Oğlunu faciəli şəkildə itirdi, yoldaşı ona şər atdı, dəfninə heç kim gəlmədi - "Toylar kralı"nın inanılmaz həyat hekayəsi

Oğlunu faciəli şəkildə itirdi, yoldaşı ona şər atdı, dəfninə heç kim gəlmədi - "Toylar kralı"nın inanılmaz həyat hekayəsiBiG.AZ kulis.az-a istinadən Xalq artisti Səməd Səmədovun həyatı barədə maraqlı faktları təqdim edir.

Səməd Səmədov 1946-cı il, sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçüb. Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu kimi musiqi xadimləri ilə birgə Bülbül adına musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra A.Zeynallı adına Musiqi Məktəbinin nəzəriyyə sinfinə daxil olur.

Hərbi xidmətə yollanan Səməd xidməti başa vurub qayıtdıqdan sonra qonşuluğunda yaşayan Zərifə adlı qızdan xoşu gəldiyini hiss edir. On altı yaşı olan Zərifə ilə Səməd bir-birlərini sevirlər və ailə qurmaq qərarına gəlirlər. Ancaq ailələrinin etirazını nəzərə alan Səməd Zərifəni qaçırdır. Onlar ailə qururlar. Bu evlilikdən cütlüyün Emin adlı oğlu doğulur.

***

Yeddi ildən sonra isə cütlük yollarını ayırır. Səməd Səmədov İradə adlı xanımla, Zərifə xanım isə başqa bir bəylə ailə həyatı qurur. Müğənninin ikinci evlilikdən bir qız, bir oğul övladı dünyaya gəlir.

Müğənninin ilk evliliyindən olan oğlu Emin polis işləyir. Uzun illərdən sonra ilk dəfə atasını görməkdən ötrü onun evinə gedir, ancaq Səməd bəy oğlunu qarşılamaq üçün qapıya çıxmır. Peşman halda evlərinə qayıdan Emin anasına deyir:

"Sən ilk dəfə idi ki, mənim başımı yerə soxdun".

***

Emin ömrünün ən gözəl çağında, 24 yaşında dünyasını dəyişir. Onun ölümü barədə isə Zərifə xanım müsahibələrinin birində deyir:

"Oğlum bir qızın namusunu qorumaq üçün 47 dəfə bıçaqlanıb. Atası oğlumun ölümündən 3 gün sonra yasa qırmızı pencəklə gəldi".

Ancaq Səməd Səmədov müsahibələrinin birində deyir:

"O, xanım məni, xəstə atamı və oğlumu atıb cavan oğlana qoşulub getdi. Oğluma 10 yaşına kimi anamla mən baxmışam. Sizcə, hansı ata öz oğlunun yasına qırmızı geyinib gələ bilər? Canımın bir parçası olan övladımın ölümü məni necə sevindirə bilər? O ki qaldı oğlumun qəbrini ziyarət etməməyimə, mən çəkiliş qrupunu belə ora apardım. Oradakı molla bildirdi ki, Səməd müəllim ayda heç olmasa iki-üç dəfə oğlunun ziyarətinə gəlir. Onun həyat yoldaşını isə biz 8 il olar ki, burada görmürük. Oğlum Eminin qəbrini onun qırx mərasimi belə çıxmamış düzəltdirmişdim".

***

1988-ci ildən Səməd Səmədov toylarda çıxış edir. 1992-ci ildə, Eldar Mansurovun Firuz Dilənçinin "Qızlar" adlı şerinə bəstələdiyi mahnını ifa etdikdən sonra xeyli məşhurluq qazanır.

Məclislərin birində Xalq artisti İlhamə Quliyeva Səməd Səmədova "Toylar kralı" titulu verdiyini deyir. Bundan sonra, doğurdan da, hər kəs onu bu ləqəblə çağırmağa başlayır. Müğənniyə olan toy tələbatı da günü-gündən çoxalır.

***

Səməd Səmədov "Gözlər, gözlər", "Ad günü", "Nazlı yarım", "Qayıt gəl" mahnıları ilə məşhurluq qazanıb.

***

Müğənni haqqında ən çox gəzən söz-söhbətlərdən biri belə idi: o, əvvəllər müğənni kimi yox, toy məclislərində müğənnilərin köməkçisi kimi işləyib, onların musiqi alətlərini daşıyıb. Ancaq onun gənclik illərində toylarda mahnı ifa edərkən çəkdirdiyi şəkillər bu söhbətlərin əsassız olduğunu sübut edir.

Bir dəfə isə Səməd Səmədov efirdə Azərbaycan dövlət himninin müəlliflərini tanımır. Bu söhbətdən sonra əleyhinə danışanlar və yazanlar daha da çoxalır. "Dövlət himninin bəstəkarını tanımayan Xalq artisti" adlı yazılar yayılmağa başlayır.

***

Müğənni karyerası boyu Ruhəngiz Allahverdiyeva, Bəsti Bəkirova, Sevda Əliqızı ilə duetlər ifa edib. Onun ən uzunmüddətli dueti Sevda Əliqızı ilə olub.

