"Azərbaycan ABŞ ilə münasibətləri yeni strateji səviyyəyə çıxarıb"
"Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf edir".
BiG.AZ APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda çıxışı zamanı bildirib.
O, qonşu ölkələrlə münasibətlərin Azərbaycanın coğrafi reallığının bir hissəsi olduğunu vurğulayıb.
Rusiya ilə münasibətlərə dair danışarkən Hikmət Hacıyev Bakı ilə Moskva arasında münasibətlərin hazırda sabit və normal olduğunu, mehriban qonşuluq çərçivəsində inkişaf etdiyini deyib.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə çıxarıb. Onun sözlərinə görə, 2025-ci il 8 avqustda Vaşinqtonda keçirilən sammitdən münasibətlərin inkişafı üçün istifadə edilib və Bakı ABŞ-ın regiona strateji diqqətinin davam etdirilməsini gözləyir.
Hikmət Hacıyev Azərbaycanın İsraillə yaxşı münasibətlərinin olduğunu bildirib. Eyni zamanda, Azərbaycanın Fələstin dövlətinin yaradılmasını, iki dövlətli həlli və Şərqi Qüdsün Fələstinin paytaxtı olmasını dəstəklədiyini vurğulayıb.
Prezidentin köməkçisi Azərbaycanın İranla mehriban qonşuluq və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə hörmət etdiyini deyib. O bildirib ki, Azərbaycanın suveren ərazisindən qonşu dövlətlərdən hər hansı birinə qarşı fəaliyyət həyata keçirilməsi mümkün deyil. Həmçinin, İrana qarşı sanksiyaların Azərbaycan və digər qonşu ölkələrə iqtisadi və işgüzar baxımdan mənfi təsir göstərdiyini qeyd edib.
Prezidentin köməkçisi Azərbaycan və Çin arasında regional səviyyədə hərtərəfli strateji tərəfdaşlıq qurulduğunu və bunun praktiki baxımdan həyata keçirilməsi üzərində iş aparıldığını bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın digər dövlətlərlə münasibətləri şəffaflıq, qarşılıqlı hörmət, suverenlik prinsiplərinə əsaslanır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 88 Tarix: 02 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto
Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə
01.10.2026 768 "Bizə heç kimin köməyi də, himayadarlığı da lazım deyil" - Yenilənib
"Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. "Bi
11:56 123 ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir: İrana qarşı hücumlar bərpa oluna bilər
ABŞ İrana qarşı hücumların yenidən başlayacağı ehtimalı fonunda Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupu və əlav
10:30 124 "Ermənistanda revanşizmin kökünü kəsmədən…" - POLİTOLOQDAN XƏBƏRDARLIQ
"Ermənistan cəmiyyətində gördüyümüz bəzi məqamlar bizi narahat edir". Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA (Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstan) Regional Forumunda deyib
13:10 93 21 şagirdin zəhərlənmə şübhəsi: Məktəbə gətirilən qidalar nə qədər təhlükəsizdir?
"Məktəbdə uşaqların sağlamlığı ilə bağlı ən böyük təhlükələr bəzən heç təhlükəli görünməyən məqamlardan başlayır. Sumqayıt şəhərində 21 şagirdin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi də bu baxımdan diqqət çəkən hadisədir". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoc
12:41 132 Leysan, dolu, qar... - Sabahın havası
Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal
13:10 100 Leyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
01.10.2026 432 FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. "Qafqazinfo" "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə Aparatda 7 idarə adları dəyişdirilmədən şöbəyə çevrilib
12:30 126 92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
01.10.2026 450