İlkin Süleymanovun şikayəti üzrə məhkəmə başlayıb, vəsatətləri təmin edilməyib

İlkin Süleymanovun şikayəti üzrə məhkəmə başlayıb, vəsatətləri təmin edilməyibTovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi birinci instansiya məhkəməsinin hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarov sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

Daha sonra İlkin Süleymanovun vəkili Əlibaba Rzayev vəsatətlə çıxış edərək apellyasiya şikayətinin istintaq yolu ilə araşdırılmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Hakim qeyd edib ki, zərurət yaranarsa, vəsatət veriləcəyi təqdirdə yenidən baxıla bilər.

Əlibaba Rzayev daha sonra İlkin Süleymanovun barəsində həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsini istəyib. O bildirib ki, müvəkkili 4 ilə yaxındır azadlıqdan məhrum edilib:

"Biz düşünürük ki, bu işdə İlkin Süleymanovun heç bir təqsiri yoxdur və barəsində bəraət hökmü çıxarılacaq. Lakin müvəkkilimin 4 ildir hüquqları pozulur və ev dustaqlığına buraxılaraq məhkəmənin davam etməsi onun hüquqlarının müəyyən qədər bərpası olar".

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə baxışı oktyabrın 17-ə təyin edilib.

Xatırladaq ki, İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. O, barəsindəki hökmün ləğv edilməsini və bəraət hökmünün verilməsini istəyib.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N. Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1211   Tarix: 03 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ombudsman vəzifəsinə 3 namizəd irəli sürüldü

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. Qaynarinfo xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən Əliyeva Səbinə Yaşar qızı, Qaracayev Ceyhu

10:23 222
.

Oğlunun həbsindən danışmadı - Amma Səbinə Əliyevanı dəstəklədiyini açıqladı

"Ombudsman vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə edildi. Ombudsman vəzifəsi ciddi bir təsisatdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə komitə sədrinin müavini Arzuxan Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqlar

11:00 262
.

Tarixdə ilk yaşıl ulduz aşkarlandı

Astronomlar qeyri-adi yaşıl çalara malik ola bilən ağ cırtdan müəyyən ediblər. Araşdırma göstərir ki, bu ulduz qalıqlarının rəngi yalnız temperaturdan deyil, atmosferlərinin kimyəvi tərkibindən də asılıdır. xəbər verir ki, alimlər Yerə yaxın 151 ağ cırtdanı araşdırıblar. Onların diqqətini xüsusilə W

20:00 0
.

Oktyabrın son günü yağış yağacaq

Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

12:49 256
.

İntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai

16:50 194
.

Pentaqondan NATO müttəfiqlərinə Rusiya ilə bağlı çağırış

Pentaqon bir neçə NATO üzvü olan ölkədən Rusiyaya qarşı ritorikalarını yumşaltmağı xahiş edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Məlumata görə, Litva, Latviya və Estoniya ABŞ-dan ictimai açıqlamalarını məhdudlaşdırmaqla bağlı mesaj alan ölkələr sırasındadır. Bu çağırışla

11:08 218
.

Papa XIV Leo ABŞ-da keçiriləcək seçkilərdə səs vermək istəyir

ABŞ-ın İllinoys ştatında qeydiyyatda olan seçici Papa XIV Leo ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdə iştirak etmək üçün poçt vasitəsilə səsvermə bülleteni tələb edib. xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb. Katolik Kilsəsinin rəhbəri səsvermə bülleteni ilə bağlı müraciətin

10:26 183
.

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video

"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni

16:00 208
.

Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb

Oktyabrın 30-da Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr

14:19 201
.