Trampın impiçment qorxusu: Demokratlar üstünlüyü ələ keçirəcək?

Trampın impiçment qorxusu: Demokratlar üstünlüyü ələ keçirəcək?ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının noyabrda keçiriləcək Konqresə aralıq seçkilərində qalib gələcəyi təqdirdə onun barəsində impiçment prosedurunun başladılacağını düşünür.

Tramp Oklahomada tərəfdarları qarşısında çıxışı zamanı seçiciləri Respublikaçılar Partiyasına səs verməyə çağırıb.
"Bu seçkilərdə sizdən xahiş edirəm. Mən seçki bülletenində olanda hər şey yaxşı gedir. Mən bülletendə olmayanda insanlar səsverməyə o qədər də fəal getmirlər. Elə təsəvvür edin ki, mən namizədəm. Sadəcə belə düşünün. Əgər biz qalib gəlməsək, onlar (demokratlar) sonda mənə impiçment elan edəcəklər", - Tramp bildirib.
Tramp ABŞ tarixində barəsində iki dəfə impiçment proseduru başladılan ilk prezidentdir. Hər iki proses onun ilk prezidentlik dövründə - 2019 və 2021-ci illərdə baş verib.
Hər iki halda impiçment maddələri Konqresin Senatında rədd edilib.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, növbəti ara seçkilərində üstünlüyün Demokratlar Partiyasında olacağı proqnozlaşdırılır:

Trampın impiçment qorxusu: Demokratlar üstünlüyü ələ keçirəcək?"Bu, Donald Trampın artıq son prezidentlik illəridir. ABŞ-də keçiriləcək növbəti prezident seçkilərində, böyük ehtimalla, Demokratlar Partiyasının namizədi qalib gələcək. Tramp artıq öz namizədliyini verə bilməyəcək, Respublikaçılar Partiyasının digər namizədi isə demokratların namizədinə məğlub olacaq. ABŞ-nin daxilində Trampın və partiyasının reytinqi xeyli düşüb. Trampın hazırkı prezidentlik dövrünü uğurlu saymaq olmaz. Əvvəlki prezidentlik dövrü bundan daha uğurlu idi. Xüsusilə xarici siyasətdə pafoslu bəyanatlardan başqa real bir nəticə görünmədi. Məsələn, İran istiqamətindəki uğursuzluq ABŞ üçün kifayət qədər utancverici idi".

Müsahibimiz qeyd edib ki, daxili siyasətdə də vəziyyət yaxşı deyil və bütün bunlar ara seçkilərində proqnozların demokratların lehinə dəyişməsinə səbəb olur:

"Trampın yenidən namizəd ola bilməməsinin hüquqi səbəbinə gəlincə, ABŞ-da heç kimin iki dəfədən artıq prezident seçilə bilməyəcəyinə dair qayda var. Bu qayda yalnız İkinci Dünya Müharibəsi dövründə, xalqın təşəbbüsü və istəyi ilə dörd dəfə prezident seçilən Ruzvelt üçün istisna olub. Bütün digər prezidentlər iki müddətdən artıq seçilə bilməyiblər. Bu baxımdan, impiçment olsa da, olmasa da, bu, Trampın son prezidentlik dövrüdür".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 107   Tarix: 02 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

13:10 68
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

12:05 151
.

NASA-dan BKS-ə yeni missiya: ekipaj Floridadan kosmosa yollandı

NASA rusiyalı kosmonavt Sergey Teteryatnikovu Beynəlxalq Kosmik Stansiyaya (BKS) aparan Crew-13 missiyasını həyata keçirib. xəbər verir ki, Crew Dragon kosmik gəmisini daşıyan Falcon 9 raketi Floridadakı buraxılış məntəqəsindən havaya qalxıb. Sergey Teteryatnikovdan əlavə, Crew Dragon gəmisində ABŞ astronavtlar

11:08 114
.

Marneulidə 13 yaşlı azərbaycanlı əkiz uşaq dünyaya gətirdi

Gürcüstanın Marneuli rayonunda 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə ilk məlumatı hüquq müdafiəçisi Samirə Bayramova sosial şəbəkə hesabında yayıb. "Mənə dedilər ki, Marneulidəki doğum evində 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib. Mənbənin məlumatın

11:29 138
.

Prezident YAP-ın VIII Qurultayında - Foto

Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tədbirdə nitq söyləyib

10:00 122
.

200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU

ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al

01.10.2026 437
.

Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb

Bu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib. "Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricis

01.10.2026 386
.

"Ermənistanda revanşizmin kökünü kəsmədən…" - POLİTOLOQDAN XƏBƏRDARLIQ

"Ermənistan cəmiyyətində gördüyümüz bəzi məqamlar bizi narahat edir". Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA (Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstan) Regional Forumunda deyib

13:10 68
.

"Bizə heç kimin köməyi də, himayadarlığı da lazım deyil" - Yenilənib

"Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. "Bi

11:56 113
.