Qarabağımızın Xankəndi şəhərində Pedaqoji Universitetinin fəaliyyəti bərpa olunacaqdır

Qarabağımızın Xankəndi şəhərində Pedaqoji Universitetinin fəaliyyəti bərpa olunacaqdırXalqımızın Ümummilli lideri Heydər Əliyev vaxtilə Azərbaycan Pedaqoji İnstitutu haqqında o cümlədən aşağıddakıları qeyd edib:" Azərbaycan Pedaqoji İnstitutu böyük və çətin yol keçmişdir. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, institut xalq maarifi üçün yüksək ixtisaslı kadrlar ocağına çevrilmişdir. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. İndiyə qədər yaranmış təməlin üzərində dayanan Azərbaycan təhsili bundan sonra daha da təkmilləşəcəkdir. Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hislərinə malik olan insanlardır".

Tarixi mənbələr təsdiq edir ki, Azərbaycanda Ali Pedaqoji İnstitutu Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun 1921-ci il avqustun 26-da imzaladığı 66 saylı dekretlə yaradılıb. Azərbaycan Xalq Komissarları Sovetinin 26 avqust 1921-ci il tarixli 66 saylı dekretində qeyd edilirdi:

"Respublikanı vahid əmək məktəbi ideyasını həyata keçirə biləcək yüksək ixtisaslı maarif işçiləri ilə təmin etmək məqsədi ilə ASSR Xalq Komissarları Soveti qərara alır: "Bu ilin sentyabrın 1-dən etibarən Bakı şəhərində dövlət dili olan türk dilində xüsusi olaraq II dərəcəli məktəblər üçün müəllimlər hazırlayacaq ilk Azərbaycan Dövlət Pedaqoji Kişi İnstitutu təsis edilsin. Dekret dərc edildikdən sonra İnstitutun təşkilinə başlansın".

Ali Pedaqoji İnstitutunun Nizamnaməsi hələ xeyli əvvəl - Xalq Maarif Komissarlığının Kollegiyası tərəfindən 13 iyun 1921-ci il tarixdə təsdiq edilib. Nizamnamədə qeyd edilirdi ki, yeni yaranmış institutun vəzifəsi orta məktəblərdə Azərbaycan dilində dərs deyən ixtisaslı müəllimlər hazırlamaqdır. Bakıda 1921-ci ildə ilk Azərbaycan Dövlət Pedaqoji Kişi İnstitutu təsis edildikdən sonra Azərbaycanın pedaqoji kadrlara olan ehtitacını ödəməkdən ötrü ölkəmizin bölgələrində Azərbaycan Pedaqoji İnstitutunun filialları yaradılmağa başlandı. 1968-1969-cu tədris ilində Azərbaycan Pedaqoji İnstitutunun Xankəndi filialı yaradıldı. Sonrakı illərdə Azərbaycan SSR Nazirlər Sovetinin 28 noyabr 1973-cü il tarixli 377 saylı qərarına uyğun olaraq V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Xankəndi filialı əsasında Pedaqoji institutu təşkil edildi. Azərbaycan SSR Nazirlər Sovetinin qəbul etdiyi həmin qərarın layihəsi 1973-cü il noyabrın 19-da Azərbaycan KP MK Bürosunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin iştirakı ilə keçirilmiş iclasda baxılıb və layihə bəyənilib. Həmin İnstitutda tələbələrin təhsili Azərbaycan,rus və erməni dillərində aparılırdı. Qarabağın azğınlaşmış millətçi erməni-neodaşnak qüvvələri və onların havadarları tərəfindən işğal olunmasına qədər həmin institutda Azərbaycan və erməni sektoru da fəaliyyət göstərirdi.

