Nicat Azadlının xanımından ağır ittihamlar - "Övladımı bətnimdə öldürdü..."+Video
Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib.
"Qafqazinfo" xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra isə kişinin arxa oturacaqda əyləşən qadına qarşı fiziki şiddət göstərdiyi görünür. Ən həssas məqamlardan biri isə həmin an azyaşlı övladının ananın qucağında olmasıdır.
Sözügedən paylaşım sosial şəbəkələrdə sürətlə yayılaraq ciddi rezonans doğurub. 3,5 milyon izləyicisi olan, azyaşlılara rəqs dərsləri keçdiyini reklam edən Nicat Azadlının zorakı hərəkətləri valideynlərdə suallar yaradıb.
Qadının iddiasına əsasən, o, ikinci dəfə hamiləlik dövründə şiddətə məruz qalıb və nəticədə uşağı tələf olub: "Hər kəsin yaxşı tanıdığı Nicat Azadlı öz ailəsinə qarşı niyə yaxşı olmadı? Hamının vicdanlı bildiyi rəqqas öz uşağına şiddət göstərərək dünyaya gəlməyinin qarşısını aldı və onu öldürdü. Vəhşicəsinə hər gün məni döyürdü, bunu istəyənlərdən biri isə atası idi. Bütün verdiyi zülmlərə hər kəs susdu".
Ana əlavə edib ki, sübutlarla hüquq-mühafizə orqanlarına müraciətindən sonra qarşı tərəf 1500 AZN cərimə olunub.
"Məni qınayanlar bilmir ki, hər kəs evində bayram edəndə o mənim övladımı bətnimdə öldürdü. Digər oğlumun gözü qarşısında məni saçımdan tutub sürüyürdü. Uşaq dəfələrlə travma alıb. Nicatın ailəsi də dəfələrlə məni təhqir edərək şiddət göstərib. Xahiş edirəm, mənim və oğlumun yaşadığı bu qorxunc hadisələrə susmayın!".
Qadın, həmçinin bildirib ki, ərinin göstərdiyi şiddətlərdən biri də onun dırnağını çıxarması olub. Zərərçəkmiş olduğunu iddia edən şəxs buna dair fotolar da paylaşıb.
Yayılmış məlumatlarla bağlı Nicat Azadlı ilə əlaqə saxladıq. O, "Qafqazinfo"ya açıqlamasında iddiaları əsassız adlandırıb: "Ölüm iddiaları - hamısı yalandır. Ailə daxilində problemlər olub, buna görə də biz artıq bir ilə yaxındır boşanmışıq. Aliment də ödəyirəm. O mənə deyirdi ki, "pul verməsən, hər şeyi paylaşacağam". Dırnaq paylaşımı da yalandır. Mənə əvvəldən demişdi ki, "hamısını yığıram, paylaşacağam. Cəmiyyət onsuz da qadına inanır, kişiyə yox. Hamısı şantajdır, pul verdiyim müddətdə heç nə paylaşmırdı, 1700 manat verdim. Bundan sonra 5 min də istədi, verə bilmədim deyə istədiyi paylaşımı etdi.
Uşaq ölümü də mümkün deyil, o hadisələr olmayıb. Videoda isə mənə lazımsız sözlər deyirdi və orada bəzi hissələr kəsilib. Bunu ona görə edirdi ki, məni nüfuzdan salsın. Məsələ ilə bağlı polisə müraciət edəcəyəm".

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 142 Tarix: 02 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
01.10.2026 432 ABŞ nüvə partlayışını simulyasiya edən təlim keçirdi
ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyası Nevada Sınaq Sahəsində nüvə partlayışını simulyasiya edən təlimlər keçirib. xəbər verir ki, bu barədə "TWZ" məlumat yayıb. Portal qeyd edir ki, yeraltı partlayışların aşkarlanması partlayıcı qurğunun yerləşdirilməsindən asılıdır. Aşkarlanması ə
10:59 60 "Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto
Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə
01.10.2026 727 Uşaqlar üçün yeni tərbiyə üsulu - kartof toplayıb, odun doğrayırlar
Valideynlər şübhəli bir "zövq" üçün böyük məbləğlər ödəməyə hazırdırlar. Uşaqlar kartof toplayıb, odun doğrayır və gördükləri əməyə görə pul almaq hüququna malik olmurlar. xarici KİV-ə istinadən xəbər verir ki, adi çimərlik istirahəti, turist səfərləri və əyləncə mərkəzləri əvəzinə Çində müasi
01.10.2026 431 Gələn həftə Drakonid meteor yağışı olacaq
Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo
01.10.2026 720 Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
Aylıq gəlirinizdən müəyyən məbləği kənara qoyursunuz. Bir müddət sonra yığımınız formalaşır. Pulunuzu xərcləmək istəmirsiniz, amma onu sadəcə saxlamaq da sizə kifayət etmir. Bu zaman sizi sadə bir sual düşündürür: "Bəs pulumu necə dəyərləndirim. İnvestisiya haqqında düşünəndə isə suallar artır
01.10.2026 384 Zaqatalada zəlzələ oldu
Zaqalatada zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 14:51-də qeydə alınan zəlzələnin maqnitudası 4,1 olub. Yeraltı təkanın ocağı 5 kilometr dərinlikdə yerləşib. Qeyd olunub ki, zəlzələ his
01.10.2026 409 Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla
01.10.2026 411 Azərbaycan üç yeni avtomat istehsal edib
"Azərsilah"ın istehsal etdiyi üç yeni avtomat "ADEX 2026" sərgisində nümayiş olunur. APA-ya istinadla xəbər verir ki, bu barədə "Azərsilah"ın əməkdaşı Ataş Cəbrayılov məlumat verib. O qeyd edib ki, avtomat silahlardan biri 5,56×45 mm, digər ikisi isə 7,62×39 mm çaplıdır
01.10.2026 382