Sahibə Qafarova: "Ermənistan separatizmi dəstəkləməyə davam edir"
"Beynəlxalq ictimaiyyət təcavüzkar separatizmə qarşı öz səsini ucaltmalı və belə qanunsuz fəaliyyətləri qəti şəkildə pisləməlidir. Sülh, firavanlıq və davamlı inkişafa can atan müasir dünyada separatizmə dözmək olmaz".
"Report" xəbər verir ki, bunu Kuba Respublikasında keçirilən G77+Çin Sammitinin ümumi müzakirələrində çıxışı zamanı Milli Məclisin sədri Sahibə Qafarova Ermənistanın regionda vəziyyəti gərginləşdirmək istiqamətində atdığı addımlar barədə danışarkən deyib.
Bu gün Azərbaycanın beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistanla normallaşma prosesi və sülh sazişinin imzalanması təşəbbüsü ilə çıxış etdiyini bildirən Milli Məclisin sədri, bunun regionda uzunmüddətli sülh və sabitliyə nail olmağın yeganə yolu olduğunu qeyd edib.
Spiker diqqətə çatdırıb ki, ölkəmizin proseslərə səmimi yanaşması, sadiqlik nümayiş etdirməsi fonunda Ermənistan əvvəllər əldə edilmiş razılaşmaları pozur, Azərbaycan ərazilərində separatizmi dəstəkləməklə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı hərbi-siyasi təxribatlarını davam etdirir:
"Bu yaxınlarda Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni qurumun keçirdiyi qondarma "prezident seçkisi" Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün növbəti dəfə aşkar şəkildə pozulması idi".
Milli Məclisin sədri qeyd edib ki, bu gün sülh və təhlükəsizlik olmadan davamlı inkişafa nail olmaq mümkün deyil. O, diqqətə çatdırıb ki, Azərbaycan 2020-ci ildə öz ərazilərini 30 illik erməni işğalından azad etdikdən sonra bu ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb:
"İndi bu, Azərbaycanın inkişaf prioritetinin əsas istiqamətlərindən biridir. İşğalın dağıdıcı təsirlərini nəzərə alsaq, biz kifayət qədər böyük problemlə üz-üzəyik, çünki 8 şəhər və yüzlərlə kənd, habelə bütün infrastrukturu sıfırdan qurmaq lazımdır. Lakin Azərbaycan böyük addımlar atır, ərazilərin azad edilməsindən keçən qısa müddət ərzində keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 462 Tarix: 16 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİki minillik təslim olma ənənəsi: Ağ bayrağın arxasındakı sirr
Döyüş meydanlarında təslim olmağın və qarşıdurmanı dayandırmağın universal simvoluna çevrilən ağ bayrağın iki min ildən artıq tarixi var. Qədim Roma və Çin mənbələrində bu ənənəyə rast gəlinir. Əsgərlərin fövqəladə vəziyyətlərdə boyasız parçalara asanlıqla çıxış əldə edə bilməsi isə ağ bayrağın geni
11.08.2026 258 Naxçıvanın gələcəyi: yol, logistika, sənaye və investisiya - Ekspert danışdı
"Prezident İlham Əliyevin Naxçıvana budəfəki səfəri sadəcə növbəti işgüzar səfər deyil. Bu səfər Naxçıvanın Azərbaycanın yeni iqtisadi, nəqliyyat və geosiyasi xəritəsində tutacağı yerin konturlarını daha aydın göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. Bu gün Naxçıvana yalnız Azərbaycanı
12:41 143 Gürcüstan Rusiyaya şərt qoydu: Diplomatik münasibətlər bərpa edilməyəcək
Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdığı müddətdə Gürcüstanla Rusiya arasında diplomatik münasibətlərin bərpası mümkün deyil. xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze -yə açıqlamasında bildirib. "Bu tanınma mövcud olduğu müddətdə diplomatik münasibətlər
11:46 140 Dünən dənizdə batan "Krosna"nın solisti imiş
Ötən gün Xəzər rayonunun Buzovna qəsəbəsində, ən yaxın xilasetmə məntəqəsindən 2 kilometr aralıda, dənizin nəzarətsiz ərazisində batan Seymur Allahverdiyev müğənni olub. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, S.Allahverdiyev "Krosna" qrupunun solisti kim
14:02 162 VIII Henri "ətir buludu"nun içində yaşayırmış: Səbəb heç də dəbdəbə olmayıb
İngiltərə kralı VII Henrix portretlərdə Tüdorlar dövrünün qüdrətini təcəssüm etdirən özünəinamlı və hökmran monarx kimi təsvir olunur. Lakin həyatının son illərində dəbdəbəli geyimləri ağır xəstəliyi gizlədib. Qaynarinfo Hamuesgyemant.hu saytına istinadən xəbər verir ki, kral ayaqlarında açıq yaralarda
11.08.2026 300 13 il əvvəl klinik ölüm yaşayan aktyor gördüklərini danışdı
13 il əvvəl klinik ölüm keçirən məşhur britaniyalı teatr aktyoru Şiv Qrual ölümə yaxın təcrübəsi barədə danışıb. xəbər verir ki, bu barədə "News18" məlumat yayıb. Məlumata görə, Qrual 2013-cü ilin fevralında ürək tutması keçirib. Həkimlər onu yalnız yeddi dəqiqədən sonra həyata qaytara biliblər
12:17 172 Tramp İrana qarşı yeni tələb irəli sürdü: "Kompensasiya istəyirəm"
ABŞ Prezidenti Donald Tramp İranın ABŞ-a, o cümlədən Amerika hərbçilərinin itkilərinə görə kompensasiya ödəməsini tələb etmək niyyətində olduğunu bildirib. xəbər verir ki, Ağ Ev rəhbərinin bu barədə bəyanatı "Truth Social" sosial media platformasında dərc olunub. Tramp qeyd edib ki, ABŞ-İra
11:53 141 "Ölənə qədər oxuyacağam"
"Bu il xaricə istirahətə getmədim. Rayonlarımızda dincəldim. Bəzi səbəblər oldu ki, xaricə çıxmadım. Qubada, İsmayıllıda, Qəbələdə oldum". Bu sözləri müğənni Manaf Ağayev Axşam.az-a açıqlamasında deyib. Sənətçi verilişlərdəki dəyişikliklərdən danışıb:. "Yaxşı ki, efirlə bağlı bu təmizliklə
12:14 172 Moskvada biznes tələsi - Elşad Mirbəşirli və vəkil aldadıldı
Milli Məclisin bundan əvvəlki çağırış deputatı Elşad Mirbəşirli Rusiyada iş qurmaq istəyərkən işə düşüb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, siyasətçi Moskvada məşhur "Food city" bazarında buzlu kola satışı biznesi qurmaq istəyərkən aldadılıb. Hazırda şikayətçi olduğu şəx
16:29 0