"Sarkisyan və Köçəryan gec-tez Azərbaycan məhkəməsi qarşısında cavab verəcək" - AÇIQLAMA

"Sarkisyan və Köçəryan gec-tez Azərbaycan məhkəməsi qarşısında cavab verəcək" - AÇIQLAMAXəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş "prezidenti" Araik Arutyunyanı saxlayıblar. Qondarma rejimin keçmiş "prezidenti" törətdiyi cinayət əməllərinə görə barəsində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətirilir. Qarabağda kütləvi terror aktları törədən cinayətkarlardan biridə Xocalı soyqırımının qatili, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyandır. Bəs Serj Sarkisyan törədiyi cinayət əməllərinə görə Azərbaycana gətirilə bilər?

Bununla bağlı BiG.AZ-a danışan "Konstitusiya Araşdırmaları" Fondunun prezidenti, ədliyyə naziri yanında ictimai komitənin üzvü Əliməmməd Nuriyev deyib ki, nəzəri baxımından Serj Sarkisyanın həbs edilib Azərbaycana gətirilməsi mümkündür. Eyni zamanda o şəxs insanlıq əleyhinə olan cinayətlərdə ittiham olunur:

"Heç şübhəsiz ki, bu cinayətlərin daimi olaraq əməllərinə görə məsuliyyət ilə bağlı müddət yoxdur. Yəni müddətsiz cinayətlərdir. Çünki insanlıq və bəşəriyyət əleyhinə, müharibə cinayətləridir. Bununla bağlı, nə zaman onlar ələ keçiriləcəksə, onları saxlamaq mümkündürsə hər zaman cinayət məsuliyyətinə cəlb etmək mümkündür. Bu baxımdan cinayət məsuliyyətinə cəlb etmə müddəti yoxdur. Yəni hansısa müddət baxımından başa çatsın. Digər tərəfdən Azərbaycan - Ermənistan arasında cinayətkarın verilməsi, ekstradisiya edilməsi ilə bağlı hər hansı bir müqavilə yoxdur. Ona görə bu müqavilə olmadığı üçün belə bir öhdəlik yoxdur. Həm inanmıram ki, Ermənistanın öz vətəndaşını- Sarkisyan, Köçəryanı Azərbaycana vermiş olsunlar".

O bildirib ki, gələcəkdə sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşması ilə şübhəsiz ki, bu hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsinə gətirib çıxara bilər: "Bu gün praktik baxımından onların ölkəyə gətirilməsi ilə bağlı çox ciddi problemlər var. Bu məsələyə Ermənistan cəmiyyəti, dövləti fərqli yanaşır. Onlar tərəfindən həmin cinayətkarların verilməsi məsələsini hazırkı şərtlər daxilində biraz real hesab etmirəm. Amma əlbəttə ki, biz hər zaman harada olmasından asılı olmayaraq bəşəriyyət və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxsləri hər zaman məsuliyyətə cəlb etmək hüququmuz var. Hal-hazırda onların saxlanılması ilə bağlı mümkünsüz olduğu üçün cinayət işi dayandırılıb. Lakin müvafiq istintaq hərəkətləri davam etdirilir. Hansı ölkədə olmasından asılı olmayaraq Azərbaycan tərəfi həmin ölkələr ilə bağladığı "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" müqaviləyə əsasən, onlar bu cinayətkarları verə bilərlər. Eyni zamanda, Azərbaycan şəxslərin verilməsi, ekstradisiyası ilə bağlı Avropa Konvensiyasına qoşulub. Bu konvensiyada bir sıra öhdəliklər var. Həmin öhdəliklərə görə, hansı ölkədə cinayətdə ittiham olunan şəxs varsa verilməlidir. Çox təəssüf ki, bir çox hallarda belə məsələlərdə ölkələr tərəddüd edirlər. Eyni zamanda, həmin şəxslər Azərbaycan tərəfindən interpola verilib. Amma bunun reallıqda necə olub olmaması ilə bağlı problemlər var".

