Niyə yadplanetlilər Yerə hücum etmir?
Kainatda milyardlarla ulduz və planet varsa, niyə indiyədək başqa sivilizasiyaların izinə rast gəlməmişik? Alimlər Fermi paradoksu kimi tanınan bu suala yeni izah təklif ediblər. Yaxınlıqdakı planetlərdə həyat olsa belə, mürəkkəb canlıların yaranması üçün lazım olan enerji kifayət etməyə bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, "International Journal of Astrobiology" jurnalında dərc olunan araşdırmada Günəş sistemindən 40 işıq ili məsafəyədək yerləşən 29 qayalı ekzoplanetin xüsusiyyətləri təhlil edilib.
Ölçüləri Yerdən böyük olan bu planetlərdə müəyyən şərtlər daxilində maye suyun mövcudluğu mümkün sayılır.
Planetin yaşlı olması kifayət etmir
Elmi-fantastik filmlərdə yadplanetlilər adətən insanlardan daha inkişaf etmiş canlılar kimi göstərilir. Yeni araşdırma isə yaxın kosmosda belə sivilizasiyaların mövcudluğu ehtimalının aşağı ola biləcəyini irəli sürür.
Müəlliflərin fərziyyəsinə görə, həyatın inkişafını yalnız planetin yaşı müəyyən etmir. Əsas amillərdən biri fotosintez vasitəsilə canlı aləmin istifadəsinə nə qədər enerji verilməsidir. Fotosintez bitkilərin və bəzi mikroorqanizmlərin işıqdan istifadə edərək üzvi maddələr yaratdığı prosesdir.
Alimlər müqayisə üçün Yerdəki ekosistemləri göstərirlər. İsti və rütubətli ərazilərdə bitkilərin fəal inkişafı zəngin canlı aləmini dəstəkləyir. Soyuq və quraq bölgələrdə isə bu imkanlar daha məhduddur. Bu yanaşmaya əsasən, gənc, lakin əlverişli şəraitə malik planetdə mürəkkəb həyatın yaranması daha yaşlı, soyuq və quru planetlə müqayisədə asan ola bilər.
Zəif ulduz işığı inkişafı ləngidə bilər
Bizə yaxın olan və potensial yaşayış üçün uyğun sayılan ekzoplanetlərin çoxu qırmızı cırtdan ulduzların ətrafında dövr edir. Bu ulduzların işığı Günəşdən zəifdir və şüalanma xüsusiyyətləri fərqlidir.
Həmin planetlərin bir qismi ulduzuna daim eyni tərəfi ilə çevrilmiş vəziyyətdə ola bilər. Belə olduqda bir tərəf işıqlanır, digər tərəf isə qaranlıqda qalır. Araşdırmada bu şəraitin fotosintez imkanlarını məhdudlaşdıra biləcəyi bildirilir.
Müəlliflərin ehtimalına görə, belə dünyalarda həyat yaranıbsa, sadə mikroorqanizmlər səviyyəsində qala bilər. Enerji məhdudluğu çoxhüceyrəli canlıların, daha sonra isə şüurlu və texnologiyaya sahib növlərin meydana gəlməsini çətinləşdirə bilər.
Bu fərziyyə yaxın kosmosdan niyə sivilizasiya siqnalları almadığımıza mümkün izah verir. Bununla belə, araşdırma yadplanetli həyatın olmadığını sübut etmir və Fermi paradoksunu qəti şəkildə həll etmir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 93 Tarix: 30 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEv almaq niyə çətinləşir? Mənzil bazarına təsir edən əsas amillər
"İlk növbədə nəzərə almaq lazımdır ki, sovet dövrü ilə bugünkü mənzil bazarını birbaşa müqayisə etmək müəyyən mənada düzgün deyil. Çünki həmin dövrdə mənzil bazarı indiki kimi bazar prinsipləri əsasında fəaliyyət göstərmirdi. Mənzil əsasən əmtəə kimi alınıb-satılmır, dövlət tərəfindən bölüşdürülür
14:47 168 Cəbrayıl dirçəlir, gülə-gülüstana çevrilir
1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 4 oktyabr həm də bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi. Bu gün Cəbrayıl yenidən qurulur, Cəbrayıla həya
10:17 226 Saleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə
17:45 83 Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)
Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər
10:18 216 4 Oktyabr - Cəbrayılın azad edildiyi gündür
Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlad. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanl
10:12 190 Futbol klubunun prezidenti başından güllələndi
"Botev" futbol klubunun prezidenti və sahibi İliyan Filipov Plovdivdə güllələnib. xarici KİV-ə istinadla bildirir ki, mənbənin məlumatına görə, qətl dünən gecə yerli vaxtla saat 01 radələrində baş verib. Nəqliyyat və tikinti biznesi ilə də məşğul olan 53 yaşlı iş adamı başından aldığı güll
19:30 1 Dilan Polat Ərdoğanı təhqir etdiyi üçün saxlanıldı
Türkiyənin sosial media fenomeni Dilan Polat "prezidentə təhqir" ittihamı ilə saxlanılıb. Türkiyə KİV-nə istinadla xəbər verir ki, haqqında araşdırma aparılan Polat ifadə vermək üçün Anadolu Prokurorluğuna aparılıb. Bildirilir ki, onun ifadə verdiyi zaman halı pisləşib. Qeyd edək ki, Dila
18:30 1 Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO
Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay
13:06 291 Niyə yadplanetlilər Yerə hücum etmir?
Kainatda milyardlarla ulduz və planet varsa, niyə indiyədək başqa sivilizasiyaların izinə rast gəlməmişik? Alimlər Fermi paradoksu kimi tanınan bu suala yeni izah təklif ediblər. Yaxınlıqdakı planetlərdə həyat olsa belə, mürəkkəb canlıların yaranması üçün lazım olan enerji kifayət etməyə bilər. xaric
19:15 1