi - Adlar
Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər:
30.10.2026 316