"Ermənistanda revanşizmin kökünü kəsmədən…" - POLİTOLOQDAN XƏBƏRDARLIQ

"Ermənistanda revanşizmin kökünü kəsmədən…" - POLİTOLOQDAN XƏBƏRDARLIQ"Ermənistan cəmiyyətində gördüyümüz bəzi məqamlar bizi narahat edir".
Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA (Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstan) Regional Forumunda deyib.
O bildirib ki, revanşist qüvvələr cəmiyyətdə hələ də kifayət qədər üstünlük təşkil edir və fərqli səslər eşidirik:

"Bu arada, digər bir narahatlıq doğuran məqam isə revanşizmin Ermənistan gəncləri arasında fəal olmasıdır. Çünki seçkidə Robert Koçaryan və Samvel Karapetyanın əsas seçici kütləsi Ermənistan gəncləri idi. Təəssüf ki, onlar hələ də revanşizm prizmasından düşünürlər və bu, narahatlıq doğurur. Buna görə də biz Ermənistan hökumətinə də çağırış edirik ki, öz xalqını sülhə hazırlamaq üçün çox ciddi çalışsınlar. Lakin Azərbaycan tərəfinin strateji qətiyyəti var. Sülh gündəliyini davam etdirmək, onu yerdə möhkəmləndirmək və sülh konsepsiyasına əsaslanan elə bir regional memarlıq qurmaq ki, bu, həm Ermənistan, həm də Azərbaycan xalqı üçün uzunmüddətli sülh və sabitliyi təmin edə bilsin. Biz həmişə deyirik ki, bu sülhü yalnız Paşinyan hökuməti ilə, baş nazir Paşinyanla deyil, Ermənistan xalqı ilə bağlamaq istəyirik".
Prezidentin köməkçisi xatırladıb ki, iki ölkə arasında ticarət əlaqələri var:
"Bir neçə il əvvəl təsəvvür belə edilməyən bəzi addımlar yerlərdə icra olunur. Ticarət əlaqələri, biznes münasibətləri, iki ölkə arasında etimadın qurulması tədbirləri və s. Bunlar sülh quruculuğu istiqamətində Azərbaycanın atdığı addımlardır".

Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında politoloq Xəyal Bəşirov bildirib ki, bu məsələ hər zaman Azərbaycan dövlətini və xalqını narahat edib:

"Ermənistanda revanşizmin kökünü kəsmədən…" - POLİTOLOQDAN XƏBƏRDARLIQ"Ermənistan cəmiyyətində revanşist qüvvələrin hələ də mövcud olması əvvəlki hakimiyyətin və Nikol Paşinyanın sələflərinin fəaliyyətinin nəticəsi olsa da, onların bu günə qədər qalmasında və xüsusilə gənclər arasında bu hisslərin geniş vüsət almasında indiki hakimiyyətin də kifayət qədər rolu var. Çünki Paşinyan öz kürsüsü və baş nazirliyi üçün təhlükə yarandıqda dərhal bütün dövlət və hüquq-mühafizə orqanlarını səfərbər edərək təhlükəni aradan qaldırır. Lakin revanşist qüvvələrə qarşı kifayət qədər mübarizə tədbirlərinin görülməməsi və lazımi addımların atılmaması bizi narahat etməyə bilməz".

Müsahibimiz qeyd edib ki, bu revanşist qüvvələrin mövcudluğu bizi qorxutmur:

"Bizim İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri kimi tarixi təcrübəmiz var və bunu 7-dən 70-ə qədər bütün Ermənistan cəmiyyəti görüb. Onlar bundan nəticə çıxarmalıdırlar. Bizi burada daha çox narahat edən məsələ Ermənistan hakimiyyətinin mövqeyidir. Bir tərəfdən Azərbaycanla sülhdən danışan, sülh təşəbbüslərini öz adına çıxarmağa çalışan hakimiyyət, digər tərəfdən belə bir prosesə rəvac verir və şərait yaradır. Azərbaycan Prezidenti də dəfələrlə bəyan edib ki, ölkəmiz revanşist qüvvələrin atacağı addımlara istənilən mərhələdə layiqincə cevap vermək iqtidarındadır. Lakin biz növbəti dəfə güc tətbiq etmək istəmirik; əsas istəyimiz sülh şəraitində yaşamaq və düşmənçilik səhifəsini arxada qoymaqdır".

Politoloqun sözlərinə görə, Ermənistan hakimiyyəti Azərbaycan tarafının bu narahatlığını nəzərə almalı, Konstitusiyaya dəyişiklik edilməsi və cəmiyyətin maarifləndirilməsi istiqamətində addımlar atmalıdır:

"Əks halda, revanşizmin kökünü kəsmədən sülhdən danışmaq və eyni zamanda Ermənistanı silahlandırmaq gələcəkdə həmin revanşist qüvvələrə meydan açmaq deməkdir ki, bunun da məsuliyyəti birbaşa hazırkı Ermənistan rəhbərliyinin üzərinə düşür".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 99   Tarix: 02 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto

Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə

01.10.2026 768
.

"Bizə heç kimin köməyi də, himayadarlığı da lazım deyil" - Yenilənib

"Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. "Bi

11:56 123
.

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir: İrana qarşı hücumlar bərpa oluna bilər

ABŞ İrana qarşı hücumların yenidən başlayacağı ehtimalı fonunda Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupu və əlav

10:30 124
.

"Ermənistanda revanşizmin kökünü kəsmədən…" - POLİTOLOQDAN XƏBƏRDARLIQ

"Ermənistan cəmiyyətində gördüyümüz bəzi məqamlar bizi narahat edir". Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA (Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstan) Regional Forumunda deyib

13:10 93
.

21 şagirdin zəhərlənmə şübhəsi: Məktəbə gətirilən qidalar nə qədər təhlükəsizdir?

"Məktəbdə uşaqların sağlamlığı ilə bağlı ən böyük təhlükələr bəzən heç təhlükəli görünməyən məqamlardan başlayır. Sumqayıt şəhərində 21 şagirdin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi də bu baxımdan diqqət çəkən hadisədir". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoc

12:41 132
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

13:10 100
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

01.10.2026 432
.

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. "Qafqazinfo" "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə Aparatda 7 idarə adları dəyişdirilmədən şöbəyə çevrilib

12:30 126
.

92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna

01.10.2026 450
.