Əliməmməd Nuriyev qeyd edib ki, bütün hallarda cinayətkarlar həbs olunacaqlar. Müharibə cinayətini törətmiş Köçəryan və Sarkisyan Bako Saakyan və digər şəxslər kimi saxlanılacaq:

"Hazırda saxlanılan separatçıların rəhbərləri müharibə cinayəti törətməkdə, terrorizmin maliyyələşdirməsi maddələri ilə ittiham olunurlar. Onlar ilə bağlı müvafiq istintaq hərəkətləri gedir. Yəqin ki cinayət rəqibləri başa çatdıqdan sonra məhkəmə qarşısında dayanacaqlar. Onlarda həmçinin belə bir gün gözləyir. Çünki ilahi ədalət və hüquqi məsuliyyət deyilən bir məsələ var. Bu şəxslər əməllərinə görə məsuliyyətə cəlb ediləcəklər. Onlar bir gün Azərbaycan məhkəməsi qarşısında dayanacaqlar. İndi bu gün baş verməsə də zamana ehtiyac var. Belə bir fikir yaranmışdı ki, Arayik Arutyunyan, Bako Saakyan və digərlərinin saxlanılmaq imkanları yoxdur. Zaman artıq dəyişdi. Cənab Prezident hər zaman deyib ki, Azərbaycan xalqına, insanlıq əleyhinə müharibə cinayəti törətmiş şəxslər gec-tez Azərbaycan məhkəmələri qarşısında çıxacaqlar. Bu proses baş verir və əminəm ki, nə vaxtsa Köçəryan və Sarkisyan bu taleyi ilə rastlaşacaqlar".

Qeyd edək ki, Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), "Daşnakasutyun" partiyasının "Qarabağ təmsilçisi" və separatçı rejimin keçmiş "parlament sədri" David İşxanyan da törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan DTX tərəfindən Bakıya gətiriliblər.

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2663   Tarix: 04 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ombudsman vəzifəsinə 3 namizəd irəli sürüldü

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. Qaynarinfo xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən Əliyeva Səbinə Yaşar qızı, Qaracayev Ceyhu

10:23 222
.

Oğlunun həbsindən danışmadı - Amma Səbinə Əliyevanı dəstəklədiyini açıqladı

"Ombudsman vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə edildi. Ombudsman vəzifəsi ciddi bir təsisatdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə komitə sədrinin müavini Arzuxan Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqlar

11:00 262
.

Tarixdə ilk yaşıl ulduz aşkarlandı

Astronomlar qeyri-adi yaşıl çalara malik ola bilən ağ cırtdan müəyyən ediblər. Araşdırma göstərir ki, bu ulduz qalıqlarının rəngi yalnız temperaturdan deyil, atmosferlərinin kimyəvi tərkibindən də asılıdır. xəbər verir ki, alimlər Yerə yaxın 151 ağ cırtdanı araşdırıblar. Onların diqqətini xüsusilə W

20:00 0
.

Oktyabrın son günü yağış yağacaq

Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

12:49 256
.

İntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai

16:50 194
.

Pentaqondan NATO müttəfiqlərinə Rusiya ilə bağlı çağırış

Pentaqon bir neçə NATO üzvü olan ölkədən Rusiyaya qarşı ritorikalarını yumşaltmağı xahiş edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Məlumata görə, Litva, Latviya və Estoniya ABŞ-dan ictimai açıqlamalarını məhdudlaşdırmaqla bağlı mesaj alan ölkələr sırasındadır. Bu çağırışla

11:08 218
.

Papa XIV Leo ABŞ-da keçiriləcək seçkilərdə səs vermək istəyir

ABŞ-ın İllinoys ştatında qeydiyyatda olan seçici Papa XIV Leo ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdə iştirak etmək üçün poçt vasitəsilə səsvermə bülleteni tələb edib. xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb. Katolik Kilsəsinin rəhbəri səsvermə bülleteni ilə bağlı müraciətin

10:26 183
.

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video

"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni

16:00 208
.

Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb

Oktyabrın 30-da Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr

14:19 201
.