Diş çöpünün görünməyən təhlükəsi: Dişləri və diş ətlərini necə zədələyir?
Yeməkdən sonra taxta diş çöpündən istifadə etmək bir çox insan üçün adi vərdişdir. Lakin mütəxəssislər bildirirlər ki, bu vərdiş ağız boşluğunda müxtəlif problemlərə səbəb ola bilər. Diş çöpünün iti ucları və taxtadan ayrılan xırda qırıntılar diş ətlərini zədələyərək iltihab və infeksiya riskini artıra bilər.
Əsas təhlükələrdən biri taxta diş çöpünün quruluşu ilə bağlıdır. İstifadə zamanı ağacdan mikroskopik liflər qopa və dişlərin arasına ilişə bilər. Bu xırda qırıntılar həmin nahiyədə iltihaba səbəb olaraq daha sonra diş ətində irinli iltihabın - absesin yaranmasına gətirib çıxara bilər.
Diş çöpünün zərəri yalnız yumşaq toxumalarla məhdudlaşmır. Sərt şəkildə istifadə edildikdə onun iti ucu diş minasının səthində mikrozədələr yarada bilər. Bu nahiyələrdə bakteriyalar və ərp toplana bilər ki, bu da zamanla kariyes riskini artırır.
Diş çöpündən mütəmadi istifadə diş ətlərinin mexaniki qıcıqlanmasına, həssaslıq, şişkinlik və qanaxmaya səbəb ola bilər. Problem uzun müddət diqqətdən kənarda qaldıqda iltihab daha dərin toxumalara yayıla və dişi əhatə edən toxumaların zədələnməsinə səbəb ola bilər. Bu proses sonrakı mərhələdə dişlərin dayaqlığını zəiflədən parodontitlə nəticələnə bilər.
Bəs dişlərin arasını daha təhlükəsiz necə təmizləmək olar?
Mütəxəssislər bunun üçün diş sapından (floss) və ağız duşundan (irriqator) istifadə etməyi tövsiyə edirlər. Diş sapı dişlərin yan səthlərini zədələmədən təmizləməyə, irriqator isə təzyiqli su vasitəsilə qida qalıqlarını çətin çatan nahiyələrdən uzaqlaşdırmağa kömək edir.
Diş çöpündən istifadə etməkdən imtina etmək mümkün deyilsə, iti uclu taxta çubuqlar əvəzinə hamar səthli və ucu iti olmayan plastik vasitələrə üstünlük vermək daha az travmatik hesab olunur.
Diş ətlərinin qanaması, şişkinlik və ağızdan xoşagəlməz qoxunun yaranması isə ağız boşluğunda problemin əlaməti ola bilər. Belə hallarda diş həkiminə müraciət etmək tövsiyə olunur.
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 111 Tarix: 02 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMarneulidə 13 yaşlı azərbaycanlı əkiz uşaq dünyaya gətirdi
Gürcüstanın Marneuli rayonunda 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə ilk məlumatı hüquq müdafiəçisi Samirə Bayramova sosial şəbəkə hesabında yayıb. "Mənə dedilər ki, Marneulidəki doğum evində 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib. Mənbənin məlumatın
11:29 128 Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab
Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl
01.10.2026 378 Qadın həkimin səhvindən ayaqlarını itirdi
ABŞ-da əməliyyat zamanı qadının sağlam ayağı amputasiya olunub. xarici mediaya istinadla bildirir ki, Ohayo ştatının sakini zərərçəkən Şeron Ceks bundan sonra xəstəxana rəhbərliyinə qarşı böyük məbləğli iddia qaldırıb. Qadının onkoloji diaqnoz səbəbindən sağ ayağının dizdən aşağı hissəsinin amputasiy
01.10.2026 412 "Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz"
"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz. Halbuki əvvəlki Ermənistan rəhbərləri, onların hamısı hərbi cinayətkarlardır və öz cəzalarını çəkməlidirlər". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP
11:09 116 Prezident YAP-ın VIII Qurultayında - Foto
Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tədbirdə nitq söyləyib
10:00 119 200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU
ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al
01.10.2026 435 Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
01.10.2026 421 Bu şadlıq sarayında istehlaka yararsız ətlər aşkarlandı - Fotolar
"Qızıl Saray" şadlıq sarayında plandankənar yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. AQTA-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərə
01.10.2026 463 Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var
Türkiyənin Manisa bölgəsinin Soma rayonunda yerləşən mədənlərdən birində uçqun baş verib. xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb. İlkin məlumatlara əsasən, uçqun altında qaldığı ehtimal edilən yeddi işçidən ikisi xilas edilib. Beş nəfərin dağıntılar altında qaldığı bildirilir
01.10.2026 397