1973-1988-ci illərdə Xankəndi Pedaqoji İnstitutunda 3 minə yaxın müəllim kadrlar hazırlandı. 1974-1988-ci illərdə ədəbiyyatşünas alim, professor Nəcəf Quliyev Xankəndi Pedaqoji İnstitutunun prorektoru vəzifəsində çalışıb. 1988-ci ildə Xankəndi Pedaqoji İnstitutunda mövcüd olmuş 10 kafedrada 4-ü elmlər doktoru, 36 nəfəri isə elmlər namizədi, dosent olmaqla 102 müəllim fəaliyyət göstərirdi. Aspirantura hazırlığı keçən 17 gənc tədqiqatçı isə dissertasiya müdafiəsi ərəfəsində olublar

1988-ci ildə erməni- daşnak millətçi qüvvələri tərəfindən Qarabağda milli münasibətlər qızışdırırılaraq gərginləşdirildi. Seperatizm hərəkatı inkişaf etdirildi və nəticəsində 1988-ci il mayın 16-da institutun Azərbaycan bölməsinin müəllim və tələbələri ağır fiziki və mənəvi təzyiqlər altında Xankəndi şəhərini tərk etməyə məcbur oldu. Bununla da, Xankəndi Pedaqoji İnstitutu özünün köçkünlük həyatını yaşamağa başladı. Moskvadakı Mərkəzi Hakimiyyət tərəfindən isə erməni millətçilərinin bu cür qanunsuz və dağıdıcı fəaliyyətinin qarşısının alınmasına dair heç bir səy göstərilmədi. Əksinə,1973-cü ildə Xankəndi Pedaqoji İnstitutunun yaranması haqda qərarı Azərbaycanın Nazirlər Soveti verdiyi halda, bu İnstitutun sonrakı fəaliyyəti ilə əlaqədar SSRİ Nazirlər Soveti tərəfindən çox yanlış və müəmmalı qərarlar qəbul edilməyə başlandı. Belə ki, SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov tərəfindən 1988-ci ilin oktyabr ayında Xankəndi Pedaqoji İnstitutunun iki il müddətinə bağlanması haqqında qərar imzalandı. Həmin qərarda İnstitutun Azərbaycan şöbəsinin Gəncəyə, erməni şöbəsinin isə Ermənistanın rayonlarına köçürülməsi əks olunurdu. Bu qərarın verilməsi ilə ermənilər xislətlərinə uyğun olaraq növbəti hiyləgərliklərə əl atdılarlar. Onların əsas məqsədi Xankəndi şəhərindən azərbaycanlıları, institutun azərbaycanlı kollektivini uzaqlaşdırmaq idi ki, onlar da buna nail ola bildilər. Beləliklə,1988-ci ilin noyabr ayından Xankəndi Pedaqoji İnstitutu fəaliyyətini Gəncə şəhərində davam etdirdi. Ermənilər isə nail olduqları qərarın özlərinə aid olan bəndlərinə əməl etməyərək təhsillərini Xankəndi şəhərində davam etdirdilər.

Gəncədə bir illik fəaliyyətdən sonra İnstitutun müəllim və tələbələri respublika rəhbərliyi və müvafiq qurumlar qarşısında Xankəndi Pedaqoji İnstitutunun Qarabağ ərazisində, Şuşada fəaliyyətini davam etdirməsi ilə bağlı təşəbbüs qaldırdılar.Həmin təklif qəbul olunaraq İnstitutun Şuşa şəhərində fəaliyyət göstərməsinə razılıq verildi. İnstitut üçün Şuşada yer ayrıldı, onun maddi-texniki bazasının yaradılması üçün Nazirlər Soveti tərəfindən lazım olan vəsaitin ayrılması haqqında qərar verildi. Lakin təəssüflər olsun ki, bu məsələdə müvafiq qurumlar tərəfindən növbəti bir yanlışlığa yol verildi. Həmin İnstitut Şuşada Xankəndi Pedaqoji İnstitutu kimi deyil, Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Şuşa filialı kimi fəalliyyət göstərməyə başladı. Bununla da Xankəndi Pedaqoji İnstitutunun adının üstündən sanki xətt çəkildi, Azərbaycan tərəfi rəsmi olaraq bu təhsil ocağını ləğv etdi. Ermənilər Xankəndi Pedaqoji İnstitutunun adını dəyişib, "Artsax Dövlət Universiteti" qoyduğu halda, bizim müvafiq təşkilatlar müstəqil institutu filiala çevirib, Xankəndi sözünü onun qarşısından götürdülər. Xankəndi Pedaqoji İnstitutu enişli-yoxuşlu yollar keçmiş, hətta filiala çevrildikdən sonra da Şuşada fəaliyyəti mümkünsüz olub. Şuşanın işğalından sonra növbəti məkanda, Ağcabədidə fəaliyyət göstərib.

