Sonsuzluğun əsas səbəbləri açıqlanıb: "Qadınlar daha gec ailə qururlar"
"Müasir dövrdə sonsuzluğun artmasının səbəbləri daha çox iki əsas faktorla əlaqələndirilir. Birinci səbəb qadınların sosial həyatda daha aktiv iştirak etməsidir. Çünki hazırda evlilik yaşı əvvəlki illərlə müqayisədə 5-10 il irəliləyib. Artıq qadınlar daha çox 30 yaşdan sonra ailə qururlar".
Bunu BiG.AZ-a açıqlamasında ginekoloq Rəşad Sultan bildirib.
O. qeyd edib ki, unutmamalıyıq ki, qadınlarda kişilərdən fərqli olaraq yumurtalıq ehtiyatı məhduddur. Bu hüceyrələr bölünüb çoxalmır. Qadının yaşı artdıqca yumurtalıq ehtiyatı da azalır. 35 yaşdan sonra isə qadının ana olması ilə bağlı risklər artır. Hər keçən il qadının reproduktiv imkanlarına təsir göstərir:
"Qadınlar gec ailə qurduqları və uşaq sahibi olmağa tələsmədikləri üçün bu qərarı verdikdə müəyyən hallarda gecikmiş ola bilərlər. Birinci və ikinci uşaq arasında da uzun müddət fasilə olduğundan bəzi ailələrdə növbəti hamiləliyin baş verməməsi ehtimalı artır.
Digər bir səbəb isə kişilərdə cinsi yolla keçən xəstəliklər və onların fəsadlarıdır. Məsələn, cinsi yolla keçən xəstəliklər zamanı qadın reproduktiv sistemində infeksiya və iltihab yarana bilər. Bu zaman müxtəlif fəsadların yaranma riski artır. Qadın uşaq sahibi olmaq istədikdə isə uşaqlıq borularının keçiriciliyinin pozulması səbəbindən hamiləlik baş verməyə bilər.
Sadalananlar ümumi faktorlardır. Lakin bir məqamı da unutmamalıyıq ki, qadın xəstəlikləri getdikcə daha gənc yaşlarda müşahidə olunur. Artıq 20 yaşlı qadınlarda belə müxtəlif ginekoloji xəstəliklərin yaranma ehtimalı mövcuddur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 123 Tarix: 02 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMarneulidə 13 yaşlı azərbaycanlı əkiz uşaq dünyaya gətirdi
Gürcüstanın Marneuli rayonunda 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə ilk məlumatı hüquq müdafiəçisi Samirə Bayramova sosial şəbəkə hesabında yayıb. "Mənə dedilər ki, Marneulidəki doğum evində 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib. Mənbənin məlumatın
11:29 128 Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab
Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl
01.10.2026 378 Qadın həkimin səhvindən ayaqlarını itirdi
ABŞ-da əməliyyat zamanı qadının sağlam ayağı amputasiya olunub. xarici mediaya istinadla bildirir ki, Ohayo ştatının sakini zərərçəkən Şeron Ceks bundan sonra xəstəxana rəhbərliyinə qarşı böyük məbləğli iddia qaldırıb. Qadının onkoloji diaqnoz səbəbindən sağ ayağının dizdən aşağı hissəsinin amputasiy
01.10.2026 412 "Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz"
"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz. Halbuki əvvəlki Ermənistan rəhbərləri, onların hamısı hərbi cinayətkarlardır və öz cəzalarını çəkməlidirlər". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP
11:09 116 Prezident YAP-ın VIII Qurultayında - Foto
Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tədbirdə nitq söyləyib
10:00 119 200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU
ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al
01.10.2026 435 Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
01.10.2026 421 Bu şadlıq sarayında istehlaka yararsız ətlər aşkarlandı - Fotolar
"Qızıl Saray" şadlıq sarayında plandankənar yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. AQTA-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərə
01.10.2026 463 Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var
Türkiyənin Manisa bölgəsinin Soma rayonunda yerləşən mədənlərdən birində uçqun baş verib. xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb. İlkin məlumatlara əsasən, uçqun altında qaldığı ehtimal edilən yeddi işçidən ikisi xilas edilib. Beş nəfərin dağıntılar altında qaldığı bildirilir
01.10.2026 397