"Türkiyənin ölkəmizə mənəvi-siyasi dəstək verməsi terrorçuları narahat edir"-DEPUTAT

"Türkiyənin ölkəmizə mənəvi-siyasi dəstək verməsi terrorçuları narahat edir"-DEPUTATMəlum olduğu kimi Ankarada Türkiyə Böyük Millət Məclisinin yeni qanunvericilik ili üçün açılışına saatlar qalmış Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsinin giriş qapısı qarşısında bombalı hücum olub. Hücuma görə məsuliyyəti PKK-nın hərbi qanadı olan Xalq Müdafiə Mərkəzi öz üzərinə götürüb. Bəs Türkiyəyə edilən xain hücumun Azərbaycana, xüsusilə Qarabağ regionuna təsiri ola bilər?

Bununla bağlı BiG.AZ-a danışan deputat, siyasi şərhçi Elman Nəsirov deyib ki, Türkiyə Daxili İşlər Nazirliyinin Mühafizə Baş İdarəsində terror aktı baş verib. Terrorçuların hədəfi heç şübhəsiz hər zaman olduğu kimi siyasi məqsəd daşıyır: "Türkiyədə cənab Ərdoğanın yeritdiyi fəal daxili və xarici siyasətə qarşı bu addımı atırlar. Türkiyənin ali siyasi rəhbərliyi bəyan etmişdir ki, terrorçuluğa son qoymaq üçün çox ciddi həlledici addımlar atılacaq. Eyni zamanda, ölkə xaricində bu istiqamətdə fəal hərəkətlər baş verəcək. Görünür ki bu reallıqda terrorçuları "biz varıq" mesajını verirlər. Türkiyə güclü dövlətdir. Türkiyəyə qarşı belə terror hücumları ilə bu terror təşkilatları, qruplaşmalar heç bir şeyə nail ola bilməyəcəklər. Biz yaxın zamanlarda bu istiqamətdə çox həlledici uğurlarına şahidlik edə biləcəyik".

Deputat qeyd edib ki, terrorçuları narahat edən digər bir məqam Türkiyənin İkinci Qarabağ müharibəsində və Azərbaycan Silahlı Qüvvələrinin lokal antiterror əməliyyatlarında ölkəmizə növbəti dəfə mənəvi-siyasi dəstək verməsidir:

"Görünür ki, anti-Türk, anti-Azərbaycan dairələr bu vəziyyətdə revanşist addımlar atmaq istəyirlər. Terrorizm zəiflərin silahıdır. Onlar Türkiyə ilə üzbəüz mübarizə apara bilmirlər. Hesab edirəm ki, oktyabr ayında Azərbaycan və Ermənistan siyasi liderlərinin görüşü gözlənilir. Bu görüşə pərdə salmaq, Türkiyənin diqqətini öz daxili məsələlərinə qatmaq terror təşkilatlarının əsas hədəflərindən biridir. Ancaq bütün bunların heç biri gedən prosesə təsiri olmayacaq. Azərbaycan-Türkiyə qardaş dövlətləridir. Son lokal antiterror tədbirləri çərçivəsində Qarabağ iqtisadi rayonunda terror yuvasını darmadağın etdik. Görünür bütün reallıq terrorçu qruplaşmaları bir qədər hərəkətə gətirib. Onların bu addımın nəticəsi sıfıra bərabər olacaq".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2364   Tarix: 02 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama

2026-2027-ci tədris ili üzrə Azərbaycan Tibb Universitetində təhsilhaqları ötən illə müqayisədə ixtisasdan asılı olaraq 100-1500 manatadək azaldılıb. Bu barədə ATU-dan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, bu dəyişiklik dövlətin əhalinin sosial rifahının yaxşılaşdırılmas

10.08.2026 352
.

Sabah da yağış yağacaq

Avqustun 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanı

12:51 196
.

Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?

Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Mərasimd

16:02 159
.

Pentaqon rəsmisindən İsrailə güclü dəstək mesajı

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper qapalı görüş zamanı İsrail Müdafiə Qüvvələrinin (IDF) yüksək rütbəli komandirlərinə müraciət edərək ABŞ-ın İsrailə sadiqliyini ifadə edib. xəbər verir ki, "The Jerusalem Post" Kuperin müraciətinin mətnini dərc edib. "Birlikd

10:30 170
.

18 yaşında professor oldu - 300 illik rekordu yenilədi

18 yaşlı Florida sakini Natan Tomas 300 illik rekordu yeniləyərək tarixin ən gənc professoru olub. xəbər verir ki, bu barədə UPI məlumat yayıb. Ginnesin Rekordlar Kitabı 18 yaş 346 günlük Toması Mayami-Dade Kollecində tam professor vəzifəsinə təyin edildikdən sonra rəsmi olaraq dünyanın ən gənc kiş

11:28 193
.

Kayahanın "Gönül Köşkü" satılır - 130 milyona...

Türkiyənin məşhur müğənni və bəstəkarı Kayahan Açarın "Gönül Köşkü" satışa çıxarılıb. Türkiyə KİV-nə istinadla xəbər verir ki, Balıkesirin Gömeç rayonunda yerləşən mülk üçün satış dəyəri 130 milyon Türkiyə lirəsi müəyyən edilib. 2015-ci il aprelin 3-də vəfat edən Kayahanın həyatında xüsus

10.08.2026 314
.

Bakıda usta işlədiyi evdən 10 minlik qızıl oğurladı

Bakının Suraxanı rayonu ərazisində ev qarət olunub. DİN mətbuat xidmətindən -a verilən xəbərə görə, rayon sakinlərindən biri polisə müraciət edərək evindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən

18:15 1
.

"Həmin media materialının hazırlanması və yayılması ilə "FLAX" MMC-nin heç bir əlaqəsi yoxdur"

10 avqust 2026-cı il tarixində bir sıra media orqanlarında, o cümlədən "Toplummedia.tv" xəbər portalında, şirkətimizin Qırğızıstan Respublikasının İssık-Kul gölü sahilindəki və Zəngilan rayonundakı hotel layihələri üzrə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ilə yaşanan maliyy

12:47 205
.

Əti əvəz etmək mümkündürmü? - Mərci, soya, göbələk və digər alternativlər

"Tək bir qida məhsulu ətin orqanizm üçün təmin etdiyi bütün bioloji üstünlükləri tam şəkildə əvəz etmir. Ət əsasən yüksək keyfiyyətli zülal mənbəyi kimi qiymətləndirilir. Zülallar amin turşularından ibarətdir və insan orqanizmi 20 növ amin turşusundan istifadə edir. Onlardan 9-u əvəzolunmaz hesa

15:22 120
.

TOP MP3