Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı"Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin  xüsusi rolu vardır. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Bununla əlaqədar 33 il əvvəl 1993-cü il 3 oktyabr tarixində keçirilən seçkilərdə ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi".

Bu sözləri BiG.AZ-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasından İlqar Əliyev deyib. O qeyd edib ki, XX əsrin sonunda Azərbaycan xalqının əldə etdiyi ən böyük nailiyyəti, heç şübhəsiz, dövlət müstəqilliyinin bərpası və müasir Azərbaycan dövlətinin yaradılmasıdır:

"Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqın milli dövlətçilik tarixində əsaslı dönüş yaratdı. Qısa vaxt ərzində həm hərbi-siyasi, həm də iqtisadi böhrandan çıxış yolları tapıldı. 1993-cü ildən başlayaraq Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi dövlət kimi möhkəm təməllər üzərində inkişaf etməsi,  sosial-iqtisadi həyatın bütün sahələrini əhatə edən köklü dəyişikliklər və dərin islahatların həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993-2003-cü illər də ölkə üçün həlledici illər oldu. Məhz həmin illərdə milli dövlətçiliyin möhkəm təməli qoyuldu, Azərbaycanı Respublikasının istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edildi".

Müsahibimiz əlavə edib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndərin adı ilə bağlıdır:

"Məhz bu dövrdə Azərbaycan dövlətinin qadın siyasəti yeni mərhələyə qədəm qoydu. Heydər Əliyev Azərbaycan qadınlarının inkişafına, hüquqlarının qorunmasına və onların dövlət vəzifələrinə irəli çəkilməsinə diqqət və qayğı göstərmiş, Azərbaycan qadınının mərdliyini, fədakarlığını, sədaqətini, ismətini ən ali dəyərlər kimi qiymətləndirmişdir. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmışdır və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. O, dünya siyasətinə təsir etmək gücündə olan və qlobal miqyasda təhlillər aparmağı bacaran siyasətçi idi. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir.
Qərbə inteqrasiya yolunu tutan Ulu Öndər Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi oldu. Sonradan Heydər Əliyevin neft strategiyasının təcəssümü olan "Əsrin müqaviləsi" Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi" sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır".

İlqar Əliyev vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan qadınlarına verdiyi qiymət hər zaman diqqət çəkmişdir:

"Ulu Öndər qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir və  Onun qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoymuşdur. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Ölkə Prezidentinin  rəhbərliyi ilə Azərbaycanda  yeni siyasi və iqtisadi sistem qurulmuş, ölkəmiz sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmişdir. Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır. Millətin məhəbbətini qazanmış ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 154   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ donanması 30 yerüstü dron sifariş etdi

ABŞ Hərbi Dəniz Qüvvələri 30 pilotsuz yerüstü gəmi alacaq. xəbər verir ki, bu barədə TWZ xəbər agentliyi məlumat yayıb. Nəşrin məlumatına görə, Orta Pilotsuz Səth Gəmisi (MUSV) proqramı çərçivəsində müqavilələr üç şirkətə - Galliano Marine Services, Huntington Ingalls Industries (HII) və Saronic Technologie

10:45 88
.

Azərbaycan tarixinin yeni mərhələsi

Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də 1993-cü il oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

08:46 154
.

Azərbaycan yeni mərmiatan dron istehsal edib

Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil

30.09.2026 217
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

10:10 166
.

Rusiya Kalininqradla bağlı NATO-ya sərt xəbərdarlıq etdi

Rusiya Kalininqrad vilayətini ölkənin digər ərazilərindən təcrid etməyə cəhd göstərildiyini əsas gətirərək NATO-nu mümkün nəticələrlə hədələyib. xəbər verir ki, Reuters-in məlumatına görə, Moskva NATO-ya diplomatik nota göndərərək, nüvə silahları da daxil olmaqla, bütün arsenalından istifadə etməyə hazı

10:16 112
.

Niyə yadplanetlilər Yerə hücum etmir?

Kainatda milyardlarla ulduz və planet varsa, niyə indiyədək başqa sivilizasiyaların izinə rast gəlməmişik? Alimlər Fermi paradoksu kimi tanınan bu suala yeni izah təklif ediblər. Yaxınlıqdakı planetlərdə həyat olsa belə, mürəkkəb canlıların yaranması üçün lazım olan enerji kifayət etməyə bilər. xaric

30.09.2026 236
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

10:24 110
.

1993-cü il seçkiləri ölkənin gələcək müqəddəratını müəyyən etdi

1993-cü il oktyabrın 3-də ölkədə keçirilən Prezident seçkilərində Azərbaycan xalqı böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Ölkəmizin tarixi üçün çox mühüm hadisə olan bu seçkilər müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. 1991-1993-c

08:39 150
.

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı

"Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin  xüsusi rolu vardır. Müstəqilliyin ilk illərind

10:54 125
.