Saleh Məmmədov pul ayırmır - Aylardır maaşsız qalıblar
Azərbaycan həndbol komandaları 3 aydır ki, maaş almır.
Bununla bağlı "Qafqazinfo"ya komandaların üzvləri və məşqçiləri müraciət edib.
Onların iddiasına görə, Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edildikdən sonra əməkhaqlarını ala bilmirlər.
Bildirilib ki, federasiyadan maliyyələşən klublarda heç kimə son 2 ayın maaşı verilməyib. Belə ki, kişilərdə çempionatın lideri olan "Bakı" komandasının 3 legioneri bu səbəbdən ölkəni tərk edib: "Yanvar ayında hamıya VÖEN açılsa da, cəmi 1 ay maaş verilib. Hazırda federasiyada və klublarda 200-ə yaxın adam əməkhaqqı ala bilmir. Legionerlərin hamısı, demək olar ki, komandalardan gedib. Bəzi oyunçular isə yaş səbəbilə həndboldan uzaqlaşdırılıb. Halbuki idmanda elə bir qayda yoxdur ki, hansısa idmançı bu yaşında karyerasını bitirməlidir. Biz çempionatdan imtina etmirik, amma matçlara getmək üçün pul yoxdur. Federasiyanın bizdən nəsə tələb etməyə də haqqı yoxdur".
Qeyd edilib ki, komandalar məşq etməyə də yer tapmır. "AHF Arena"nın icarəhaqqı da 20 min manatı keçib və orada da məşq üçün şərait yaradılmır: "Biz oyunları dayandırmağı tələb etdik, lakin heç cavab almadıq. Bundan sonra maaşlarımızı alana qədər heç bir oyuna, yarışa getməyəcəyik. Oyunçuların məşqə gəlməyə cibində pul yoxdur. Gənc həndbolçuları da bu idmandan soyudurlar. Hər dəfə də deyirlər ki, səbr edin. Danışırıq və yalan vədlər verirlər.
Federasiyanın baş katibi Yusif Atakişiyev və vitse-prezident Orxan Abbasov da suallara cavab vermir. Heç kəs maaşların nə vaxt ödəniləcəyi ilə bağlı dəqiq söz demir".
Şikayətlə bağlı Yusif Atakişiyev saytımıza açıqlamasında maliyyə problemləri yaşadıqlarını təsdiqləyib: "Üç ay deyil, iki aydır ki, maaşlar verilmir. Federasiya daxilində maliyyə sıxıntıları olduğu üçün əməkhaqlarını verməkdə çətinlik çəkirik. Problemin nə olduğunu isə rəhbərlik bilər. Məndə heç bir məlumat yoxdur".
Qeyd edək ki, Saleh Məmmədov bu ilin fevralında AAYDA sədri vəzifəsindən azad edilib. Onu bu postda əmək və əhalinin sosial müdafiəsi nazirinin sabiq müavini və Azərbaycan Boks Federasiyasının keçmiş vitse-prezidenti Vüsal Nəsirli əvəzləyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 797 Tarix: 01 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda süni intellekt hansı səviyyədədir? - Ekspertdən AÇIQLAMA
"Azərbaycanda süni intellektin (Sİ) inkişafı hazırda həm böyük potensialın, həm də müəyyən boşluqların mövcud olduğu keçid mərhələsindədir. Ümumilikdə vəziyyəti "başlanğıc-orta" səviyyədə, lakin sürətlə inkişaf edən proses kimi qiymətləndirmək olar. Məsələyə bir neçə aspektdən yanaşma
02.10.2026 200 "Olimp Hospital"da əməliyyat olunan 44 yaşlı kişi öldü
Bir neçə gün əvvəl Bakı şəhər Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şəmkir rayon Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Eynur Səfərov bu özəl klinikada əməliyyat olunub. Xəstəxanada onu
02.10.2026 205 Fransada polis 600 etirazçını həbs edib
Fransada yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin davam edən etiraz aksiyaları 564 məktəbdə dərs prosesinin pozulmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə Fransa mediası Milli Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Bundan başqa, tələbə ittifaqı 25-dən çox universite
02.10.2026 142 "Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir"
"Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki
02.10.2026 168 Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı
Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq
02.10.2026 125 "Ermənistanda revanşizmin kökünü kəsmədən…" - POLİTOLOQDAN XƏBƏRDARLIQ
"Ermənistan cəmiyyətində gördüyümüz bəzi məqamlar bizi narahat edir". Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA (Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstan) Regional Forumunda deyib
02.10.2026 184 Messi vida oyunu üçün Argentinaya yollandı
Lionel Messi ailəsi ilə birlikdə Argentinanın Rosario şəhərinə gedib. Teleqraf xəbər verir ki, 39 yaşlı futbolçunun yaxın günlərdə Argentina millisinin heyətində vida oyununa çıxacağı gözlənilir. Yığm oktyabrın 7-nə keçən gecə Beninlə yoldaşlıq görüşündə qarşılaşacaq. Messi Argentina millisində 207 oyu
02.10.2026 136 "Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"
"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə
02.10.2026 161 "Qarabağ Ermənistandır və nöqtə" deyənlər artıq - "Qarabağ Azərbaycandır!" deyirlər"
"Bu iki hərbi Zəfər təkcə xalqımız üçün, dövlətimiz üçün deyil, bütün dünya üçün böyük önəm daşıyır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Çünki birinci növbədə yeni bir preseden
02.10.2026 154