Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb

Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıbBu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib.

"Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricisi (PLF) 85,1 % təşkil edib ki, bu da 2025-ci ilin müvafiq dövrünün göstəricisindən 0,1 faiz bəndi aşağı olub.

IATA-nın məlumatına görə, beynəlxalq sərnişin daşımalarının həcmi 2025-ci ilin avqust ayı ilə müqayisədə 0,9 % azalıb. Eyni zamanda, daşıma tutumları əvvəlki səviyyədə qalıb, doluluq əmsalı isə 85 % (-0,8 faiz bəndi) səviyyəsində qeydə alınıb. Daxili sərnişin axını illik ifadədə 0,5 % azalıb, daşıma tutumu 0,7% artıb, doluluq isə 85,3 %-ə (-1,1 faiz bəndi) çatıb.

"Yaxın Şərq aviaşirkətlərinin göstəricilərinin bərpası prosesi dayandırıldığı üçün, aviadaşımalara olan qlobal tələbat 2025-ci ilin avqust ayına nisbətən 0,8 % azalıb. Bu regionun daşıyıcılarının reyslərinə olan tələbat ötən ilki göstəricidən 14,6 % aşağı olub. Bu da yaranmaqda olan müsbət dinamikanı dayandırıb. Yaxın Şərq aviaşirkətlərini istisna etsək, avqust ayında aviadaşımalara olan tələbat ötən illə müqayisədə 0,6 % artıb - bu, iyul ayındakı göstəricidən iki dəfə azdır. Çinin daxili aviabazarı kimi bəzi mühüm istisnalar nəzərə alınmaqla, avqust ayında bütün dünyada uçuş imkanları bütövlükdə azalıb. Enerjidaşıyıcılarının qiymətlərinin artması nəticəsində sərnişinlərin alıcılıq qabiliyyəti zəifləyib.

Qarşıdan gələn aylar, davam edən geosiyasi qeyri-sabitlik fonunda onların səyahət büdcələrinə yenidən baxmağa və səyahətlərdən imtina etməyə başlayıb-başlamadıqlarını nümayiş etdirəcək. Bununla belə, aviaşirkətlərin oktyabr ayı üçün planları ehtiyatlı nikbinlik yaradır: təklif olunan oturacaqların sayı 2 % artmalıdır", - IATA-nın davamlı inkişaf üzrə baş vitse-prezidenti və təşkilatın baş iqtisadçısı Mari Ouens Tomsen vurğulayıb.

Hesabat dövründə hava nəqliyyatı ilə qlobal sərnişin daşımaları bazarının regional bölgüsü aşağıdakı kimi olub: Afrikanın payına 2,2 %, Asiya-Sakit okean regionunun - 34,4 %, Avropanın - 26,7 %, Latın Amerikası və Karib hövzəsinin - 5,4 %, Yaxın Şərqin - 9,5 %, Şimali Amerikanın - 21,8 % düşüb.

"Avqust ayında hava nəqliyyatı ilə yük daşımalarına tələbat ötən illə müqayisədə 4,4 % artıb. Daşıma imkanlarının 0,1 % azalmasına baxmayaraq, bütün regionlarda artım qeydə alınıb. Yüksək tələbat və doluluq əmsalının artması aviaşirkətlərə yanacaq üçün yüksək xərcləri qismən kompensasiya etməyə imkan verib. Daşımaların gəlirliliyi aprel ayından bəri ilk dəfə əvvəlki ayla müqayisədə artım nümayiş etdirib, dünya əmtəə ticarəti isə genişlənməyə davam edir. Hər iki göstərici ilin sonundakı pik mövsüm ərəfəsində nikbinlik aşılayır", - M.Ouens Tomsen qeyd edib.

2026-cı ilin iyul ayında yük aviadaşımalarının regionlar üzrə bölgüsü aşağıdakı kimi formalaşıb: Afrika - 2,1 %, Asiya-Sakit okean regionu - 35,8 %, Avropa - 21,4 %, Latın Amerikası və Karib hövzəsi - 2,9 %, Yaxın Şərq - 13,2 %, Şimali Amerika - 24,6 %.

"Asiya-Şimali Amerika marşrutunda illik artım 13,2 % (bazar payı - 23,5 %) təşkil edib, Avropa-Asiya istiqamətində 3,1 % (21,5 %) artım, Yaxın Şərq-Avropa istiqamətində isə 16,1 % (5,2 %) azalma; Yaxın Şərq-Asiya - 11 % (7,4 %) azalma, Asiya daxilində daşımalar - 6,1 % (7,3 %) artım, Şimali Amerika-Avropa - 4,3% (13,5 %) artım, Afrika-Asiya - 11,9 % (1,3 %) azalma təşkil edib", - hesabatda bildirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 113   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab

Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl

21:00 84
.

Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır

Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild

12:30 251
.

Ölkənin inkişaf tarixində yeni səhifə

"Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin inkişaf tarixində yeni səhifə açıldı. Əminliklə demək olar ki, 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa apara

11:55 323
.

Gənclərlə bağlı gözlənilməz nəticə: Hər 13 nəfərdən birində aşkarlanır

Gənc və sağlam görünən insanların damarlarında da illər ərzində heç bir əlamət vermədən inkişaf edən ateroskleroz ola bilər. Yeni araşdırma bu problemin 30 yaşdan əvvəl də ortaya çıxa bildiyini göstərib. BİG.AZ xəbər verir ki, Danimarka və İspaniyada aparılan araşdırmada 18-70 yaş arasında olan 16 80

16:04 208
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

14:56 246
.

Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir

"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd

10:33 221
.

Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi

"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c

11:12 237
.

Qaraciyər transplantasiyası olunmalıdır

"Zor", "Sen gibi" və "Mühürlü kaderim" mahnıları ilə tanınan türkiyəli müğənni Nevzat Doğansoy (Nev) qaraciyər transplantasiya olunmalıdır. Axşam.az xəbər verir ki, 57 yaşlı ifaçı sentyabrın 3-də huşunu itirdikdən sonra xəstəxanaya yerləşdirilib və bir müddət reanimasiyad

20:45 107
.

Qadın həkimin səhvindən ayaqlarını itirdi

ABŞ-da əməliyyat zamanı qadının sağlam ayağı amputasiya olunub. xarici mediaya istinadla bildirir ki, Ohayo ştatının sakini zərərçəkən Şeron Ceks bundan sonra xəstəxana rəhbərliyinə qarşı böyük məbləğli iddia qaldırıb. Qadının onkoloji diaqnoz səbəbindən sağ ayağının dizdən aşağı hissəsinin amputasiy

19:45 129
.