Ölkəmizdə kosmik sahənin inkişafına yeni təkan verəcək konqress

Ölkəmizdə kosmik sahənin inkişafına yeni təkan verəcək konqressOktyabrın 2-də Azərbaycan daha bir qlobal tədbirə – 74-cü Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi etməklə dünyanın diqqət mərkəzindədir. Tədbirdə 100-dən artıq ölkədən 5000-dən çox nümayəndə iştirak edib. Bu, Konqresin əhəmiyyətini və dünyada bu sahəyə olan marağın miqyasını göstərir. Təbii ki, müxtəlif ölkədən bu qədər qonağın Azərbaycana gəlməsi ölkəmizin dünyada daha yaxından tanınmasına, təbliğinə, turizmin inkişafına şərait yaradacaq. Həmçinin kosmik sahədə yeni-yeni nailiyyətlərin qazanılmasında, müasir texnologiyaların tətbiqində və inkişafında ölkəmiz üçün rolu böyükdür. Tədbirin Bakıda təşkil olunması həm də gənclərimizin kosmik sahəyə marağının artmasına, onların bu istiqamətdə maariflənməsinə hərtərəfli kömək edəcəkdir. Məlumdur ki, Azərbaycan 2013-cü ildə "Azerspace-1" telekommunikasiya, 2014-ci ildə "Azersky" Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə "Azerspace-2" telekommunikasiya peykini orbitə çıxarmaqla dünya kosmos ailəsinin üzvünə çevrilib. Bu, ölkəmizin iqtisadi qüdrətinin və yeni texnologiyalar sahəsində əldə olunan uğurlarının davamı kimi, milli təhlükəsizliyimizə, sosial-iqtisadi inkişafa böyük töhfələr verir, bu sahədə elmi tədqiqatların aparılmasına şərait yaradır.
Azərbaycan artıq xeyli müddətdir dünyada siyasi, iqtisadi və digər mövzularda qlobal tədbirlərin keçirildiyi mərkəz rolunu yerinə yetirir. Ölkəmiz onlarla beynəlxalq sammitə, qlobal xarakterli layihələrin müzakirə olunduğu toplantılara, böyük idman yarışlarına ən ali səviyyədə ev sahibliyi etməyi bacarıb. Bu sahədə geniş təcrübə qazanan Azərbaycan beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən nümunə göstərilir, təşkilatçılığı yüksək qiymətləndirilir. Təbii ki, belə tədbirlərin harada keçiriləcəyi təsadüfi seçim əsasında aparılmır. Təşkilatçılar tədbirin yeri barədə müzakirələr və təhlillər aparır, həmin ölkənin potensialı və təcrübəsi dəyərləndirilir və yekun qərar verilir. Bu, onu göstərir ki, Azərbaycandakı siyasi sabitlik, bütün sahələri əhatə edən davamlı inkişaf, həmçinin beynəlxalq miqyasda qazanılan nüfuz ölkəmizdə bu cür mötəbər tədbirlərin keçirilməsinə imkan verir.
Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edən dövlətimizin başçısı cənab İlham Əliyev ölkəmizin bütün istiqamətlərdə əldə etdiyi nailiyyətlərdən, siyasi-iqtisadi qüdrətindən, dünyada sülh və təhlükəsizliyə göstərdiyi dəstəkdən, həmçinin kosmik sahənin inkişafına verdiyi töhfələrdən danışaraq ölkəmizin qlobala əhəmiyyətini iştirakçıların diqqətinə çatdırdı: "Həqiqətən də, bu gün Azərbaycanın dünya üçün nə qədər vacib ölkə olduğu göz qabağındadır. Çox da uzağa getməyək, ölkəmizin enerji siyasətinə nəzər salaq. Artıq bu siyasət ölkəmizin sərhədlərini aşaraq Avropanın içərilərinə qədər irəliləyib və əhəmiyyətli bir missiyanı icra edir. Tədbirdə Prezidentimizin son 20 ildə iqtisadi göstəricilərlə bağlı səsləndirdiyi rəqəmlər isə bir daha sübut etdi ki, Azərbaycan davamlı inkişaf yolu tutub və daim irəli gedir".

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 630   Tarix: 04 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ombudsman vəzifəsinə 3 namizəd irəli sürüldü

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. Qaynarinfo xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən Əliyeva Səbinə Yaşar qızı, Qaracayev Ceyhu

10:23 222
.

Oğlunun həbsindən danışmadı - Amma Səbinə Əliyevanı dəstəklədiyini açıqladı

"Ombudsman vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə edildi. Ombudsman vəzifəsi ciddi bir təsisatdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə komitə sədrinin müavini Arzuxan Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqlar

11:00 262
.

Tarixdə ilk yaşıl ulduz aşkarlandı

Astronomlar qeyri-adi yaşıl çalara malik ola bilən ağ cırtdan müəyyən ediblər. Araşdırma göstərir ki, bu ulduz qalıqlarının rəngi yalnız temperaturdan deyil, atmosferlərinin kimyəvi tərkibindən də asılıdır. xəbər verir ki, alimlər Yerə yaxın 151 ağ cırtdanı araşdırıblar. Onların diqqətini xüsusilə W

20:00 0
.

Oktyabrın son günü yağış yağacaq

Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

12:49 256
.

İntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai

16:50 194
.

Pentaqondan NATO müttəfiqlərinə Rusiya ilə bağlı çağırış

Pentaqon bir neçə NATO üzvü olan ölkədən Rusiyaya qarşı ritorikalarını yumşaltmağı xahiş edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Məlumata görə, Litva, Latviya və Estoniya ABŞ-dan ictimai açıqlamalarını məhdudlaşdırmaqla bağlı mesaj alan ölkələr sırasındadır. Bu çağırışla

11:08 218
.

Papa XIV Leo ABŞ-da keçiriləcək seçkilərdə səs vermək istəyir

ABŞ-ın İllinoys ştatında qeydiyyatda olan seçici Papa XIV Leo ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdə iştirak etmək üçün poçt vasitəsilə səsvermə bülleteni tələb edib. xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb. Katolik Kilsəsinin rəhbəri səsvermə bülleteni ilə bağlı müraciətin

10:26 183
.

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video

"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni

16:00 208
.

Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb

Oktyabrın 30-da Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr

14:19 201
.