24 iyul, 2021-ci ildə Səməd Səmədov 74 yaşında koronavirus səbəbi ilə müalicə aldığı xəstəxanada dünyasını dəyişir. Həmkarı Sevda Əliqızının sözlərinə görə, sənət dostları Cavanşir Məmmədov, Əli Mirəliyev və Ədalət Şükürovdan başqa heç kim müğənninin dəfninə gəlmir.

***

Onun ölümündən sonra Səməd Səmədovla ən çox mübahisəsi olan, onu müğənni hesab etmədiyini, Xalq artisti adının ona yaraşmadığını deyən müğənni Əli Mirəliyev Səməd Səmədov dünyasını dəyişəndən sonra açıqlama verərkən deyir:

"Onun sağlığında qədrini bilmədim. Səmədin ölümündən sonra bir müddət, ümumiyyətlə, efirlərə çıxmadım. Heç kimlə danışmadım, heç kimə heç nə demədim. Düz adam idi. Heç kimin etmədiyini etdi. Xəstəxanadan zəng edib deyib ki, mən koronayam, ölürəm, behi qaytarın. Hansı müğənni onu edərdi?"


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 3324   Tarix: 01 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Engin Altana ağır itki - Foto

Türkiyəli aktyor Engin Altan Düzyatana ağır itki üz verib. Axşam.az xəbər verir ki, aktyorun atası Mevlan Düzyatan 88 yaşında dünyasını dəyişib. Bu barədə aktyor özü sosial media hesabında yazıb. O, atasının sabah İzmirdə dəfn ediləcəyi bildirilib. Qeyd edək ki, Engin Altan Düzyatan sonuncu dəfə "Çö

25.10.2026 682
.

Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib

Xalq artisti Cavan Zeynalının başına bədbəxt hadisə gəlib. Qaynarinfo xəbər verir ki, cazmen yaşadığı mənzilin hamamında çimərkən yıxılıb. Nəticədə onun ayaq barmaqları əzilib. Cavan Zeynalı hadisə barədə məlumatı Qaynarinfo-ya təsdiqləyib. O bildirib ki, hadisə doğum günü ərəfəsində baş verib

13.10.2026 659
.

"Anamla atam ailə qurmağımı istəyir"

"25.10.25 - 25.10.26. Bir yaş daha. Oxuyacağım mahnılarım, quracağım xəyallarım, sarılacağım doğmalarım var. Şükürlərim çoxdur". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova sosial media hesabında yazıb. Ad günü olduğunu vurğulayan ifaçı bir ildir Bakıda yaşadıqlarını belə şər

25.10.2026 629
.

Bunun üçün 4 milyon ödəyib

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ 4 milyon lirə (təxminən 80 min manat) dəyərində xüsusi dizaynlı motosikleti ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, "Sabah" nəşrinin məlumatına görə, aktyor motosikletə aylarla növbə gözləyənlərdən fərqli olaraq, dünya çempionu Toprak Razqatlıoğlunun köməy

25.10.2026 524
.

Şəhriyardan Oksana ilə bağlı suala reaksiya

Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb. O, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:. "Oğluma çalışıram yaxşı ata olum. Yanında olmağa çalışıram. Anas

24.10.2026 443
.

Halit Ergenç və Məryəm Üzərli Misirdə

Məşhur aktyorlar Halit Ergenç və Məryəm Üzərli Misirdə keçirilən "El Gouna Film Festivalı"na birgə qatılıblar. Axşam.az xəbər verir ki, aktyorlar "İmrozda bahar" filminin dünya premyerasında iştirak ediblər. Ekran işi festivalın 9-cu buraxılışı çərçivəsində təqdim olunub. Qeyd edə

21.10.2026 611
.

"Sənət öyrədib, reklam etdiklərimin xəyanəti..."

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə xəyanətlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni xalqın sevgisini hər an hiss etdiyini bildirib. Sənətçi illərlə reklam edərək sənətin elit təbəqəsinə çatdırdığı insanların xəyanətinə baxmayaraq, tamaşaçı sevgisinin onun üçün xüsusi olduğun

25.10.2026 419
.

Ana olduqdan 9 ay sonra öldü

Müğənni Castin Biberin keçmiş sevgilisi, model Sahara Ray narkotik maddənin həddindən artıq dozada qəbul edilməsindən ölüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 34 yaşlı Sahara Ray oktyabrın 16-sı böyük dozada narkotik maddə qəbu

20.10.2026 940
.

Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"

Xalq artisti Röya Ayxan oğlu Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi yeganə övladının səhvlərini bağışladığını etiraf edib. "Oğluma heç vaxt demirəm ki, sən böyük oğlansan. Səhvlər edir, onu keçirəm. Çünki uşaqdır. Uşaq uşaqlığını yaşamalıdır" -deyə o qeyd edib. Ətraflı videoda:

23.10.2026 761
.