Çin avtomobil festivalı yekunlaşdı, növbədə Yaponiyadır
Ötən həftə ölkəmizdə ilk dəfə olaraq, Çin avtomobilləri festivalı baş tutdu. Üç gün ərzində "Park Bulvar" ticarət və əyləncə mərkəzində keçirilən tədbirlərdə 15 mindən çox ziyarətçi iştirak etdi. Festivalda Changan, Faw, MG, Baic, Hongqi, Kaiyi, Skywell, Jetour, Leap, Geely, Chery, VGV, Haval, Jac markalarının Azərbaycanda rəsmi dilerləri ən son modellərini nümayiş etdirdi. Qeyd etməliyik ki, festival təkcə avtomobil sərgisindən ibarət deyildi. Paytaxt sakinləri və qonaqların mənalı istirahəti üçün maraqlı əyləncə proqramı təşkil olunmuşdu. Belə ki, festivalda tamaşaçılar üçün uduşlu müsabiqələr, ənənəvi Çin çay dəsgahı, uşaqlar üçün kompüter oyunları, Çin folklor musiqisi, Çin mifologiyası mövzusunda "Kospley-defile" də daxil idi.
Xatırladaq ki, yeni formatlı avto-şou Azərbaycan avtomobil dilerləri assosiasiyası (AADA) tərəfindən təşkil olunmuşdu. AADA 45-dən artıq avtomobil markasını ölkəmizdə təmsil edən rəsmi idxalçılar və yerli avtomobil istehsalçılarının ictimai birliyidiir. Təşkilat ölkədə sivil avtomobil biznesinin bərqərar olması, ölkə avtomobil parkının yenilənməsi istiqamətində araşdırmalar aparır, dünya avtomobil sənayesinin ən yeni məhsullarını nümayiş etdirmək üçün müxtəlif sərgilər və festivallar təşkil edir.
AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev məlumat verdi ki, son illərdə Azərbaycanda rəsmi təmsil olunan Çin avtomobil brendlərinin sayının sürətlə artması, əhalidə Çİn avtomobillərinə olan marağın yüksəlməsini nəzərə alaraq, assosiasiya China Auto Fest 2023 adlı tədbiri birinci növbədə təşkil etdi. Əslində isə bu festival böyük layihənin tərkib hissəsidir. Belə ki, bu həftə sonu 6-8 oktyabr tarixində eyni məkanda Yaponiya istehsalı olan ən yeni avtomobillər sərgilənəcək. Toyota, Mazda, Nissan, Subaru, Mitsubishi, Infiniti, Lexus, Honda modelləri ilə tanış olub, sınaq yürüşünə yazılmaq mümkün olacaq. Tamaşaçıları bu dəfə də parlaq əyləncə proqramı gözləyir: Yaponiya mətbəxindən başlayaraq, virtual avtoidman yarışları, "aykido" üzrə "master-klas", "anime-kospley-defile", saysız hesabslz mükafatlı müsabiqələr və s. Bu layihədə bizə dəstək olan tərəfdaşlarımıza təşəkkür edirəm.
AADA-nın mətbuat xidməti


















BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 822 Tarix: 03 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDirektor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı-Video
Bakının Səbail rayonu, Badamdar qəsəbəsində fəaliyyət göstərən "EOS uşaq inkişaf mərkəzi"ndə azyaşlılara qarşı fiziki zorakılıqla bağlı görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğl
15:12 255 Arvadının xəyanətini görüb dəhşətli qətl törətdi
ABŞ-də xəyanətlə üzləşən kişi dəhşətli cinayət törədib. xarici mediaya istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də Kaliforniya ştatının Anahaym şəhərində qeydə alınıb. 34 yaşlı İsmayel Pinedalopes işdən evə tez qayıdarkən həyat yoldaşını 28 yaşlı Nikolas Qarsiya ilə yataq otağında görüb. Qarsiyanı
18:30 1 Deşam dünyanın əfsanəvi klublarından birinin baş məşqçisi ola bilər
2026-cı ilin yayında ölkəsinin milli komandasının baş məşqçisi vəzifəsindən ayrılan məşhur fransız məşqçisi Didye Deşam tezliklə işə qayıda bilər. -ın xarici mediaya istinadən məlumatına görə, 2026-cı il Dünya çempionatından bəri işsiz qalan 58 yaşlı Deşam yaxın günlərdə çox cəlbedici bir təklif al
19:15 1 "Sən xəstəsən!" - Tramp jurnalistə əsəbiləşdi
ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinin jurnalistinin səhhəti ilə bağlı sualına əsəbiləşib. Tramp hətta jurnalisti və onun çalışdığı media qurumunu sərt şəkildə tənqid edib. "Sən, xəstəsən! "Reuters" isə iyrəncdir. Sadəcə bu oğlana baxın, o, dəhşətli vəziyyətdədir"
21:30 1 Oktyabrın son günü yağış yağacaq
Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy
12:49 256 Oğlunun həbsindən danışmadı - Amma Səbinə Əliyevanı dəstəklədiyini açıqladı
"Ombudsman vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə edildi. Ombudsman vəzifəsi ciddi bir təsisatdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə komitə sədrinin müavini Arzuxan Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqlar
11:00 262 Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa - Bakıya absurd ittihamlar
Türkiyə mediası və sosial şəbəkələrində Azərbaycan əleyhinə kampaniya səngimək bilmir. Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa. Dünəndən isə növbəti antiAzərbaycan dalğası başladılıb. Bundan əvvəlki dalğalar Azərbaycan-İsrail münasibətləri və "hicab" mövzuları üzərindən aparılırdı. Hə
19:00 1 İntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai
16:50 194 Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu
Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno
12:55 301