Xankəndi Pedaqoji İnstitutunun bir sıra məzunları, o cümlədən tanınmış qələm sahibləri əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru Hikmət Xudiyev (Cəmilzədə), əməkdar müəllim, yazıçı-publisist Səxavət Tağlar, elm və təhsil ictimaiyyətində tanınmış alimlər, tarix elmləri doktorları, professor Adil Baxşəliyev, professor Şirxan Səlimov, professor Şikar Qasımov, filologiya elmlər doktoru Arzu Hüseynova, təhsil qabaqcılları Vahid Tağıyev, Esmira Cəfərova, Nazim Xudiyev, Rəhim Zalov, Gültəkin Ağayeva, Aybəniz Həsənova, Gülyaz Əliyevə, Aydın Əliyev və digərləri məhz Xankəndi Pedaqoji İnstitutunun məzunlarındandır.

Güman edirəm ki, 44 günlük Vətən Müharibəsində xalqımızın qalib gəlməsi ilə işğaldan azad olunmuş ərazilər abadlaşdırıldıqdan sonra Qarabağımızın Xankəndi şəhərində Xankəndi Pedaqoji İnstitutunun da fəaliyyəti bərpa olunacaqdır.

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2911   Tarix: 13 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi yaddaşında əbədi yaşayacaq qələbə salnaməsi

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar sadəcə təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın taleyini, milli iradəsini, mübarizə əzmini və gələcəyə baxışını özündə birləşdirir. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Milli Qurtuluş Günü deyil, məhz 15 May - Şuşa Şəhəri Günü Azərbaycanı

10:11 140
.

Məşq zamanı vəfat edən Rəsulun fotosu

İdman zalında qəfil vəfat edən Rəsul Nəsibovun fotosu yayılıb. fotonu təqdim edir:. 16:26. Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında

29.10.2026 475
.

Melaniya Tramp Aleşkidə ABŞ jurnalistlərinin müşahidəçi kimi iştirakını təsdiqləyib

ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya və Ukrayna tərəflərinin iştirakı ilə Xerson vilayətinin Aleşki şəhərində keçiriləcək humanitar missiyanı ABŞ jurnalistlərinin müşahidə edəcəyini təsdiqləyib. xəbər verir ki, Melaniya Tramp bu barədə "X" sosial şəbəkəsində Rusiya Prezidentinin beynəlxal

29.10.2026 312
.

Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video

Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı daha bir təfərrüat məlumat olub. Xəzər TV-yə istinadən xəbər verir ki, uşağın anası Ayşən İsmayılova övladının dayənin nəzarətsizliyi səbəbindən bir neçə dəfə yıxıldığını iddia edir. "Mən uşağımı canlı verdim, ölü aldım. Uşağım yıxılıb

29.10.2026 451
.

Putin Makron və Merzlə telefon danışığına hazırdır

Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merzlə telefon danışığı aparmağa hazırdır. xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun açıqlamasını jurnalist Aleksandr Yunaşev "Telegram" kanalında yayımlayıb

11:00 135
.

Ürəyi "öldürən" qidaların qara siyahısı

Gündəlik qidalanma ürək və damar sağlamlığına təsir göstərir. Duz, doymuş yağ və əlavə şəkərlə zəngin məhsulların tez-tez, çox miqdarda istehlakı yüksək təzyiq, xolesterin və artıq çəki kimi risk amillərini artıra bilər. xarici mediaya istinadla kardioloqların öz rasionlarında məhdudlaşdırdıqları qidala

29.10.2026 406
.

Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəmısinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti olaraq məhrum edilib. "Yeni Sabah" -ya istinadla bildirir ki, məhkəməyə sədrlik edən hakim hökmdən əvvəl ondan son sözünü deməsini təkli

29.10.2026 540
.

Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlılıq prinsipi önə çəkildi

Prezident İlham Əliyevin oktyabrın 30-da Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandırması ilə əlaqədar Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramovun təmsil etməsi qərarını diplomatik təcrübə və qarşılıqlılı

11:52 87
.

Ceyranbatanda məktəblilər popkorndan zəhərlənib? - Rəsmi açıqlama+Yenilənib

Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. BİG.AZ -a istinadən xəbər verir ki, hazırda əraziyə təcili tibbi yardım cəlb olunub. Onların popkorndan zəhərləndiyi iddia olunur. *. Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"nu

29.10.2026 602
.

Son Xəbərlər