16 yaşlı oğlanın meyitini 1 gecə maşında saxlayıb, hələ işə də gedibmiş...

16 yaşlı oğlanın meyitini 1 gecə maşında saxlayıb, hələ işə də gedibmiş...Keçən ilin sentyabrında Bakıda 16 yaşlı Hüseynağa Şeydabəyovu qətlə yetirən və meyitini xeyli müddət avtomobilində saxladıqdan sonra "Sədərək" ticarət mərkəzinin ərazisində basdıran 1968-ci il təvəllüdlü Babək Quliyevin məhkəməsi başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə B.Quliyev Cinayət Məcəlləsinin 120.2.9 və 145.2.3-cü (köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə və qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndirilib.

Məhkəmə prosesində hadisənin təfərrüatı da məlum olub. Bildirilib ki, B.Quliyevin şəhərin mərkəzində və Bilgəh qəsəbəsində evləri olub. Onun ailə üzvləri, eləcə də 2007-ci il təvəllüdlü qızı vaxtaşırı Bilgəhdəki bağ evinə gedib orada qalırmış. Bu müddət ərzində B.Quliyev yeniyetmə qızının qonşuluqda yaşayan 2006-cı il təvəllüdlü Hüseynağa ilə münasibətinin yarandığını düşünüb. Hadisədən bir neçə gün əvvəl B.Quliyev oğlana zəng edərək xəbərdarlıq edib, həmçinin qızının telefonunu əlindən alıb. Bundan 10 gün sonra, yəni sentyabrın 6-da B.Quliyev gecə saatlarında Bilgəhdəki evinə gedib və həyətdə Hüseynağanı yaxalayıb. O, 16 yaşlı oğlanın əl-qolunu iplə, ağzını yapışqanlı lentlə bağlayaraq özünə məxsus "Toyota Prado" markalı avtomobilə qoyub və Albalılıq adlanan əraziyə aparıb. Burada B.Quliyev Hüseynağanı maşından endirərək ağızını açıb və onu sorğu-sual edib. Daha sonra o, 16 yaşlı oğlanı amansızlıqla döyüb və ölümünə tam əmin olmaq üçün sonda boğub.

Bundan sonra B.Quliyev qətlə yetirdiyi oğlanın meyitini maşına qoyub və yaşadığı evə gedib. O, avtomobildə meyit olması barədə heç kimə məlumat verməyib. Sentyabrın 7-də B.Quliyev işlədiyi "Sədərək" ticarət mərkəzinə gedib və günorta iş başa çatandan sonra Hüseynağanın meyitini oradakı çuxura atıb və traktorla üstünü torpaqla örtüb.

Hadisədən sonra H.Şeydabəyovun ailə üzvləri onun axtarışına çıxıblar. Onlar B.Quliyevin evinə gəliblər. Lakin B.Quliyev və ailə üzvləri Hüseynağanı görmədiklərini deyiblər. Polisin itkin kimi axtardığı şəxsin naməlum şəraitdə yoxa çıxması şübhələri Babək Quliyev istiqamətində artırıb və o, törətdiyi əməli etiraf edib. Ötən ilin 10 sentyabr tarixində o, saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda B.Quliyevə 18 il həbs cəzası təyin edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2120   Tarix: 03 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı-Video

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində fəaliyyət göstərən "EOS uşaq inkişaf mərkəzi"ndə azyaşlılara qarşı fiziki zorakılıqla bağlı görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğl

15:12 255
.

Arvadının xəyanətini görüb dəhşətli qətl törətdi

ABŞ-də xəyanətlə üzləşən kişi dəhşətli cinayət törədib. xarici mediaya istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də Kaliforniya ştatının Anahaym şəhərində qeydə alınıb. 34 yaşlı İsmayel Pinedalopes işdən evə tez qayıdarkən həyat yoldaşını 28 yaşlı Nikolas Qarsiya ilə yataq otağında görüb. Qarsiyanı

18:30 1
.

Deşam dünyanın əfsanəvi klublarından birinin baş məşqçisi ola bilər

2026-cı ilin yayında ölkəsinin milli komandasının baş məşqçisi vəzifəsindən ayrılan məşhur fransız məşqçisi Didye Deşam tezliklə işə qayıda bilər. -ın xarici mediaya istinadən məlumatına görə, 2026-cı il Dünya çempionatından bəri işsiz qalan 58 yaşlı Deşam yaxın günlərdə çox cəlbedici bir təklif al

19:15 1
.

"Sən xəstəsən!" - Tramp jurnalistə əsəbiləşdi

ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinin jurnalistinin səhhəti ilə bağlı sualına əsəbiləşib. Tramp hətta jurnalisti və onun çalışdığı media qurumunu sərt şəkildə tənqid edib. "Sən, xəstəsən! "Reuters" isə iyrəncdir. Sadəcə bu oğlana baxın, o, dəhşətli vəziyyətdədir"

21:30 1
.

Oktyabrın son günü yağış yağacaq

Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

12:49 256
.

Oğlunun həbsindən danışmadı - Amma Səbinə Əliyevanı dəstəklədiyini açıqladı

"Ombudsman vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə edildi. Ombudsman vəzifəsi ciddi bir təsisatdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə komitə sədrinin müavini Arzuxan Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqlar

11:00 262
.

Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa - Bakıya absurd ittihamlar

Türkiyə mediası və sosial şəbəkələrində Azərbaycan əleyhinə kampaniya səngimək bilmir. Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa. Dünəndən isə növbəti antiAzərbaycan dalğası başladılıb. Bundan əvvəlki dalğalar Azərbaycan-İsrail münasibətləri və "hicab" mövzuları üzərindən aparılırdı. Hə

19:00 1
.

İntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai

16:50 194
.

Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu

Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno

12:55 301
.