Hikmət Hacıyev Azərbaycanın İsraillə münasibətlərindən danışdı: "Prinsiplərdən geri çəkilmirik"
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan (CAMCA) Regional Forumunda Azərbaycanın İsraillə münasibətləri və Fələstin məsələsində mövqeyi barədə açıqlamalar verib.
Hacıyev bildirib ki, Azərbaycanın İsraillə yaxşı münasibətləri var, lakin Bakı Fələstin məsələsində prinsipial mövqeyindən geri çəkilmir. Onun sözlərinə görə, Azərbaycan iki dövlətli həlli və Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olmasını dəstəkləyir.
"İsrailli dostlarımız da Azərbaycanın prinsipial mövqeyini bilirlər. Eyni şəkildə, iranlı qonşularımızla danışarkən bildiririk ki, biz mehriban qonşuluq münasibətlərinə və bir-birimizin daxili işlərinə qarışmamaq prinsipinə tam hörmət edirik. Həmçinin Azərbaycanın suveren ərazisindən qonşularımızın hər hansı birinə qarşı hər hansı fəaliyyət həyata keçirilməsi mümkün deyil. Çünki Azərbaycan üçün də ölkə ərazisində heç bir xarici hərbi mövcudluğun olmaması prioritetdir", - deyə Hacıyev bildirib.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Hacıyevin bu açıqlaması regiondakı mürəkkəb geosiyasi münasibətlər fonunda diqqət çəkir. Azərbaycan-İsrail münasibətləri uzun müddətdir region ölkələrinin də diqqətindədir. Bununla yanaşı, Ankara və Tehranın məsələyə yanaşmaları eyni deyil:
"Tehran əsasən İsrailin Azərbaycan ərazisindən İrana qarşı mümkün istifadəsi ilə bağlı narahatlığını ifadə edib. Türkiyənin yanaşmasında isə Azərbaycan-İsrail münasibətlərinin Ankara-Tehran münasibətlərindən fərqli olaraq, Fələstin məsələsi ilə bağlı mövqelərlə uzlaşdırılması məsələsi ön plana çıxır.
Bununla belə, Azərbaycanın rəsmi mövqeyində əsas məqamlardan biri dəyişməz olaraq qalır: ölkə ərazisinin qonşu dövlətlərə qarşı hər hansı hərbi fəaliyyət üçün istifadə olunmasına yol verilməməsi. Hacıyevin son açıqlamasında da məhz bu prinsip xüsusi vurğulanıb.
Azərbaycanın İsraillə münasibətlərinə gəlincə, Bakı bu əlaqələri Fələstin məsələsindəki mövqeyi ilə ziddiyyətli hesab etmir. Hacıyev daha əvvəl də Azərbaycanın iki dövlətli həlli və Şərqi Qüdsün paytaxtı olduğu müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini bildirib. Azərbaycanın Ramallahda diplomatik nümayəndəliyinin olduğu və Fələstini dövlət kimi tanıdığı da vurğulanıb.
Beləliklə, Azərbaycanın mövqeyi iki əsas prinsip üzərində qurulur: İsraillə münasibətlərin davam etdirilməsi və eyni zamanda Fələstin məsələsində iki dövlətli həllin dəstəklənməsi. Paralel olaraq Bakı qonşu dövlətlərlə mehriban qonşuluq münasibətlərinə və onların daxili işlərinə qarışmamaq prinsipinə sadiqliyini bəyan edir.
Bu baxımdan, Azərbaycanın İsraillə münasibətlərini dayandırması ilə bağlı gözləntilər əvəzinə, Bakının xarici siyasətindəki bu çoxşaxəli yanaşmanın nəzərə alınması rəsmi mövqenin əsas mesajlarından biri kimi görünür".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 115 Tarix: 02 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLeysan, dolu, qar... - Sabahın havası
Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal
13:10 68 Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
12:05 151 NASA-dan BKS-ə yeni missiya: ekipaj Floridadan kosmosa yollandı
NASA rusiyalı kosmonavt Sergey Teteryatnikovu Beynəlxalq Kosmik Stansiyaya (BKS) aparan Crew-13 missiyasını həyata keçirib. xəbər verir ki, Crew Dragon kosmik gəmisini daşıyan Falcon 9 raketi Floridadakı buraxılış məntəqəsindən havaya qalxıb. Sergey Teteryatnikovdan əlavə, Crew Dragon gəmisində ABŞ astronavtlar
11:08 114 Marneulidə 13 yaşlı azərbaycanlı əkiz uşaq dünyaya gətirdi
Gürcüstanın Marneuli rayonunda 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə ilk məlumatı hüquq müdafiəçisi Samirə Bayramova sosial şəbəkə hesabında yayıb. "Mənə dedilər ki, Marneulidəki doğum evində 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib. Mənbənin məlumatın
11:29 138 Prezident YAP-ın VIII Qurultayında - Foto
Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tədbirdə nitq söyləyib
10:00 122 200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU
ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al
01.10.2026 437 Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb
Bu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib. "Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricis
01.10.2026 386 "Ermənistanda revanşizmin kökünü kəsmədən…" - POLİTOLOQDAN XƏBƏRDARLIQ
"Ermənistan cəmiyyətində gördüyümüz bəzi məqamlar bizi narahat edir". Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA (Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstan) Regional Forumunda deyib
13:10 68 "Bizə heç kimin köməyi də, himayadarlığı da lazım deyil" - Yenilənib
"Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. "Bi
11:56 113